GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Test üsulunun ləğvi: yeni qəbul hansı qaydada aparılacaq?

Test üsulunun ləğvi: yeni qəbul hansı qaydada aparılacaq?

Tarix: 25-08-2017, 14:00 Bölmə :Cəmiyyət Baxış: 345
Test üsulunun ləğvi: yeni qəbul hansı qaydada aparılacaq?


Firudin Cəlilov: “Həmin vaxt bu sistemə maneə yaradanlar var idi”; Fazil Mustafa: “Testi həyati əhəmiyyət daşıyan proses kimi görmürəm”; Kamran Əsədov: “Cavab variantları öncədən təqdim edilən test modelləri yığışdırılacaq”

Azərbaycanda 26 ildir tətbiq edilən ali məktəblərə qəbul imtahanlarının test üsulu ilə keçirilməsi iki il sonra ləğv ediləcək. Bu barədə Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

M.Abbaszadə deyib ki, gələnilki abituriyentlər axırıncı dəfə test formasında imtahan verəcəklər: “Gələnilki imtahanlarda abituriyentlərdən daha da məsuliyyətli olmalarını gözləyirik. Çünki onlar sonuncu dəfə 26 ildir aparılan test şəklində imtahan verəcəklər. Bu il kurikulum əsasında təhsil alan şagirdlər 2 ildən sonra XI sinifdə təhsil alacaq və onların biliyinin qiymətləndirilməsi fərqli formada keçirilməlidir. İki il sonra keçiriləcək buraxılış və qəbul imtahanlarında dəyişikliklər edilməsi nəzərdə tutulub”.

M.Abbaszadə bildirib ki, hazırda Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi yeni imtahan modelləri üzərində müzakirələr aparır: “Yeni modellər düşünmüşük. Dəyişiklikləri, qərarlaşdırdığımız modeli sentyabr ayında ictimaiyyətə təqdim etməyi düşünürük. Hazırda ekspert və mütəxəssislər bu istiqamətdə işləri davam etdirir”.

Onu da qeyd edək ki, Azərbaycanda test üsulunun ləğvi barədə bir neçə dəfə müzakirələr aparılıb. Zaman-zaman müxtəlif formalarda məsələ gündəmə gətirilsə də, rəsmi təsdiqini tapmırdı. Cəbhə hakimiyyəti dövründə yaradılan test üsulu sistemi demək olar ki, hər kəsin arzuladığı bir sistem idi. Çünki bu üsulun tətbiq olunması ali məktəblərə qəbulda korrupsiyanın və rüşvətin kökünü kəsmişdi. Test imtahanında uğurla çıxan və sosial durumundan asılı olmayaraq istənilən şəxs ölkədə ən yüksək təhsil verən ali məktəblərə qəbul ola bilirdi. Bu üsuldan imtina edilməsindən sonra ali məktəblərə qəbulda rüşvət üsulunun vüsət alacağı haqda ictimaiyyətdə narahatlıqlar var. Çünki test üsulunu əvəzləyəcək imtahan modelinin hər hansı forması dərhal korrupsiyaya və rüşvətə yol aça bilər.

“Görünür, 26 il keçməsinə baxmayaraq, insanlarda dəyişiklik yoxdur”

Məsələ ilə bağlı “Yeni Müsavat”a danışan AXC hakimiyyəti dönəmində baş nazirin müavini, təhsil naziri vəzifələrində çalışmış Firudin Cəlilov bildirib ki, əslində test üsulu sistemini qəbul edən zaman bunu müəyyən bir müddət üçün nəzərdə tutublar: “İnkişaf gərək kafalarda olsun. Azərbaycanda təhsilin bu günə düşməsində təkcə təhsil işçilərinin yox, valideynlərin də böyük günahı var. Yəni yeganə millətik ki, valideyn uşağını savadsız etməsi üçün pul verir. Bütün xalqlar isə əksinə olaraq, övladlarını savadlı görmək üçün pul yatırırlar. Yəni savadsızlığa gedən yol ikitərəflidir. Bir tərəfdə təhsil verənlər, ikincidə isə uşaqların valideynləri dayanıb. Bunu düşüncələrdən təmizləmək lazımdır və başa salmaq gərəkdir ki, oxumaq istəyənlərə qapılar açıqdır. Kimsə oxuya bilmirsə, onu peşə sənədinə istiqamətləndirmək lazımdır. Əgər bu təfəkkür yaranarsa, heç imtahana da ehtiyac olmaz. Məncə, bütün bunların zamanı hələ ki yetişməyib. Çünki biz bir qədər konservativ millətik və köhnə vərdişlərdən əl çəkə bilmirik.

Bu kontekstdən baxanda test mexanizmini dəyişib köhnə qaydalara keçmək, əlbəttə ki, zərər verər. Məleykə xanım bu sahə üzrə peşəkardır. Yəqin ki, yeni mexanizm dedikdə, daha yaxşı bir şey düşünüblər. Ona görə də mexanizm açıqlandıqdan sonra bu barədə geniş rəyimizi verərik. Testi biz ədalət üçün gətirmişik. O vaxtlar savadı olub, pulu olmayanlar ali məktəblərə qəbul ola bilmirdilər. Bu ədalətsizliyi bərpa etmək üçün baş nazirin müavini olduğum dönəmdə belə mexanizm düşündük. Həmin vaxt bu sistemi gətirmək bizim üçün çox çətin oldu. Çünki maneə yaradanlar var idi. Əziyyətlə bunu gətirib, Vurğun Əyyuba tapşırdıq. Testin ədaləti bərpa etməsi tərəfi yaxşıdırsa, bunun mənfi yönləri də var. Biz bunu sistemə keçən zaman da bilirdik. Düşünürdük ki, təfəkkürlərdə inkişaf olarsa, test yavaş-yavaş yerini başqa sistemə verməlidir. Görünür, 26 il keçməsinə baxmayaraq, insanlarda dəyişiklik yoxdur. Testin mənfi tərəfi odur ki, əzbərçiliyə aparır və insanlar yazmağı, danışmağı unudurlar. Bütün bunları nəzərə aldıqda deyə bilərik ki, imtahanlarda dəyişiklik lazımdır. Ancaq bu necə olacaqsa, deyə bilmərəm. Çünki ortada konkret mexanizm yoxdur”.

F.Cəlilov bildirib ki, test üsulu qəbul edilən zaman cəmiyyət bunu alqışladı: “Testin əleyhinə köhnə kommunist kadrları, imkanlı valideynlər çıxırdılar. Yəni müəyyən qruplar tərəfindən narazılıqlar olsa da, ümumilikdə cəmiyyət bunu çox gözəl qarşıladı. Bizim işimizdən də çox razı qaldılar. Elə hər zaman cəbhə hakimiyyətindən danışanda deyirlər ki, onlar sağ olsunlar ki, testi gətirdilər. Doğrudur, əsas əziyyəti mən çəksəm də, mənim ideyam olsa da adımı çəkmirlər”.

“Müasir dövrdə testin müəyyən problemlərinin olduğu danılmazdır”

Deputat Fazil Mustafa qəzetimizə münasibətində bildirib ki, bu məsələnin Milli Məclisdə müzakirə ediləcəyini düşünmür: “İndi gündəmə gələn məsələnin parlamentdə müzakirəyə çıxarılması gözlənilmir. Lakin parlamentdə iş planı tərtib olunan zaman bu məsələ də təklif oluna bilər. Hesab edirəm ki, bu, yeni bir formanın axtarışı ilə bağlı yanaşmadır. Əslində müasir dövrdə testin müəyyən problemlərinin olduğu danılmazdır. Ümumi dünya görüşü baxımından abituriyentlərin hazırlıq səviyyəsi qaneedici deyil. Hər halda, bu işin məsul şəxsləri açıqlama veriblər ki, yeni qayda ilə bağlı cəmiyyəti məlumatlandıracaqlar. Ona görə də mən tələsməyin tərəfdarı deyiləm. Məleykə Abbaszadə öz sahəsini yüksək qaydada bilən kadrlardan biridir. Bu baxımdan, onun hansısa geriləmə modeli barədə düşündüyünü təsəvvürümə gətirmirəm. Daha faydalı forma üzərində hazırlığın getməsinə ümidlərim böyükdür. Testin qəbulda alternativsiz forma olduğu düşüncəsində deyiləm. Düşünürəm ki, yeni forma cəmiyyətimizin inkişafı üçün faydalı perspektivlər aça bilər. Əslində normal təhsil çərçivəsi əsasında fəaliyyət göstərən ali məktəblərdə korrupsiya və rüşvət elementləri ortadan qalxıb. Bu məsələ vicdanlı şəkildə tələbə və müəllim münasibətlərinin formalaşması əsasında tamamilə yeni mühitin yaranmasına səbəb olub. Əksər ali məktəblərimizdə korrupsiya və rüşvət əvvəlki qaydada davam edir. Müxtəlif formalarda tələbədən pul çıxarılır. Ödəniş haqlarının yüksək olması, iştirak etməməyə görə yazılan qaibləri silmək üçün pul verilməsi məsələsi barədə bilgiliyik”.

Deputat bildirib ki, artıq xarici ölkələrdə bu formada qəbul imtahanları verilmir: “Rahatlıqla qəbul olursan, ancaq oxuya bilmirsən. İndi biz universitetləri o səviyyəyə çatdırmalıyıq ki, qəbul problemi olmasın, oxumaq problemi olsun. Test üsulu ilə imtahan məsələsi qəbulun bir formasıdır. Qəbulun formasını ümumiyyətlə, qaldırmaq olar. Məktəbin keyfiyyətinə, tələbatına görə istənilən qədər tələbəni ora ala bilərsən. Əsas bitirmək məsələsi və oradakı təhsil prosesidir. Təhsil prosesi yüksək olanda savadsız tələbə ora girməyinə belə peşman olur. Bu problem barəsində düşünmək lazımdır. Ona görə də testi həyati əhəmiyyət daşıyan proses kimi görmürəm. İndiki şəraitdə mənim üçün bu, alternativsiz qəbul formasıdır. Ondan daha mütərəqqi formanı Azərbaycan reallığında görmürəm. Lakin düşünürəm ki, bəlkə də daha fərqli və faydalı forma ilə bizi tanış edəcəklər. Ona görə də tələsmək istəmirəm. Əgər uyğun forma olmasa, təbii ki, ona qarşı öz etirazımızı ortaya qoyacağıq. Faydalı olarsa, onu dəstəkləyəcəyik. Azərbaycan cəmiyyətin hər bir şeyə əvvəlcədən şübhə və qərəzli baxış formalaşır. İnsanlar mətn yox, başlıq oxuyurlar. Nəticədə test sisteminin ləğv olunmasını bilir, sonrakı məsələdən xəbərsiz olur. Ona görə də mühakiməsi birinci üzərində qurulur. Tələsik hər şeyi qaralama kampaniyasına çevirməyin lehinə deyiləm. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası fəaliyyət göstərdiyi müddətdə hər dəfə özlərinin fəaliyyətləri və qəbulla bağlı sənədləri deputatlara göndərirdilər. Biz onunla tanış olurduq. Orada kifayət qədər yüksək peşəkarlıqla hazırlanan sənədlər görmüşəm. Ona görə də indidən başqa yanaşma ortaya qoymaq doğru deyil”.

“Test imtahanı ilə aparılan qəbul imtahanları istənilən nəticəni vermir”

Təhsil eksperti Kamran Əsədov deyib ki, 26 ildir tətbiq edilən ənənəvi test üsulu artıq effektini itirib:
“Apardığımız müşahidələr göstərir ki, test imtahanı ilə aparılan qəbul imtahanları istənilən nəticəni vermir. Bu şagirdlərdə digər bacarıqların - nitq qabiliyyətinin, problemli situasiyalarda çıxış etmək bacarığının formalaşmasına mane olur. Ənənəvi test tapşırıqlarının yığışdırılmasına doğrudan da ehtiyac var. DİM-in rəhbəri Məleykə Abbaszadə son müsahibəsində qapalı test modellərinin ləğv olunacağını nəzərdə tutub. Yəni cavab variantları öncədən təqdim edilən test modelləri yığışdırılacaq. Çünki 2009-cu ildən Azərbaycan orta ümumtəhsil məktəbləri kurikulum standartlarına keçib. Həmin sistem əsasında təhsil alan şagirdlərin bilik və bacarıqlarını yoxlamaq üçün ənənəvi test üsulundan istifadə etmək olmaz. Onların bilik və bacarıqlarının qiymətləndirilməsində yeni ölçmə vasitələrindən istifadə olunmalıdır. Təbii ki, bu, yenə də test üsulu ilə olacaq. Ancaq artıq cavab variantları olmayan test üsulunun tətbiqinə başlanılacaq. Çünki testin kifayət qədər fərqli üsulları var. Bunlar açıq test modelləri, fərqləndirmə test modelləri və sairdir. Bununla yanaşı, şagirdlərdə esse, inşa yazmaq bacarığı da inkişaf etdirilməlidir. DİM-in test kitabçalarında da artıq yeni nümunələr yerləşdirilir. Digər mərhələlərin də əlavə olunması gözlənilir. Test üsulunun digər vasitələrindən istifadə şagirdlərdə yeni bilik və bacarıqların formalaşmasına kömək edəcək”.

Ekspert birdən-birə yeni üsulların tətbiq edilməsinin təhsilimizdə ciddi fəsadlar yaradacağını da qeyd edib:
“Çünki 2017-ci ildə IX siniflər üçün keçirilən 2 fənn üzrə buraxılış imtahanlarının nəticəsi pis vəziyyətdə idi. Ümumilikdə 60%-dən çox şagird hər iki fəndən ”2" qiyməti almışdı. Bu onu göstərir ki, həmin şagirdlər yeni üsullara hazır deyil. Nəzərə almalıyıq ki, həmin şagirdlər hələ, sadəcə, 2 fəndən yoxlanılıb. Ancaq qəbulda fənlərin sayı çox olacağından həmin şagirdlərin nəticələrinin qənaətbəxş olacağını düşünmək olmaz. Çünki hələ də orta ümumtəhsil müəssisələrində nə müəllimlər, nə də şagirdlər tam şəkildə kurikulum standartlarına keçə bilib. Burada dərsliklər də problemdir. İmtahan suallarında hansı dərsliklərdən istifadə olunması, hansı istiqamətli sualların üstünlük təşkil edəcəyi müəyyənləşdirilməlidir. Burada diqqətə alınmalı digər məqam isə xüsusi qabiliyyət tələb edən ixtisaslarda təhsil almaq istəyən abituriyentlərin artıq həmin istiqamətdə təhsilə yararlı olduğunu təsdiq etməlidir. Fikrimcə, bu, digər ixtisaslara da təsir edəcək. Yeniliklərdən əsası budur"./
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Məleykə Abbaszadə: "Azərbaycanda ali məktəbə qəbulda test imtahanı ləğv edilir"

    Məleykə Abbaszadə: "Azərbaycanda ali məktəbə ...

    23-08-2017, 18:30

  • 
  • Axır ki, Azərbaycanda test üsulunun ləğv ediləcəyi açıqlandı...

    Axır ki, Azərbaycanda test üsulunun ləğv ...

    24-08-2017, 11:30

  • 
  • Məleykə Abbaszadə: "Test ləğv oluna bilər" - VİDEO

    Məleykə Abbaszadə: "Test ləğv oluna ...

    2-02-2016, 22:35

  • 
  • ABBASZADƏ ÜÇÜN CIZILMIŞ YENİ PLAN

    ABBASZADƏ ÜÇÜN CIZILMIŞ YENİ PLAN ...

    4-02-2016, 22:35

  • 
  • Məmurlarla bağlı yeni qərar: "Hər 5 ildən bir imtahan verəcəklər"

    Məmurlarla bağlı yeni qərar: "Hər 5 ildən ...

    2-08-2017, 15:18


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu