XCP sədri Əli Kərimlinin köməkçisi Faiq Əmirlinin apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
gundemxeber.az Publika.az-a istinadən xəbər verir ki, bu gün Bakı Apelyasiya Məhkəməsində hakim Vaqif Mursaqulovun sədrliyi ilə baş tutan prosesdə Faiq Əmirli azadlığa buraxılıb. Məhkəmə Faiq Əmirlinin apelyasiya şikayətini qismən təmin edib. Onun barəsində 3 il sınaq müddəti olmaqla şərti cəza təyin edilib. Səbail rayon Məhkəməsinin hökmü ilə Faiq Əmirli 3 il 3 ay müddətinə azadlıqdan məhrum edilmişdi. O, hökmdən apelyasiya şikayəti verib, barəsində bəraət hökmünün çıxarılmasını istəmişdi. Ötən il avqustun 20-də saxlanılan Faiq Əmirli Cinayət Məcəlləsinin 283.1-ci (milli, irqi, sosial və ya dini düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi, sosial və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər) və 168.1-ci (dini məzhəbləri yaymaq və dini ayinlərin icrası adı altında fəaliyyət göstərən və bu fəaliyyətlə ictimai asayişi pozan, yaxud vətəndaşların sağlamlığına zərər vuran və ya formasından asılı olmayaraq vətəndaşların hüquqlarını pozan, habelə vətəndaşların qanunla müəyyən edilmiş vəzifələrini yerinə yetirməkdən yayındıran qrup təşkil etmə, ona rəhbərlik etmə və ya belə qrupda iştirak etmə) maddələri ilə ittiham edilir. Onun avtomobilindən FETÖ rəhbəri Fətullah Gülənə aid kitablar tapılıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?