İşğalçı Ermənistan silahlı qüvvələrinin Madagizdə yerləşən 33651 nömrəli hərbi hissəsinin zabiti kapitan Edik Poqosyan xidmətdə rastlaşdığı problemlər, Ermənistan ordusunda olan cinayətlər, yüksək vəzifəli hərbçilərin özbaşınalığı haqqında sosial şəbəkələrdə paylaşımlar etdiyinə görə təqiblərə məruz qalıb.
Aktiv sosial şəbəkə istifadəçisi olan kapitan Poqosyan xidmət etdiyi hərbi hissədə baş verən mənfi hallar, özbaşınalıqlar və ölüm hadisələri barədə öz fikirlərini bölüşüb. Bundan sonra o, komandanlıq tərəfindən təzyiqlərə məruz qalıb. Haqsızlıqlara dözməyən Ermənistan ordusunun kapitanı çıxış yolunu qaçıb canını qurtarmaqda görüb. İlk cəhddən sonra valideynlərinin köməyi ilə hərbi hissəyə qaytarılan zabit yenə də böyük çətinliklər və təhqirlərlə üzləşdiyindən xidmət yerini yenidən tərk edib. Hadisə ilə bağlı kapitan E. Poqosyan barəsində cinayət işi açılıb və axtarış elan edilib. İstintaq davam edir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?