GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Şəffaflıq və korrupsiya dərsi- Media, yoxsa Rüfət Aslanlı haqlı çıxdı?

Şəffaflıq və korrupsiya dərsi- Media, yoxsa Rüfət Aslanlı haqlı çıxdı?

Tarix: 28-08-2017, 14:18 Bölmə :Cəmiyyət Baxış: 418
Rauf Arifoğlu: "Bizim pulların və qəzetlərin taleyi R.Aslanlının dodaqlarını arasından çıxacaq sözdə idi..."
Şəffaflıq və korrupsiya dərsi- Media, yoxsa Rüfət Aslanlı haqlı çıxdı?


Bir neçə gün öncə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı haqqında ölkə mətbuatında zəlzələ effekti yaradan material tirajlanmışdı. Həmin yazıda R. Aslanlının dəbdəbəli həyat tərzindən və heyrətamiz hobbisindən bəhs olunurdu:

"...Rüfət Aslanlı xarici ölkələrin birində olarkən oranın ən bahalı və əsasən dünyanın zəngin iş adamlarının tez-tez ziyarət etdikləri adlı - sanlı restoranların birində özünə bahalı ad günü təşkil edir. Yəni bu cür restoranlarda ad günləri və ya bu kimi tədbirləri adətən Türkiyənin və ya dünyanının tanınmış iş adamları təşkil eidr. Restoranın imic baxımından bahalı olması səbəbindən burada hər hansı bir tədbir keçirmək hər insana qismət olmur.

R.Aslanlı bir neçə saatlıq yeyib-içmək üçün restorana 25 min ABŞ dolları hesab ödəyir. Qeyd olunan hesab restoranın rəsmi qəbzlərində olan rəqəmlərdi, Azərbaycanlı mentalitetmizi nəzərə alsaq, bu məbləğin 10-20 faiz civarında ofisantların bəxşişlərinin rəsmi olmadığı üçün hesaba qata bilmirik. Amma inanmaq olmur ki, zəngin həyat tərzinə alışqan olan Aslanlı bədxərclik edib ofisantlara bəxşiş verməsin".

Biz R. Aslanlının həmin restorandakı macərları ilə bağlı daha maraqlı informasiya əldə etmişik. Sən demə, İstanbulun ən dəbdəbəli istirahət məkanlarından hesab olunan "Sunset" restoranında VİP məkanlardan biri ünlü sənətçi Sibel Can tərəfindən kirayələnibmiş. Ancaq R. Aslanlı restoran inzibatçısına cəlbedici təklif edərək həmin məkanda dostları ilə ürəyi istədiyi kimi əylənməyə müvəffəq olub. Həmin cəlbedici təklif də bahalı "Petrus" şərbalarının sifariş edilməsi olub və restoran rəhbərliyi belə səxavətli müştərinin cəlbedici təklifinə "yox" deyə bilməyiblər...
Yeri gəlmişkən, yeni informasiyalara çıxış üçün axtarışlarımız zamanı bir neçə ay öncə "Yeni Müsavat" qəzetinin baş yazarı Rauf Arifoğlunun R. Aslanlı haqqında əslində sensasiya hesab olunacaq yazısına müraciət etmək qərarına gəldik. "Manat və qəzet Aslan ağzında" başlıqlı həmin yazıda R. Arifoğlu əslində MBNP rəhbərinin yersiz hikkəsini və hətta Prezident İlham Əliyevə meydan oxumaq kimi yozula biləcək ehtiyyatsız açıqlamasını ifşa etmişdi:

"...Bütün bunları dedik, Vüsalə Mahirqızı gözəl və arqumentlərlə dolu bir çıxış etdi (onun arqumentlərinin bəzilərini yuxarıda öz adımdan ümumiləşdirmişəm). Lakin hörmətli Rüfət Aslanlı bunların qarşılığında bizi gözəlcə iynələdi: “Bəs, indi sizlər şəffaflıqdan, korrupsiyaya qarşı mübarizədən necə yazacaqsınız, özünüzə bu ayrıcalığı tələb edirsinizsə?”

Təbii ki, cavab verdik. Onu da dedik ki, prezident, ölkədəki çətin vəziyyətə baxmayaraq, Fond yaradıb, yazılı mətbuatın qorunması üçün hər ay 33 qəzetə qrant verir. Siz barı, bu 33 qəzetə prezidentin yaratdığı KİV DF-dən gələn məbləği 15 min manat həcmində müəyyənləşdirdiyiniz kvotadan – limitdən çıxın, onu ayrı tutun. Ya da medianın öz puluna qoyulan limiti bir qədər artırın... R.Aslanlı bu məqamda heç gözləmədiyim reaksiyanı verdi: “...deyin, sizə verilən məbləğı nağd göndərsinlər...”

Heyrətə gəldim və dərhal da reaksiya verdim... Məncə özü də fərqində oldu, qəza törətdiyinin və sözünü dəyişmək istədi. Amma və lakin..."

Amma və lakin hesab etmək olar ki, 5 ay bundan öncə ölkənin tanınmış media kapitanlarının və vətəndaş cəmiyyəti təmsilçilərinin qarşısında hər kəsə meydan oxuyan R. Aslanlının özünin taleyi bu gün heç də ürəkaçan deyil və onun MBNP rəhbəri postunda uzunmüddət davam gətirəcəyinə nəinki bizlər, heç özü də inanmaz. Çünki artıq cəmiyyətdə və bank-maliyyə çevrələrində R. Aslanlının imici kifayət qədər zədələnib və artıq bu gün o sadəcə heç bir səlahiyyəti olmayan bir məmura çevrilib. Yəni o bu gün nəinki media kapitanlarına xitab edərək "Bəs, indi sizlər şəffaflıqdan, korrupsiyaya qarşı mübarizədən necə yazacaqsınız, özünüzə bu ayrıcalığı tələb edirsinizsə?" və ya “...deyin, sizə verilən məbləğı nağd göndərsinlər...” deməyə cəsarət edəcək durumda deyil.

Eyni zamanda təəccüb doğuran bir məqam da ondan ibarətdir ki, ölkənin bank-maliyyə sistemini yaranmış böhrandan çıxarmaq üçün əlindən gələni əsirgəmnəyən, bu sahədə çoxsaylı islahatçı təşəbbüslərlə çıxış edən dövlət başçısına qarşı yolverilməz ritorikadan istifadə edən R. Aslanlının hələ də cəzalandırılmamasıdır. Bu günədək onun haqqında mediada yazılanları və cəmiyyətdə deyilənləri bir kənara qoysaq, təkcə Rauf Arifoğlunun da iştirakçısı olduğu həmin tədbirdəki çıxışına görə Rüfət Aslanlı barədə müvafiq ölçü götürülə bilərdi və Maliyyə Bazarlarına Nəzarət Palatası gerçəkdən də cəmiyyətin bütün çağırışlarına cavab verən, hər kəsin etimad göstəridiyi bir quruma çevrilərdi. Amma və lakin.../musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rüfət Aslanlı haqqında şok iddia: Bahalı şərab şüşəsi üzərindəki müəmmalı qrif onunla bağlıdırmı?

    Rüfət Aslanlı haqqında şok iddia: Bahalı şərab ...

    17-08-2017, 13:45

  • 
  • Yeni kreditləşmə modelinin detalları AÇIQLANDI

    Yeni kreditləşmə modelinin detalları AÇIQLANDI ...

    10-05-2016, 12:38

  • 
  • Azərbaycanda bu dövlət məmuru ayda 65 min AZN rəsmi maaş alır

    Azərbaycanda bu dövlət məmuru ayda 65 min AZN ...

    11-07-2017, 16:07

  • 
  • Sığorta şirkətləri haqda qərar verildi

    Sığorta şirkətləri haqda qərar verildi ...

    10-06-2016, 00:42

  • 
  • Problemli kreditlərin tənzimlənməsi üzrə xüsusi proqram hazırlanıb

    Problemli kreditlərin tənzimlənməsi üzrə xüsusi ...

    10-05-2016, 13:00


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu