GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » "Sultan-E"MMC sakinləri necə aldadır?-DƏLƏDUZLUQ

"Sultan-E"MMC sakinləri necə aldadır?-DƏLƏDUZLUQ

Tarix: 7-09-2017, 11:00 Bölmə :Cəmiyyət Baxış: 439
"Sultan-E"MMC sakinləri necə aldadır?-DƏLƏDUZLUQ


Ölkəmizdə “novostroykalar” alıb, orada yaşayanların əksəriyyəti bu evlərdə kommunal xidmətlərin baha olmasından narazıdır. İqtisadçılar da bu barədə bildirirlər ki, əslində Mənzil Tikinti Kooperativlərinin (MTK) kommunal xidmətlər üçün mənzil sahiblərindən topladıqları vəsaitlər iqtisadi cəhətdən əsaslandırılmamış, özbaşına formalaşan məbləğlərdir. Məsələnin digər tərəfi isə «kommunal xidmət haqqı» adı ilə yığılan məbləğin təyinatı ilə bağlıdır.

gundemxeber.az İnfoplyustv.az-a istinadən bildirir ki, bu sahədə təcrübə göstərir ki, kommunal xidmət haqqı ilə binaların saxlanması, əlavə xidmətlər, abadlıq-təmir işləri üçün tələb olunan məbləğlər qarışdırılır. Sakinlər isə hər ay verdikləri pulun nəyə xərclənməsinin hesabatını apara bilmirlər. Çünki əksər MTK-lar yığılan məbləğlə xərclənən vəsaitin hesabatında şəffaflıq prinsipinə əməl etmirlər. Bu səbəbdən bəzi mütəxəssislər hesab edirlər ki, «novostroykalar»da kommunal xidmət haqqına görə tariflərin müəyyənləşdirilməsinə ehtiyac var. Digər tərəfdən, yeni tikilən binaların idarə edilməsində də özbaşınalıq, nizamsızlıq özünü göstərməkdədir. MTK-ların, payçıların hesabına tikdikləri binadakı mənzillərin sahiblərini daimi «idarə etmək» təcrübəsi geniş yayılıb. Lakin bu təcrübənin yanlış, həm də qanunsuz olmasına dair fikirlər var. MTK sədrləri, komendantlar və s. adlar altında sakinlərdən pul yığan şəxslərin bina sakinləri qarşısında hesabat verməməsi, xərclərin şəffaf olmaması da qanunsuzluq kimi qiymətləndirilir.

Məsələn, Xırdalan şəhərində, “Sultan” MMC-yə aid binada yaşayan sakinlərdən biri Sonolay.org-a dələduzluqla üzləşdiyini bildirib:
“Bir neçə gün əvvəl qapımızın üstünə kağız yazıb qoymuşdular ki, elektrik enerjisinə görə borcunuz var. Bayram günü olduğundan ödəyə bilmədim. Çünki binanın komendantı və diğərləri işdə yox idilər. Səhəri evdə olmayanda gəlib mənzilimin işığın kəsdilər. Yalnız 20 manat ödəyəndən sonra mənzilə elktrik enerjisi bərpa oldu. Daha sonrakı gün yerli işıq idarəsindən gəlib sayğacıma baxdılar, dedilər ki, 51 manat borcun var. Mən Azərenerji-nin işçilərinə 20 manat ödədiyimi dedim. Onlar anlatdılar kı, işıq pulunu yığmaq yalnız Azərnerji Səhmdar Cəmiyyətinin səlahiyyətindədir.

20 manatr ödədiyim pulun təyinatını öyrənməkdən ötrü “Sultan” MMC rəhbərliyi ilə görüşdüm. Onlar bu dəfə bildirdilər ki, həmin 20 manata zibil pulu və lift pulu daxildir. Qanunsuz olsa da bu ödənişi etməyənlərin işığını kəsirlər. Guya başqa cür alınmır. Yəni faktiki olaraq istehlakçıların hüququnu pozurlar. Nəzərə alaq ki, zibil pulu adi binalarda 3 manat, lift üçün ödəniş 5 manatdır. “Sultan”MMC isə 12 manat hər ay artıq pul alır. Hələ supulu bu 20 manata daxil deyil. Binaya qaz çəkilmədiyindən enerji pulu da kəllə-çarxa çatır. “

Bəs artıq problemə çevrilən bu məsələnin hüquqi tənzimlənməsi barədə nə demək olar? MTK-lar tərəfindən tikilərək sakinlərin istifadəsinə verilən binaların idarə edilməsi və kommunal xərclərin yığılması şərtləri, qaydasına dair hüquqşünas Natiq Abdullayevin yanaşması fərqlidir. Onun fikrincə, yeni binalarda nəinki pul yığılması, MTK-ların idarə etməsi qanunsuz həyata keçirilir. Beləliklə, MTK-ların idarə edilməsinə dair qanunvericiliyin tələblərini hüquqşünas N.Abdullayev belə şərh edir: - Mənzil hüquqlarına dair münasibətlər 01 oktyabr 2009-cu il tarixdən qüvvəyə minmiş yeni Mənzil Məcəlləsi ilə tənzimlənir. Mənzil Məcəlləsinin 109.5-ci maddəsinin tələbinə görə, kooperativ binanın tikintisi və yenidən qurulması tam başa çatdıqdan, həmin binada mövcud olan bütün yaşayış və qeyri-yaşayış sahələrinə mülkiyyət hüququ bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə müəyyən olunmuş qaydada mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra, altı ay ərzində mənzil-tikinti kooperativi qanunvericiliklə müəyyən olunmuş qaydada ləğv edilməli və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməlidir.

Təcrübədə müştərək cəmiyyətlərin yaranması və fəaliyyətinə dair yanlış fikirlərə rast gəlinir. Bunu izah etməyə zərurət var. Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin yaradılması və onun fəaliyyətinin təşkili qaydaları Mənzil Məcəlləsinin 119-134-cü maddələrində əksini tapır. Çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. Əksər ekspertlər hesab edirlər ki, müştərək cəmiyyətlər binaların idarə edilməsinin yeganə və optimal üsuludur. N.Abdullayevin suala cavabı isə belə oldu: “Alternativ idarəetmə üsulları da müəyyən edilib. Belə idarəetmə üsulları bunlardır: binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilmə; ixtisaslaşmış istehlak kooperativi və idarəedici tərəfindən idarə edilmə. Ümumiyyətlə, binanın idarə edilməsi sakinlərin əlverişli və təhlükəsiz yaşamaq şəraitini, çoxmənzilli binanın ümumi əmlakının lazımı qaydada saxlanmasını, habelə belə bina sakinlərinə kommunal xidmətlərin göstərilməsini təmin etməlidir. Məcəllənin tələbinə görə çoxmənzilli binanın sahə mülkiyyətçiləri binanın yuxarıda göstərilən idarə edilməsi üsullarından birini seçməyə borcludurlar. Əgər bir il ərzində çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən həmin binanın idarə edilməsi üsulu seçilməzsə və ya həmin binanın üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə, binanın yerləşdiyi ərazinin bələdiyyəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 128 nömrəli, 01 iyun 2010-cu il tarixli qərarı ilə təsdiq olunmuş “Çoxmənzilli binanın idarəedici təşkilatının seçilməsi üzrə açıq müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq idarəedici təşkilatın seçilməsi üzrə açıq müsabiqə keçirməlidir. Bu, o deməkdir ki, bina MTK tərəfindən istismara təhvil verildikdən sonra 6 ay ərzində MTK ləğv edilməlidir. Deməli, təhvil verilmiş binalarda MTK-ların fəaliyyəti qanunsuzdur. 1 il ərzində isə binanın idarə edilməsinin Mənzild Məcəlləsində göstərilən 3 formasından biri seçilməlidir. Lakin təcrübə göstərir ki, MTK-lar binanın tikib təhvil verdikdən sonra da onun idarəçiliyini, kommunal və s. təyinatlı pul yığılmasını davam etdirirlər. Bu isə sakinlərin haqlı narazılığına səbəb olur. MTK-ların belə fəaliyyəti qanunsuz olmaqla yanaşı, həm də sakinlərin mənafeyinə uyğun deyil» .

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Daha hansı kommunal xidmətlər bahalaşacaq? - Açıqlama

    Daha hansı kommunal xidmətlər bahalaşacaq? - ...

    16-05-2016, 19:29

  • 
  • Tarif Şurası: Kommunal haqların artırılması məsələsi gündəmdə deyil

    Tarif Şurası: Kommunal haqların artırılması ...

    6-11-2013, 11:40

  • 
  • Məhkəməyə şikayət etdi, 3541 manat kommunal xidmət pulunu geri aldı

    Məhkəməyə şikayət etdi, 3541 manat kommunal ...

    29-06-2016, 15:45

  • 
  • Sakinlər MTK sahiblərinin özbaşınalıqlarına etiraz edir - Problem o qədər böyüyüb ki... ÇOX PİS NƏTİCƏLƏR OLA BİLƏR

    Sakinlər MTK sahiblərinin özbaşınalıqlarına ...

    20-02-2017, 21:38

  • 
  • Mingəçevirdə büdcəni belə talayırlar Dəhşətli faktlar bu dəfə rəsmi

    Mingəçevirdə büdcəni belə talayırlar Dəhşətli ...

    21-01-2016, 20:42


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (469)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu