GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Azərbaycan Tərtər istiqamətində pilotsuz aparat tətbiq edirsə bunun ruslara nə dəxli?

Azərbaycan Tərtər istiqamətində pilotsuz aparat tətbiq edirsə bunun ruslara nə dəxli?

Tarix: 20-08-2017, 14:54 Bölmə :Cəmiyyət Baxış: 367
Azərbaycan Tərtər istiqamətində pilotsuz aparat tətbiq edirsə bunun ruslara nə dəxli?


Xəbər verildiyi kimi İsrail mediası Azərbaycan ordusunun iyulun əvvəllərində bu ölkədən yeni alınmış Orbiter-1K pilotsuz döyüş aparatının tətbiqi ilə bağlı qalmaqallı yazı dərc etmişdi. Orada deyilirdi ki, Azərbaycan tərəfi pilotsuz aparatları istehsal edən “Aeronautics Defense Systems” şirkətinin operatorlarından PUA-nı təmas xəttinin şimal istiqamətində real döyüş şəraitində tətbiq etməyi istəyiblər. Lakin şirkətin iki operatoru bundan imtina edib.


Nəticədə şirkətin yüksək vəzifəli menecerlərindən biri məcbur olub ki, PUA-nı erməni hədəfinə özü tuşlasın. Və bu sınaq o qədər də uğurlu olmayıb. Bildirilirdi ki, Azərbaycan Müdafiə Nazirliyi məsələ ilə bağlı İsrail tərəfinə şikayət edib. İsrail Müdafiə Nazirliyi məsələni araşdırır, şirkətin sınaqlardan imtina edən operatorları isə işdən çıxıb.

Azərbaycana qarşı vaxtaşırı olaraq sifarişli yazılarla çıxış edən Rusiya qəzeti “Nezavisimaya qazeta” bu qalmaqala absurd reaksiya verib. Qəzet yazır ki, İsrail mətbuatının məlumatlarına əsasən bu ölkənin Müdafiə Nazirliyi “Aeronautics Defense Systems” şirkətinin Azərbaycanda ötən aykı sınaqlarda iştirak edən nümayəndələrinin ifadəsini alır və təhqiqatı bu günlərdə yekunlaşdırmalıdır.

Lakin qəzet iddia edir ki, Azərbaycanın öz suveren ərazilərində həyata keçirdiyi bu PUA sınağı ilə bağlı qalmaqalın iştirakçısı nəyə görəsə Rusiya da ola bilərmiş.

Bəs qəzet bu absurd iddianı nəylə əsaslandırır? Rusiyanın Azərbaycan ordusunun Tərtərdə, yaxud öz ərazisinin hansısa başqa səmtində həyata keçirdiyi sınağa nə dəxli ola bilərdi ki, bu qalmaqalın iştirakçısına çevrilsin?

Qəzetin hərbi əlavəsinin redaktoru Vladimir Qundarev bu absurd tezisini belə əsaslandırmağa çalışır ki, Rusiya Ermənistanla birgə qoşun qruplaşması yaradıb və birgə qoşun qruplaşması artıq fəaliyyətə başlayıb. “Moskva belə görünür ki, kəşfiyyatın münaqişə zonasında təxribatlar barədə xəbərdarlığına ciddi yanaşıb və Azərbaycan-Ermənistan münaqişəsinin kəskinləşməsi təhdidini bu yolla satın alıb. Birgə qoşun qruplaşmasının vəzifəsi dövlət sərhədlərinin qurudan və havadan müdafiəsi, qoşunların və kritik mühüm obyektlərin hava hücumlarından qorunması kimi məsələləri əhatə edir. Beləliklə, İsrail zərbə pilotsuz aparatları ilə erməni obyektlərinə zərbə hipotetik olaraq iri beynəlxalq qalmaqala çevrilə bilər”-müəllif yazır.

“Nezavisimaya qazeta”nın bu məntiqi heç bir tənqidə davam gətirmir və göründüyü kimi başdan ayağa absurddur. Rusiya-Ermənistan birgə qoşun qruplaşması ancaq Ermənistan ərazisində tətbiq edilə bilər və bu, müvafiq sazişdə əksini tapıb. Deməli həmin birgə qoşun qruplaşmasının Tərtərdə erməni mövqelərinə PUA zərbəsi endirilməsinə heç bir dəxli ola bilməzdi. Hansı ki, Azərbaycan ordusu ermənilərin atəş nöqtələrini susdurmaq üçün müxtəlif təyinatlı silahlardan , o cümlədən İsrail istehsalı olan “Spike” raketlərindən və ya Rusiyadan alınan silahlardan istifadə edir. Əgər Azərbaycan Rusiyadan aldığı silahları öz ərazisində necə tətbiq etmək məsələsində sərbəstdirsə (hansı ki, bu belə də olmalıdır) o zaman İsraildən alınan PUA-ları sınaqdan keçirmək üçün nəyə görə ruslardan nəsə soruşmalıydı və Rusiya nə səbəbdən “qalmaqala” qarışmalıydı?

Görünür bu absurd tezislə çıxış etməklə Rusiyada kimlərsə xatırlatmaq istəyir ki, Ermənistan-Rusiya birgə qoşun qruplaşması var və bu qruplaşma Azərbaycanı öz ərazilərini işğaldan hərbi yolla azad etməkdən çəkindirməyə yönəlib.../virtualaz.org
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Qalmaqal: İsrail operatorları Azərbaycana satılan PUA-nı ermənilərə tuşlamaqdan imtina edib

    Qalmaqal: İsrail operatorları Azərbaycana satılan ...

    14-08-2017, 13:15

  • 
  • İsrail HƏMAS-ın PUA-sını vurdu

    İsrail HƏMAS-ın PUA-sını vurdu ...

    24-02-2017, 11:33

  • 
  • Müdafiə Nazirliyi: Ermənistan növbəti dəfə döyüş PUA-dan istifadə edib

    Müdafiə Nazirliyi: Ermənistan növbəti dəfə döyüş ...

    25-07-2017, 16:08

  • 
  • Azərbaycan yeni nəsil pilotsuz uçuş aparatı istehsal edəcək

    Azərbaycan yeni nəsil pilotsuz uçuş aparatı ...

    17-12-2015, 14:57

  • 
  • Ermənistan pilotsuz uçuş aparatından Azərbaycana atəş açdı

    Ermənistan pilotsuz uçuş aparatından Azərbaycana ...

    25-07-2017, 19:15


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (60)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu