GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Ali məktəblərə boş qalan plan yerlərinin aqibəti necə olacaq?

Ali məktəblərə boş qalan plan yerlərinin aqibəti necə olacaq?

Tarix: 14-09-2017, 11:23 Bölmə :Cəmiyyət Baxış: 391
[center]Ali məktəblərə boş qalan plan yerlərinin aqibəti necə olacaq? [/center

Kamran Əsədov: “Hər bir universitetdən azı 200 nəfər qəbul olunduğu ixtisas üzrə qeydiyyatdan keçmədi”


Artıq bir neçə gündən sonra tələbə adını qazanan gənclər yeni tədris ilinə başlayacaqlar. Bu il ali məktəblərə kifayət qədər boş plan yerləri qaldı. Bu plan yerlərinə qəbul baş tutsa da, yenə də boş qalan yerlər var. Buna isə səbəb tələbə adını qazanan gənclərin qəbul olduqları ali məktəbdə qeydiyyatdan keçməməsidir. Onların oxumaqdan imtina etməsinin isə müxtəlif səbəbləri var. Ancaq bu səbəblərdən ən birincisi ödənişli ixtisaslara qəbul olan uşaqların təhsil haqqını ödəyə bilməmələri, bundan əlavə, hansısa rayondan, kənddən gəlib paytaxta yerləşmək, ev tutmaq və burada yaşamaq, təhsil almaq üçün ailənin maddi imkanının çatmamasıdır. Modern.az saytının məlumatına görə, bu il Azərbaycan Dillər Universitetinə (ADU) 1420 plan yeri ayrılıb və birinci mərhələdə 1333 abituriyent qəbul olunub. Onlardan 1317 nəfər qeydiyyatdan keçib, 16 nəfəri isə qeydiyyatdan keçməyib. Əlavə yerləşdirmədə 8 abituriyent qəbul olunub və 1 nəfər qeydiyyatdan keçməyib. Azərbaycan Dövlət Pedaqoji Universitetində isə (ADPU) ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mənsur İbrahimov bildirib ki, 2017-2018-ci tədris ili üçün ADPU-ya ali təhsilin bakalavriat səviyyəsində 22 ixtisas üzrə 2200 plan yeri ayrılıb. Universitetə 2113 nəfər qəbul olunub. Onlardan 2063 nəfər qeydiyyatdan keçib. Nəticədə ADPU-ya ali təhsilin bakalavriat səviyyəsində qəbul planı 97,6 faiz yerinə yetirilib. Bu il 259 nəfər abituriyent 500 və 500-dən çox bal toplayaraq ADPU-ya qəbul olunub. Bu, qəbulun 12,6 faizini təşkil edir. 2 nəfər isə 600-dən yuxarı bal toplayıb. Ümumilikdə ADPU-ya filiallarla birlikdə 2732 nəfər qəbul olunub. Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbə qəbulu üçün plan yeri isə 1725 nəfərlik olub. Universitetə 1607 abituriyent qəbul olunub. Bu da təxminən 93,1 faiz göstəricidir. Qəbul olunan, ancaq qeydiyyatdan keçməyənlərin sayı birinci turda 20 nəfər, ikinci turda isə 4 nəfər olub. Qərb Universitetinə 650-yə yaxın tələbə qəbul olunub. Qeydiyyatdan keçməyənlərin sayı isə 45 nəfər olub. Bakı Avrasiya Universitetinə isə 480 yer ayrılıb. 474 abituriyent universitetə qəbul olunsa da, onlardan 432 nəfər qeydiyyatdan keçib.

Qeyd edək ki, 2017/2018-ci tədris ilində universitetə daxil olan ən yaşlı abituriyentin 48, ən azyaşlısının isə 15 yaşı var. 48 yaşlı Quba rayon sakini Əfsəl Qazıyev və 15 yaşlı Tovuz rayon sakini Elcan İsayev Azərbaycan Dövlət Aqrar Universitetinə (ADAU) qəbul olublar.

Təhsil eksperti Kamran Əsədov bildirdi ki, iki tur nəticəsində ali məktəblərə qəbul üçün müəyyən olunmuş plan yerlərinin 95 faizinə abituriyentlər qəbul olub: “İlk növbədə qeyd etmək istəyirəm ki, 2017-2018-ci il üçün ali məktəblərin 160 ixtisası üzrə qəbul aparıldı və ümumilikdə 43000 plan yeri ayrılıb. Onlardan I qrup üzrə 14000, II qrup üzrə 12500, III qrup üzrə 10000, IV qrup üzrə 3300, V qrup üzrə isə 3200 yer nəzərdə tutulmuşdu. Qeyd etmək istəyirəm ki, bu ildən etibarən qəbul imtahanları iki dəfə keçirildi. Nəzərinizə çatdırım ki, yaz qəbul imtahanında 31 min 383 nəfər müsabiqə vəziyyətini ödəyib. Yay qəbul imtahanını da nəzərə alsaq, kəsilən 32 min 837 nəfərdən haradasa 10-12 mini 200 baldan artıq bal toplamaqla, təxmini plan yerlərini doldura bilər. Bundan əlavə, vurğulayım ki, ötən il 41 min 736 plan yeri vardısa, onun da 34 min 224-ü tutulmuşdu. İndi 43000 min plan yeri var. Amma bu, o demək deyil ki, mütləq hamısı tutulmalıdır. Birinci qəbuldan sonra bu turda tutulmayan və boş qalan plan yerlərinə ikinci dəfə qəbul həyata keçirildi. İki tur nəticəsində ali məktəblərə qəbul üçün müəyyən olunmuş plan yerlərinin 95 faizinə abituriyentlər qəbul oldu. Lakin 54 ali təhsil müəssisəsinə qəbul olmuş bütün abituriyentlər gedib qeydiyyatdan keçmədi. Belə ki, onların müəyyən hissəsi qəbul olduğu ixtisasdan razı qalmadı və digər hissəsi isə təhsil haqqı ödəmək imkanı olmadığı üçün qeydiyyatdan keçmədi. Bu, heç də kiçik rəqəm deyildi. Belə ki, hər bir universitetdən azı 200 nəfər qəbul olduğu ixtisas üzrə qeydiyyatdan keçmədi. Bunun əsas səbəbi universitetlərin müəyyən etdiyi təhsil haqlarının yüksək səviyyədə olması və təhsil haqqını ilin əvvəlində tələb etməsidir.

K.Əsədov bildirdi ki, plan yerləri dolmayan ali təhsil müəssisələri gələcək fəaliyyətləri barədə ciddi şəkildə narahat olmalı və düşünməlidirlər: “Onlar ya tələbə cəlb etmək üçün güzəştə getməli, ya da məğlubiyyəti qəbul edib, bağlanmalıdır. Məsələn, jurnalistika ixtisasına qəbul olmaq istəyənlər üçün qabiliyyət imtahanlarının keçirilməsinə başlanıldığı son 3 ildə ilk dəfə olaraq Bakı Dövlət Universitetinin və digər universitetlərin jurnalistika fakültəsinin Azərbaycan dili bölməsi üçün ayrılan plan yerləri tam dolub. Lakin rus dili bölməsinə qəbul çox aşağı səviyyədə olub. Ona görə də bir neçə universitet özlərində rus bölmənin ləğv edilməsini həyata keçirib. 2016-cı ildə 600 plan yerindən yalnız 68-i (11.33%) tutulan Odlar Yurdu Universitetinin rəhbərliyinin bir il ərzində həyata keçirilən tədbirləri, bununla yanaşı, çıxış yolunu təhsil haqlarını aşağı salmaq kimi mühüm addımlar atmışdı ki, 2017-ci ildə plan yerinin dolması ciddi şəkildə artdı. Əlbəttə ki, plan yerlərinə qəbul olmaması universitetə təsirsiz ötüşməyəcəkdi. Universitet artıq endirim kampaniyalarına start verib. I turda qəbul olunan tələbələr 4 il ödəniləcək təhsil haqqının 20%-indən azad olunublar. Hətta 2016-cı ildə II turda boş qalan yerlərə qəbul olunanlar I kursun ödənişlərindən azaddırlar. Universitetdə bütün ödənişli əsaslarla oxuyan tələbələr əla qiymətlərlə oxuduqları halda onlardan növbəti il üçün təhsil haqqı alınmaması kimi ciddi şəkildə islahatlar aparılıb. Əlbəttə ki, bütün bunlar müsbət addımdır və universitetin tələbələri cəlb etmək üçün mühüm əhəmiyyət kəsb edən addımlardır”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Universitetə qəbul olanların qeydiyyatı sabahdan başlayır

    Universitetə qəbul olanların qeydiyyatı sabahdan ...

    19-08-2013, 11:26

  • 
  • Ali məktəblərin boş qalan plan yerlərinə müsabiqənin nəticələri açıqlandı

    Ali məktəblərin boş qalan plan yerlərinə ...

    21-08-2017, 17:38

  • 
  • 36 381 nəfər tələbə adını qazanıb

    36 381 nəfər tələbə adını qazanıb ...

    14-08-2017, 11:18

  • 
  • Ali məktəbə daxil olmayanlar bu xəbəri mütləq oxusun

    Ali məktəbə daxil olmayanlar bu xəbəri mütləq ...

    1-09-2017, 16:25

  • 
  • Ödənişli ixtisaslara qəbul olunmuş abituriyentlər ilk ilin pulunu tam ödəməlidir

    Ödənişli ixtisaslara qəbul olunmuş abituriyentlər ...

    13-08-2017, 12:16


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (116)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu