Daxili İşlər Nazirliyi Bakıda marşrut avtobusunda sərnişinin sürücüyə silah çəkməsi ilə bağlı yayılan video-görüntülərə münasibət bildirib.
Nazirliyin mətbuat xidmətindən bildirilib ki, dünən saat 20.25 radələrində Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinə naməlum sərnişinin avtobusda odlu silaha oxşar əşya ilə avtobusun sürücüsünü hədələməsi barədə məlumat daxil olub. Dərhal Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində bu xuliqanlıq hərəkətini törədən şəxsin şəxsiyyəti tam müəyyənləşib. Hazırda onun saxlanılması üçün tədbirlər görülür. (apa) *** Bakıda avtobusda görünməmiş hadisə baş verib. Gündəm Xəbər bildirir ki, sərnişinlərdən biri dayanacaqdan kənarda avtobusa minmək istəyib, lakin sürücü nəqliyyat vasitəsini saxlamayıb. Bundan narazı qalan sərnişin avtobusa minəndən sonra sürücüyə kəskin şəkildə öz etirazını bildirməyə başlayıb. Digər sərnişin və sürücünün iradlarından sonra isə o özündən çıxıb və tapança çıxarıb. İnsident zamanı sürücünün soyuqqanlığını qeyd etmək lazımdır. Qeyd edək ki, video haqqın.az saytının redaksiyasına göndərilib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?