GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Deputat “Qaçqınkom” sədrinin nəvəsinə görə “qəza”ya düşüb

Deputat “Qaçqınkom” sədrinin nəvəsinə görə “qəza”ya düşüb

Tarix: 19-08-2017, 11:09 Bölmə :Cəmiyyət Baxış: 363
Deputat “Qaçqınkom” sədrinin nəvəsinə görə “qəza”ya düşüb


Əyyub Kərim: “Nail Allahverdiyev barəsindəki həbs qərarını dəyişmək üçün arqument yox idi”

Baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin törətdiyi dəhşətli qəzadan sonra qalmaqallı açıqlamalar verən və onları müdafiə edən deputat Astan Şahverdiyevlə bağlı iki xəbər yayılıb.

“Astan Şahverdiyevlə bağlı şikayətlərə baxıldıqdan sonra müvafiq qərar qəbul olunacaq. Əgər şikayətlər olsa, yəqin ki, Astan Şahverdiyevə yenə "qulaqburması" veriləcək. Ancaq hələlik məlum deyil ki, onunla bağlı hansı şikayətlər var. Bu məsələ obyektiv araşdırılandan sonra müvafiq addımlar atılacaq” - bu barədə olke.az-a açıqlamasında Milli Məclisin İntizam komissiyasının sədri, deputat Ağacan Abıyev deyib. Deputat Astan Şahverdiyevlə bağlı məsələyə sentyabrın 15-də deputatlar işə çıxandan sonra baxılacağını bildirib. A.Abıyev Astan Şahverdiyevin mandatının ləğv ediləcəyi barədə yayılan xəbərlərin doğru olmadığını söyləyib: “Mən heç zaman deməmişəm ki, Astan Şahverdiyevin mandatı ləğv olunacaq. Bunu mənə sual verənlər yazır. Mən indidən Astan Şahverdiyevin mandatının ləğv olunub-olunmayacağını dəqiq deyə bilmərəm. Məsələ obyektiv araşdırılacaq. Mandatın alınması məsələsi prokurorluğun səlahiyyətinə aiddir. Ona görə də jurnalistlər bu məsələdə tələsməməlidir. Əmin olun ki, məsələ obyektiv araşdırılacaq”.

Qeyd edək ki, Astan Şahverdiyev Əli Həsənovun nəvəsini müdafiə edərək “o hadisədə Nail Allahverdiyevin təqsiri yoxdur. Qəza zamanı avtomobildə Əli müəllimin nəvəsi deyil, sürücü olub” demişdi.

Astan Şahverdiyevin qohumları ilə bağlı ilginc məlumatlar yayılıb. Avropa.info yazır ki, Astan Şahverdiyevin qardaşı Araz Şahverdiyev Cəbrayıl rayon polis idarəsinin rəisidir, digər qardaşı oğlu Eyvaz Şahverdiyev isə Bakı Şəhər Dövlət Yol Polisi rəisinin müavinidir. İddialara görə, qəza hadisəsi baş verən gün sükan arxasında olan şəxsin Əli Həsənovun nəvəsi Nail Allahverdiyev olmasını məhz Eyvaz Şahverdiyev gizlədə bilib. Eyvaz Şahverdiyevin Bakı Dövlət Yol Polisində intellektual idarəetməyə cavabdeh olduğu və bütün kameralara nəzarətin birbaşa bu şəxsin nəzarətində olduğu qeyd edilir. Lakin sonradan məsələnin daha da böyüməsi və Dövlət Yol Polisinin araşdırmaları nəticəsində əsl həqiqət üzə çıxıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlum qəza baş verən gün sükan arxasında Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin olması faktının Eyvaz Şahverdiyev tərəfindən gizlədilməsi ilə bağlı mətbuatda gedən xəbərə reaksiya verib. Deyib ki, yol nəqliyyat hadisəsinin baş verdiyi gündən əvvəl Eyvaz Şahverdiyev məzuniyyətdə olub. V.Əsədov E.Şahverdiyevin Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəis müavini vəzifəsini deyil, yol hərəkətinin təşkili şöbəsinin rəisi vəzifəsini daşıdığını deyib.
Daha maraqlı məqamlardan biri isə baş nazirin müavini kimi Əli Həsənovun sədr olduğu Narkomanlığa qarşı mübarizə üzrə dövlət komissiyasında da Astan Şahverdiyevin digər qardaşı oğlu Fərid Şahverdiyevin işləməsidir. Fərid Şahverdiyev Əli Həsənovun rəhbərlik etdiyi komissiyada yüksək vəzifə tutur.

Bundan başqa, keçmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq əməkdaşı olan, məlum hadisələrlə bağlı hazırda həbs olan Vüsal Ələkbərovun da Astan Şahverdiyevin qardaşının kürəkəni olduğu bildirilir.

Xatırladaq ki, mətbuatda Astan Şahverdiyevin Əli Həsənovla qohumluq əlaqələrində olması haqda da məlumatlar yer alıb. Hətta Əli Həsənovla Astan Şahverdiyevin dayıoğlu-bibioğlu olduqları da deyilir.

Bundan başqa N.Allahverdiyevin barəsindəki 4 aylıq həbs qərarından vəkilinin apelyasiya şikayəti verməməsi də müzakirə mövzusudur. Adətən təqsirləndirilən şəxslərin barəsində verilən ilkin həbs qərarı mübahisələndirilsə də, N.Allahverdiyevin vəkilləri nədənsə bu addımı atmayıblar. Niyə?

Tanınmış hüquqşünas Əyyub Kərim deyir ki, N.Allahevrdiyevin vəkilinin müvəkkilinin barəsindəki həbs qərarından şikayət verməməsinin bir neçə səbəbi ola bilər: “Yəqin düşünüblər ki, belə bir şikayət vermələri vaxt itkisidir, mənasızdır. Bəzən də belə olur ki, şikayət formal olaraq verilir. Görünür düşünürlər ki, versələr belə apelyasiya instansiyası şikayəti təmin etməyəcək. Ona görə də vermirlər”.

Ə.Kərim deyir ki, həbs qərarından şikayət verməmək qərarla razılıq anlamına gəlir: “İttihamla razılaşıb-razılaşmırlar bu başqa məsələdir. Amma fakt ortadadır ki, 4 aylıq həbs qəti-imkan tədbiri ilə razıdırlar. Sonradan bu müddət prokurorluğun təqdimatı əsasında artırıla da bilər. Son 10 ili götürsək, olmayıb ki, ilkin həbs qərarından şikayət verilməsin. Şikayətlərin çoxu da sırf bu hüquqdan istifadə etmək xatirinə verilir. Ancaq Nail Allahverdiyevin işində bu hüquqdan istifadə etmədilər. Niyəsini özləri yaxşı bilərlər. Hesab edirəm ki, onun vəkilləri şikayət vermiş olsaydılar belə, arqumentləri çox zəif olardı. Yəni ortada 2 nəfin ölüm, 2 nəfərin isə ağır yaralanması faktı var. Prokurorluq 4 aylıq istintaq müddəti istəyəndə bu dəlilləri əsas gətirib. Bundan başqa ən əsas məqam odur ki, Nail Allahverdiyev qəzadan sonra hadisə yerindən qaçıb. Apelyasiya Məhkəməsində onun barəsindəki həbs qərarını dəyişmək üçün arqument yox idi. İstintaqda qəzanın ”Təhlükəsizlik şəhər" kameralarının çəkdiyi real görüntüləri var. Onun vəkilərinin həbs qərarından şikayət verəcəkləri təqdirdə ortaya qoyacaqları əsas arqumentlər əllərindən hadisə baş verən andan özləri də istəmədən çıxıb. Qəza “Təhlükəsiz şəhər”in kameralarına düşüb, qəzada 2 nəfər yaralanıb, 2 nəfər ölüb, qəzadan sonra Nail Allahverdiyev hadisə yerindən qaçıb. Vəkillər çıxıb desələr ki, həbs qərarını ev dustaqlığı ilə əvəzləyin, onlara hakim sadaladığımız arqumentlərlə cavab verəcək. Hadisə yerindən qaçmaq məsələsi olmasaydı, yenə də həmin qərarı mübahisələndirmək olardı. Adam hadisə yerindən qaçıb. Buna görə də heç bir hakim məsuliyyəti üzərinə götürüb Nail Allahverdiyevi ev dustaqlığına buraxmazdı. Çünki sabah o, istintaqdan yayınsa, qaçıb gizlənsə, məhkəməyə deyəcəklər ki, hansı əsasla, arqumentlə onun barəsindəki həbs qərarını ev dustaqlığı və ya digər qəti imkan tədbiri ilə əvəzlədin".

Ə.Kərim 4 aylıq istintaq müddətinin qəzanın ununtdurulmasına görə seçilməsi haqda fikirlərlə tanış olduğunu deyir. Düşünür ki, ilkin istintaq müddətinin məhz 4 ay seçilməsi avtoqəza üzrə keçiriləcək ekpertizalarla əlaqədardır: “Ümumilikdə bəli, razılaşmaq olar ki, aşkar şəraitdə törənən bir hadisə üçün 4 aylıq istintaq müddəti niyə gərəkdir. Amma iş üzrə avtotexniki ekspertiza keçirilməli, qəza zamanı dünyasını dəyişmiş mərhumların və sağ qalıb ağır yaralanan şəxslərin də məhkəmə-tibbi müayənələrinə dair ekspertizaların rəyləri alınmalıdır. Əvvəllər belə işlər üzrə istintaq müddəti 2 ay idi. Sonradan müddət 4 aya qədər artırıldı. Adətən belə işlər üzrə istintaq müddəti daha az verilir. Bu işin faktiki hallarınəı xırdalıqlarına qədər bilmirik deyə niyə 4 aylıq istintaq müddətinin verildiyini də konkret söyləməyə çətinlik çəkirəm”.

Ə.Kərim hüquqi baxımdan iş üzrə həbs müddətinin maksimum seçilməsinin hadisənin unutdurulmasına hesablanan addım kimi qəbul etməyin düzgün olmadığını bildirib: “İstintaq orqanının 4 ay vaxt istəməsi o demək deyil ki, məhkəmə 4 ay vaxt verməlidir. Məsələnin bu tərəfi də var ki, prokurorluq 4 aylıq müddət bitəndən sonra əlavə olaraq müddətin 4 ay da artırılmasını istəyə bilər. Haradasa razılaşmaq olar ki, bu müddətdə hadisə unudulacaq, yaddan çıxacaq”./musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Astan Şahverdiyevə yenə qulaqburması veriləcək” - Komissiya sədri

    “Astan Şahverdiyevə yenə qulaqburması veriləcək” ...

    16-08-2017, 13:19

  • 
  • Milli Məclis Astan Şahverdiyevi cəzalandıracaq — Komissiya sədrindən ŞOK AÇIQLAMA

    Milli Məclis Astan Şahverdiyevi cəzalandıracaq — ...

    7-08-2017, 17:54

  • 
  • Nail Allahverdiyevin törətdiyi qəzanı kim gizlədib?

    Nail Allahverdiyevin törətdiyi qəzanı kim ...

    17-08-2017, 15:37

  • 
  • Bakıdakı “Gelandewagen” qəzası deputatı mandatsız qoya bilər-Axı niyə başını hər yerə soxursan?

    Bakıdakı “Gelandewagen” qəzası deputatı mandatsız ...

    8-08-2017, 11:48

  • 
  • “ASTAN ŞAHVERDİYEV CƏZASINI ALACAQ” – Keçmiş başçı danışdı

    “ASTAN ŞAHVERDİYEV CƏZASINI ALACAQ” – Keçmiş ...

    25-12-2016, 20:25


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (382)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu