GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Məktəbli ləvazimatları valideynlərin cibini “yandırır” - Qiymətlər

Məktəbli ləvazimatları valideynlərin cibini “yandırır” - Qiymətlər

Tarix: 6-09-2017, 11:18 Bölmə :Cəmiyyət Baxış: 511
Məktəbli ləvazimatları valideynlərin cibini “yandırır” - Qiymətlər


Bir uşağı məktəbə yola salmaq valideynlərə azı 200 manata başa gəlir…


Yeni tədris ilinin başlamasına 10 gün qalıb. Övladını məktəbə yola salacaq valideynlər son hazırlıqlarını görür, yarımçıq qalmış məktəb alış-verişini tamamlayır. Adətən dərs başlamağa sayılı günlər qalanda məktəbli ləvazimatlarının qiymətlərində artım müşahidə edilir.
Bu sahədə son vəziyyəti öyrənmək üçün “28 may” metro stansiyası yaxınlığındakı məktəbli yarmarkasına baş çəkdik. İlk olaraq alıcıların azlığı diqqətimizi cəlb etdi. Görünür ki, bir çox valideynlər artıq bazarlıqlarını ediblər. Qiymətlərə gəlincə məktəbli çantaları 15-130 manat arası, 12 vərəqli dəftərlər 15 qəpik, 40 vərəqli dəftər 35 qəpik, 60 vərəqli dəftər isə 55 qəpiyə satılırdı. Rəngli karandaşların qiyməti 2-8 manat arasında dəyişirdi. Penalar 2-6 manat arasında dəyişirdi. Məktəblilər üçün su qabı isə 2 manatdan başlayır. Qiymətlər məhsulların Türkiyə və ya Çin istehsalı olmasına görə dəyişir. Satıcılar digər yerlərlə yarmarkadakı qiymətlər arasında 5-10 faiz fərq olduğunu deyirdilər: “İlkin görünüşdə 5 qəpik az görünə bilər. Ancaq valideyn 1 dəftər, 1 qələm almır. Bir neçə məktəb ləvazimatından 5 qəpik qalanda bu xeyli pul edir. Həmin pula da başqa bir məktəb ləvazimatı almaq olar”.
Digər satıcı Elvin İbrahimov isə alıcıların qıtlığından şikayət etdi: “Alıcılar olduqca azdır. Gəlib baxırlar, gəzirlər, burdan da ucuz yer axtarırlar. Bəzən bizdən endirim etməyimizi istəyirlər. Bu isə bizə sərf etmir. Çünki hər malın üstündən bizə qəpik-quruş qalır. Heç burada səhərdən axşama qədər dayanmağın əziyyətini qazandığımız qarşılamır. Elə valideynlər olur ki, deyir 10 manata çanta ver, amma Türkiyənin olsun, keyfiyyətli olsun, ən azı 3 il uşaq götürə bilsin. Axı bu mümkün deyil. Bunlar da yaxşı çantalardır, amma valideynlərin istədiyi kriteriyalarda deyil. Yaxşı çantalar 50 manatdan başlayır, 130-140 manata qədər davam edir. Al, 3 hətta 4 il götür. Nəsə olsa, cırılsa biz cavabdehik”.
Alıcılar arasında yarmarkalarla mağaza və digər yerlər arasında qiymət baxımından elə də bir fərq olmadığını deyənlər də vardı, bunun əksini düşünənlər də. Alıcı Zəminə Əliyeva qiymətlərdən narazı idi: “İki övladımı məktəbə yola salmalıyam. Bu isə o deməkdir ki, hər şeydən iki-iki almalıyam. Aylıq büdcəmiz isə 350 manatdır. Bununla uşaqlara məktəb bazarlığı edək, yoxsa onlara yemək alaq. Çox çətindir. Qiymətlərdə isə bir fərq görmürəm. Keyfiyyətli mallar bahadır. Keyfiyyətsiz çanta alım, 5-6 aya cırılsın, sonra məcbur yenə almalı olacağam. Ona görə də elə bir dəfəlik almaq yaxşıdır”.
Digər bir alıcı Nihat Məmmədov isə qiymətlərin münasib olduğunu dedi: “Demək olar ki, hər şeyi bu yarmarkadan aldıq. Çantadan tutmuş qələmə kimi qiymətlərin çox səmtli olduğunu düşünürəm. Bir uşaq üçün məktəb alış-verişinə 150 manat pulum çıxdı”.
Müşahidələrimizdən belə aydın olur ki, məktəbli geyimi və ləvazimatları ilə birlikdə bir şagirdin məktəbə yola salınması valideynə minimum 200 manata başa gəlir.
Qeyd edək ki, bir müddət öncə “Bakı Tikiş Evi” Açıq Səhmdar Cəmiyyətinin satış şöbəsinin rəisi Etibar Əzimov məktəbli geyimlərinin də qiymətlərini açıqlayaraq yuxarı siniflər üçün 46, aşağı siniflər üçünsə 40 manat olduğunu bildirmişdi. E.Əzimov valideynlərə səslənərək baha qiymətə satılan məktəbli geyimlərini almamağı, üzərində yalnız “Bakı Tikiş Evi”nin emblemi olan və yuxarıda qeyd edilən qiymətə olan geyimləri almağı tövsiyə edib. “Bakı Tikiş Evi”nə məxsus olan məktəbli formalarını haradan almaq məsələsinə gəlincə isə yaşadığınız ünvandan istənilən vaxt 012 597-45-39 nömrəli qaynar xəttə zəng etməklə sizə yaxın olan ünvanı seçə və ya bu formalarla bağlı iradınızı bildirə bilərsiniz. Xatırladaq ki, paytaxtda, o cümlədən rayonlarda məktəbli formalarının qiyməti olduqca baha, öz qiymətindən 20-30 manat baha satılır./musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Məktəbli formaları qiymətində endirim

    Məktəbli formaları qiymətində endirim ...

    30-07-2013, 14:24

  • 
  • Bakıda məktəbli yarmarkaları fəaliyyətə başladı

    Bakıda məktəbli yarmarkaları fəaliyyətə başladı ...

    22-08-2017, 16:38

  • 
  • Şəmkirdə məktəbli kanalda batdı

    Şəmkirdə məktəbli kanalda batdı ...

    4-02-2016, 21:53

  • 
  • Bakının ən ucuz bazarında ən baha qiymətlər

    Bakının ən ucuz bazarında ən baha qiymətlər ...

    23-12-2013, 14:08

  • 
  • Bakıda 12 yaşlı məktəbli intihar etdi

    Bakıda 12 yaşlı məktəbli intihar etdi ...

    20-04-2015, 22:47


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (11)
Avqust 2025 (572)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu