Bir vaxtlar ölkə rəhbəri cənab Ilham Əliyevin siyasətə gəlişinin Azərbaycan üçün olduqca gərəkli olacağı barədə əminlklə danışan siyasilərin proqnozları, bu gün özünü tam şəkildə doğruldub. Hazırda respublikamızın xarici siyasəti ilə bağlı heç bir problemi yoxdur. Buna da səbəb, son illər Azərbaycan Respublikasının Prezidenti siyasət aləmində elə dominal mövqelər əldə edib ki, bunu yalnız fövqəladə hadisə kimi qiymətləndirmək lazım gəlir. Təbii ki, cənab İlham Əliyevin müdafiə etdiyi siyasi kursun üstünlükləri ilə bərabər, onun şəxsi-siyasi keyfiyyətləri də lazımi nəticələrin əldə olunmasında mühüm rol oynayır. Bəli, bu gün əldə olunan siyasi sabitliklə bərabər, xarici siyasi kursun balanslaşdırılması da mühüm əhəmiyyət kəsb etməkdədir.
Əminliklə qeyd etmək istəyirəm ki, cənab İlham Əliyevin ən böyük xidməti, müasir tariximizə qurucu və yaradıcı şəxs olaraq daxil olmuş Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı olması, Azərbaycanın dövlət müstəqilliyini qoruyub saxlaması, onu əbədi və dönməz etməsi, dövlətimizin dünya birliyində layiqli yer tutmasını təmin etməsidr. Prezident İlham Əliyevin dövlətçiliyimzin qorunub saxlanması yöndə gördüyü işlər nə qədər böyük və əhəmiyyətli olsa da, biz bunların əhəmiyyətini hələ də olduğu kimi dərk edə bilmirik. Bir həqiqəti də dərk etmək lazımdır ki, bu gün cənab İlham Əliyev dövrü müasir tariximizə Azərbaycanın çicəklənməsi, siyasi-iqtisadi qüdrətinin artması, bütün sahələrdə köklü islahatların, bənzəri olmayan quruculuq işlərinin həyata keçirildiyi tarix olaraq daxil olub. Bu gün Azərbaycanda sözün həqiqi mənasında hüquqi, demokratik və dünyəvi əsaslara söykənən dövlət quruculuğu prosesi vüsət alır, söz azadlığı, fikir plüralizmi və s. yaradıcı və təşəbbüskar fəaliyyətə geniş imkanlar açır. Respublikamız demokratik dövlət olaraq, bu gün bir çox nüfuzlu beynəlxalq təşkilatların, o cümlədən Avropa Şurasının tamhüquqlu üzvüdür. Dünyanın aparıcı dövlətləri ilə siyasi, iqtisadi və mədəni əlaqələrimiz durmadan inkişaf edir, qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri geniş vüsət alır. Avropaya və dünya iqtisadiyyatına inteqrasiya prosesi sürətlə inkişaf etdirilir. Bir həqiqəti də yaddan çıxarmayaq ki, dövlətimizin bugünkü inkişaf təməli ötən əsrin yetmişinci illərində qoyulmuş potensialdan qaynaqlanmaqdadır. Sözdə bir-iki kəlmə ilə ifadə olunan dövlətçilik, müstəqillik, azadlıq, demokratiya və s. bu ağır taleyüklü vəzifələrin yerinə yetirilməsinin səbəbkarı, məhz Heydər Əliyev şəxsiyyətinin məqsədyönlü fəaliyyətinin nəticəsində əldə olunub. Bir günlərdə ölkə rəhbəri cənab İlham Əliyev etdiyi çıxışlarının biirində belə bir ifadə işlətdi ki, “dörd-beş yaşlarında bir qız uşağı mənə yaxınlaşaraq bildirdi ki, mən sizi tanıyıram, Siz Heydər babanın oğlusunuz. Bugünkü müstəqil AZƏRBAYCANIMIZI qurub yaradan, onun banisi olan Heydər babanın oğlusunuz” dedi. Bəli, hər bir oğul üçün xalqına şərəfli xidmət edən atanın layiqli davamçısı olmaq qürurverici və çox sevindirici haldır. Cənab Prezident yüksək intellektə malik, Azərbaycan xalqının ən yaxşı xüsusiyyətlərini özündə əks etdirən, onun taleyində həlledici rol oynayan cəsarətli rəhbər və dərin təfəkkürə malik rəhbər şəxsdir.
Bugünkü reallıq isə ondan ibarətdir ki, özünü hakimiyyətə alternativ qüvvə hesab edən müxalifət liderlərindən heç biri, lazımi göstəricilərə cavab verən ardıcıl siyasi kursun daşıyıcıları deyillər. Liderlik o deməkdir ki, həmin şəxs geniş siyasi spektrin inamını qazana bilsin, ən çox müzakirə olunmaqla xalq tərəfindən qəbul edilsin. Yəni, siyasi liderliyə xas olan bütün göstəriciləri Prezident İlham Əliyevə şamil etmək olur. Siyasi iradə siyasətçinin liderlik keyfiyyətlərini qiymətləndirən əsas meyarlardan biridir. Ölkə rəhbərinin siyasi keyfiyyətləri, onun siyasi lider imicinə xas olan pozitiv elementləri, özünü praktik fəaliyyətdə birbaşa əks etdirir.
İlham Əliyev hər bir vətəndaşın Prezidenti olaraq üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəldiyini dəfələrlə sübut edib. Dövlət başcısı olaraq o, 21 fevralda Heydər Əliyev Fondunun prezidenti, UNESKO-nun və İSESCO-nun xoşməramlı səfiri, YAP sədrinin müavini, ölkənin birinci xanımı və ən əsası, milli dövlətçilik ideyalarının təbliğatçısı Mehriban xanım Əliyevanın 1-ci vitse-prezident vəzifəsinə təyin edilməsi barədə sərəncam imzaladı. Belə bir siyasi iradəni reallaşdırdığınıza görə, cənab Prezident şəxsən Sizə minnətdar olduğumuzu bildiririk. Özünün və xalqının siyasi iradəsinə güvənən İlham Əliyev dünya siyasətində bir daha sübut etdi ki, siyasət ölkəsinin müstəqilliyini qoruyub saxlamaq ugrunda əzmlə, qətiyyətlə mübarizə aparmaq, əxlaqlı və alicənab insanların vəzifəsidir. Prezident öz çıxışında Mehriban Əliyevanın uzun illər ərzində ölkənin ictimai-siyasi və mədəni həyatında fəal rol oynadığını vurğuladı. Prezident onu da qeyd etdi ki, Mehriban Əliyeva çox peşakar, bilikli, təcrübəli, prinsipial və xeyirxah bir insandır. Təsadüfi deyil ki, Azərbaycan xalqı ona böyük rəğbət və sevgi hissi ilə yanaşır. Bu gün Mehriban xanımın həyatında yeni bir dövr başlayır. O, ona göstərilən etimada görə Prezidentə minnətdarlıq edib və “bu vəzifəyə təyin olunmaqla öhdəmə düşən məsuliyyətin ciddilyini tam şəkildə dərk edirəm və inanıram ki, Sizin və mənə inanan hər kəsin etimadını tam şəkildə doğrultmağı bacaracağam” deyib. Hörmətli Mehriban xanım! Biz də belə bir məsuliyyətli vəzifəyə təyin olunmağınız münasibətilə Sizi ürəkdən təbrik edirik. Azərbaycan xalqı Sizə tam əminliklə inanır, güvənir və Sizi tam şəkildə də dəstəkləyir.
Hər bir şəxs tanrının ona bəxş etdiyi ömür payını özünəməxsus tərzdə yaşayır. Bu isə o deməkdir ki, Allah-Təala hər kəsə bir tale qismət edir. Dünyada heç kim təhna, kimsəsiz, köməksiz, vətənsiz yaşamamışdır. Hər bir şəxs anadan olduqdan sonra, onun formalaşması müxtəlif şəraitdə, bir–birindən fərqli davranışa, dünyagörüşə, əxlaqa, tərbiyyəyə malik ayrı-ayrı insanlarla ünsiyyətdə baş tutur. Buna görə də dünyada xasiyyətcə bir-birinə tam şəkildə uyğun gələn iki eyni adam yoxdur. Bəşər tarixində elə şəxslər olublar ki, onların insanlara münasibəti, xeyriyyəçiliyi, yaşayış tərzi, vətənpərvərliyi, ədalətliliyi, sədaqəti və s. illər keçsə də yad olunur, heç vaxt unudulmur. Bəli, müstəqil Azərbaycanımızda da öz müsbət keyfiyyətləri ilə xalqına örnək ola biləcək şəxslər az deyil. Belə amal sahibi olan şəxslərdən biri də, 26 avqust 1964-cü ildə Bakı şəhərində ziyalı ailəsndə anadan olan Əliyeva Mehriban Arif qızıdır. O, bu günə kimi Azərbaycan mədəniyyətinin geniş təbliğ olunmasında, Bakıda Birinci Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsində, təhsilimizin, səhiyyəmizin inkişaf etdirilməsində, elm və texnalogiyamızın bir çox uğurlara qovuşmasında, Azərbaycan xalqının ümummill lideri, mərhum prezidentimiz Heydər Əliyevin zəngin irsinin öyrənilməsində və onun milli dövlətçilik ideyalarının yeni nəsillərə aşılanmasında çox böyük işlər görmüşdür. Azərbaycan şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanması və inkişaf etdirilməsi sahəsindəki yorulmaz səylərinə görə, məhz Mehriban xanım Əliyeva UNESCO-nun Xoşməramlı səfiri adına layiq görülüb. Olimpiya dəyərlərinin təbliğindəki xidmətlərinə görə o, Beynəlxalq Olimpiya Akademiyasının “Olympic Excellence” xüsusi fəxri mükafatı ilə də təltif olunub. Azərbaycan Respublikasında mədəniyyətin, təhsilin, səhiyyənin və idmanın inkişafında səmərəli fəaliyyətinə, xalqımızın mədəni irsinin beynəlxalq miqyasda geniş təbliğinə və birinci Avropa Oyunlarının təşklindəki xidmətlərinə görə Mehriban Əliyeva “Heydər Əliyev” ordeni ilə təltif edilib. Hər bir şəxsin həyatı bir çox mərhələlərə bölünür və onların hər biri üçün talenin qisməti olur. Mehriban xanım üc övlad anasıdır və övladlarının hər biri ilə qürur duyur. O, bütün varlığı ilə xalqını sevir və ona xidmət etməkdən də iftixar hissi keçirir. Xanım Əliyevanın ömür-gün yoldaşı uzun illərdir ki, ictimai-siyasi proseslərin nəbzini tənzimləməklə, dövlət başçısı vəzifəsini daşımaqdadır.
İlham Əliyev təkcə ölkə rəhbəri deyil, həm də qayğıkes ailə başçısıdır. Bu günə kimi cənab Prezidentin diqqət və qayğısı sayəsində bir çox yaradıcı insanlar şan-şöhrət qazanmış, dövlətçiliyimizin inkşafı naminə çalışan şəxslər isə, önəmli vəzifələrə təyin olunmuşlar. Heydər Əliyev Fondunun prezidenti, YUNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva da, qısa müddət ərzində işgüzar fəaliyyəti ilə dünyaya tanındı. Azərbaycanın dünyaya inteqrasiya etdiyi bir zamanda, milli dövlətçilik ideyalarının təbliğatçısı olan Mehriban xanım Əliyevanın dövlətçiliyimiz üçün gördüyü islər mühüm əhəmiyyət kəsb etməkdədir. Ölkəmizin milli-mənəvi dəyərlərinin üzə çıxarılması, dünya arenasında tanınması, tarixin bu günü üçün deyil, zamanın axarında əsrlərin yaddaşında iz buraxacaq bir hadisədir. Buna görə də Mehriban xanım Əliyevanın birinci vitse-prezident vəzifəsinə təyin olunmasına qeyri-adi hadisə kimi yanaşmaq düzgün deyil. Atılan addım sosial sifarişdən doğan bir zərurətdir. Mehriban xanım Əliyevanın bu vəzifəyə təyin olunması, onun siyasi taleyində yeni bir mərhələnin başlanğıcı hesab oluna bilər. Yeni vəzifəsində Mehriban xanıma uğurlar arzulayırıq.
MEHRİBAN XANIM ƏLİYEVA BUGÜNÜN VƏ GƏLƏCƏYİN UĞUR FAKTORUDUR
Tarixdə xalqını sevən, torpağına bağlı olan vətənpərvər şəxslərin rolu danılmazdır. Müstəqil dövlətimzin timsalında keçdiyimiz şərəfli və keşməkeşli yolu təhlil edərkən bir daha əmin oluruq ki, taleyin millətə verdiyi şansı yalnız milli dövlətçilik ideyalarının təbliğatçısı olan vətənpərvər insanların iştirakı ilə reallaşdırmaq mümkündür. Son bir neçə il ərzində Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın bugünü və gələcəyi naminə çox mühüm layihələrə imza atılıb və reallaşdirılıb. Müasir dövr aktual problemləri həll etməyi, qarşıya qoyulan məqsədlərə çatmağı bacaran, məsuliyyət altına girməkdən çəkinməyən şəxslərin, xüsusilə də milli dövlətçilik ideyalarına sadiq olanların zamanıdır. İftixar hissi ilə söyləmək olar ki, Azərbaycan Prezidenti İlham Əliyev müstəqil respublkamızı lazımınca idarə edən, Ulu Öndərin siyasi kursunu davam etdirməyi bacaran, müstəqilliyini qoruyub saxlamağa qadir olan, güclü dövlətçilik qabiliyyətinə malik sədaqətli, etibarlı və saf əqidəyə malik yeni şəxslər formalaşdırır və onlara ümid bəsləyir. Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da, Prezidentin etimadını qazanmış şəxslərdəndir. Məqsəd aydınlığı və ona çatmaq yollarının düzgün müəyyən edilməsi, məhz Mehriban xanım Əliyevanın əsas iş prinsipidir. Azərbaycan Respublikasının birinci vitse-prezidenti ən güclü dayağa söykənməklə, dövlətimizi irəliyə aparmağa qadir olan şəxsdir. Birinci vitse-prezidentin daşıdığı missiya məsuliyyətlidir, ağırdır, lakin kecdiyi siyasi məktəb, aldığı ailə tərbiyyəsi onu məsuliyyətli, dözümlü və iradəli etmişdir. Mehriban xanım Əliyevanın siyasi gücü idarəetmənin müxtəlif sahələrində topladığı təcrübədədir. Onu da qeyd etmək lazımdır ki, bu gün xalqımız bir çox taleyüklü hadisələrin tezliklə öz həllini tapmasını səbrsizliklə gözləyir. Şübhəsiz ki, Dağlıq Qarabağ münaqişəsi problemlərin ən aktualıdır. Qarabağ məsələsi Azərbaycan xalqının milli mənafeyi nöqteyi-nəzərindən ədalətli həllini tapmıyınca, aktual olaraq qalacaq. Azərbaycan xalqının milli mənafeləri isə, müasir dünyanın siyasi prinsipləri ilə heç də həmişə üst-üstə düşmür. Bütün bunları nəzərə alaraq qeyd etmək vacibdir ki, xalqımızın qan yaddaşına çevrilmiş Dağlıq Qarabağ məsələsini Prezident İlham Əlyev kimi yüksək siyasi potensiala malik şəxsiyyətlər həll edə bilər. Xalq öz Prezidentinə inanir və tezlklə Dağlıq Qarabağ məsələsinin ədalətli həll olunacağını da gözləyir. İndisə başqa bir problem haqqında danışmaq istərdim. Bu problem isə, xalqımızın o cümlədən qacqın və məcburi köçgünlərin tez-tez üzləşdiyi sosial problemdir. Azərbaycan Respublikasının birinci vitse-prezidenti ilk növbədə xalqın sosial problemlərini həll edəcəyini bildirmişdi. Mehriban xanımın ən üstün cəhəti ondan ibarətdir ki, xalq arasında onun haqqında formalaşmış təsəvvürlər nəinki təkcə sosial problemlərin həll olunacağına, hətta bütün problemlərin tezliklə öz həllini tapacağına hər kəsdə inam yaradır.Yəni, cəmiyyətin inkişafı Mehriban xanım Əliyevadan çevik və işgüzar olmağı tələb edir. O, daşıdığı vəzifənin məsuliyyətini dərk etməklə riskə getməkdən çəkinmir, xalqının ümidlərini doğrultmağa çalışır.
MEHRIBAN XANIM ƏLİYEVA BU GÜN AZƏRBAYCANIN TALEYİNDƏ HƏLLEDİCİ ROL OYNAYIR.
Gəlin indi qan yaddaşımızı nəzər salaq. 1813-1828-ci illər ərzində işğal edilmiş Azərbaycan əraziləri: İran əsarəti altındakı Cənubi Azərbaycan -sahəsi təxminən 280 min kv.km-dir. Rusiya əsarəti altındakı Şimali Azərbaycan-sahəsi 130 min kv.km-dir. 1928-ci ildə Rusiyanın təzyiqi ilə ermənilərə verilmiş İrəvan xanlığı –sahəsi 9 min kv. Km-dir. Rusiya əsarəti altındakı Dərbənd xanlığı –sahəsi 7 min kv.km-dir. Nəhayət, 1918-1920-ci illər ərzində qurulan Azərbaycan Demokratik Respublikası ərazisinin sahəsi təxminən 114 min kv.km olmuşdur. 1920-ci ildə ADR-nı işğal edən rus imperiyasının bölüşdürdüyü Azərbaycan əraziləri. Zəngəzur, Göyçə, Şərur, Dərələzi, Dilican və Borçalının ərazilri olmuşdur ki, həmin ərazilərin də ümumi sahəsi təxminən 27.4 min kv.km-dir. Məcburi yollarla zəbt olunmuş Azərbaycan torpaqlarının taleyi, bu gün kimlərisə düşündürmür. Bəli, əslində daxili çəkişmələrin nəticəsi olaraq torpaqlarımız işğal olunub. Son vaxtlar 2018-ci ildə keçiriləcək Prezident seçkisi ilə bağlı bəzi KİV-də, sosial şəbəkələrdə və s. Əliyevlər ailəsinə qarşı təxribat xarakterli materiallar dərc olunmaqdadır. Azərbaycan xalqı kimin kim olduğunu artıq anlayır. Bu cür böyük oyunların arxasında Prezidentin yaxın ətrafında olan və tez-tez simasını dəyişməyi bacaran hökumət rəsmlərinin olduğu da söylənilir. Qeyd etmək istəyirəm ki, Mehriban Əliyeva Azərbaycan dövlətinin birinci vitse-prezidentidir. Bu gün ölkəsini, millətini, Prezidentini sevən hər kəs bu cür açıqlamaları dərc etdirməməlidir. Azərbaycan Dünya İnformasiya Məkanı İctimai Birliyı (ADİM) regionlarda vətəndaşlar arasında belə bir sualla sorğu keçirib. 2018-ci ildə keçiriləcək Prezident seçkilərində Mehriban xanım Əliyevanın namizədliyini dəstəkləyəcəksinizmi? ADİM İB-nin 23-30 avqust tarixlərdə Quba, Qusar, Xaçmaz, Qazax, Tovuz və Gədəbəy rayonlarında 2018-ci ildə keçiriləcək prezident seçkiləri ilə əlaqədar keçirdiyi sorğuda iştirak edən 2850 nəfərdən 2769 nəfəri, Mehriban xanımın namizədliyini dəstəkləyəcəklərini bildirmişlər. Bu isə o deməkdir ki, Azərbaycan xalqı ona inanır, güvənir və onu tam şəkildə də dəstəkləyirlər. Azərbaycan xalqı Sizə uğurlar arzulayır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?