GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Təhsil Nazirliyinin böyük saxtakarlığı üzə çıxdı

Təhsil Nazirliyinin böyük saxtakarlığı üzə çıxdı

Tarix: 24-09-2017, 21:17 Bölmə :Cəmiyyət Baxış: 514
Təhsil Nazirliyinin böyük saxtakarlığı üzə çıxdı


Nazirlik müsabiqədə müəllimləri aldadır?

Muəllimlər süni şəkildə artırılmış vakansiyalardan şikayətçidir


Bir az əvvəl Təhsil Nazirliyinin müəllimlərin işə qəbulu üzrə keçirilən müsabiqəsinin nəticələri açıqlandıqdan sonra bir neçə gənc namizəddən müsahibə götürmüşdük. Onlardan biri müsabiqədə müvafiq keçid balını toplayan, amma seçim üçün 2-ci turu gözləyən Günay Məmmədova idi. İkinci turun nəticələri açıqlandıqdan və müəllimlərin yerləşdirilməsi prosesi başlandıqdan sonra Günay xanımla əlaqə saxlayıb, nəticələrini öyrənmək istədik. Məlum oldu ki, o, müsabiqədən uğurla keçsə də, dərs saatları ilə bağlı problemlə üzləşib. Kiçik bir araşdırma zamanı aydınlaşdı ki, bu problemlə təkcə o deyil, başqaları da üzləşib. Həmin müəllimlərdən bir neçəsinin şikayətini diqqətinizə təqdim edirik.

– Günay xanım, sizinlə hardasa 25 gün öncə müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələrinin açıqlanması zamanı söhbətləşmişdik. O zaman müsabiqənin şəffaf keçdiyini bildirmiş, amma seçimi ikinci tura saxladığınızı demişdiniz. Seçim nəticələriniz necə oldu, razı qaldınızmı?

– Bəli, 2-ci turda seçim etdim və sıralamada ilk yazdığım 280 №li tam orta məktəb üzrə ən yüksək mənim balım olduğundan, elə həmin məktəbə də düşdüm. Növbəti və son mərhələ isə müsahibə mərhələsi idi. Nəhayət, müsahibə mərhələsi də bitdikdən sonra qalırdı cavabların elan olunmasını gözləmək… Həyəcanlı şəkildə keçən bir neçə gündən sonra nəhayət ki, cavablar şəxsi səhifəmizə gəldi. Müsahibədən uğurla keçdiyimi görüb çox sevinmişdim. Sevincimin həddi-hüdudu yox idi. Lakin sevincim çox uzun çəkmədi… Yeni tədris ilinin ilk günündən artıq məyus olmuşdum. Çünki yaşadığım ərazidən xeyli uzaq olmasına baxmayaraq, Hövsan qəsəbəsində yerləşən 280 №li tam orta məktəbi seçməyimin əsas səbəbi məhz 24 saat vakant dərs yükünün verilməsi idi. Lakin direktor R.M. Qasımovla ilk görüşümdə o, 18 saat vakant dərs verdiyini dedi. Mən isə 18 saat yox, 24 saat vakant dərs üzrə gəldiyimi bildirdim. O isə qətiyyətlə 24 saat yox, 18 saat vakant dərs verdiyini təkrarladı. Bu məsələ ilə bağlı Bakı şəhər Təhsil İdarəsi ilə əlaqə saxladım və mənə bildirildi ki, direktor düz deyir, 18 saat vakant dərs verib. “Bəs Təhsil Nazirliyinin saytında vakansiya ilə bağlı məlumatlar bölməsində niyə 24 saat qeyd edilib?” deyə sual verdikdə isə “24 saat yəqin səhv gedib, olur belə şeylər.” cavabını aldım. İndi sizə sual verirəm, siz deyin, əgər səhv gedibsə, bu səhvin məsuliyyətini kim daşımalıdır?! Bunun cəzasını məhz 24 saat vakant dərs yükünə görə o məktəbi seçdiyim üçün mənmi çəkməliyəm?! 18 saat idisə, niyə Təhsil Nazirliyi 24 saat kimi qeyd etmisdi həmin vakansiyanı?! Belə çıxır ki, Təhsil Nazirliyi süni şəkildə artırılmış vakansiyalar elan edir?! Əgər bu məktəb, əslində, 18 saat vakant dərs yükü vermişdisə, 20-22 saat vakant dərs verən başqa məktəblər var idi, 55+ balımla elə o məktəbləri yazardım. Və ya 18 saat idisə, 18 saatlıq vakant yer verən yaşadığım əraziyə daha yaxın məktəblər var idi, onları seçərdim.

– İndi hüquqlarınızın təmin olunması üçün nə etmək fikriniz var. Bu şərtlərlə müəllimliyə başlayırsınız, yoxsa haqqınız üçün mübarizə aparacaqsınız?

– Bu məsələ ilə bağlı dəfələrlə Təhsil Nazirliyinin qaynar xəttinə (146) müraciət etmişəm. Lakin heç bir nəticəsi olmayıb. 15 sentyabr tarixində mənə dərs saatımın 24 saat deyil, 18 saat (!) olacağı bildirilən gün 146 ilə əlaqə saxlayıb, bu məsələnin araşdırılmasını tələb etdim. Onlar isə müraciətimin qeydə alındığını və araşdırılacağını bildirdi. 1 gün sonra isə yəni sentyabr ayının 16-da 146-ya müraciət edərək, Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırovla görüş üçün vaxt təyin edilməsini istədim. Yalnız noyabrın 6-na vaxt təyin oluna biləcəyini bildirdi operator və məni görüşlə bağlı noyabrın 6-na qeyd etdi. Düz 1 həftə sonra, yəni 22 sentyabr tarixində araşdırmanın gedişatı ilə bağlı məlumat almaq üçün 146 ilə əlaqə saxladığımda məlum oldu ki, yalnız görüşlə bağlı müraciətim qeydə alınıbmış. Halbuki, görüş üçün sentyabrın 16-sı əlaqə saxlamışdım, lakin araşdırılma ilə bağlı isə sentyabrın 15-i müraciət etmişdim, yəni 1 gün öncə. Əgər qaynar xətt olaraq müraciət edənin şikayət, təklif və ya müraciətləri qeydə alınmırsa, o zaman qaynar xəttin varlığının mahiyyəti nədən ibarətdir?!

Müəllimliyə sentyabr ayının 15-dən başlamışam. Bu müddət ərzində təyin olunmuş bütün siniflərim üzrə dərslərimi vaxtlı-vaxtında demişəm. Lakin bu o demək deyil ki, hər şeylə razılaşıb sakit oturacağam. Təbii ki, hüquqlarımın təmin olunmasını istəyirəm. Çünki mən məhz həmin dərs saatı verildiyinə görə yaşayış yerimdən çox uzaq bir məktəbi yazmışam. Əgər 18 saat idisə, əvvəlcədən 18 saat olaraq qeyd olunardı. Bakı şəhər Təhsil İdarəsi də məktəb direktorunun dediklərini təsdiqləyir, bu halda deməli, səhv Təhsil Nazirliyinindir. Belə bir sual çıxır ortaya: Təhsil Nazirliyi vakant dərs saatlarını nə məqsədlə süni şəkildə artıraraq verir?!

– Tanıdığınız başqa namizədlər də belə problemlə üzləşib, yoxsa tək sizsiniz?

– Bu hal yalnız mənimlə yaşanmır. Bir çox həmkarlarım da nədənsə saatların azaldılması ilə bağlı problemlə üzləşirlər. Bu problem kütləvi hal alırsa, deməli, bununla bağlı bir tədbir görmək mütləqdir. Araşdırılma aparılsın, vakant saatların süni şəkildə artırılmasına son qoyulsun və hüquqlarımız təmin olunsun. Bu məsələ ilə bağlı digər qurumlara da məktub ünvanlamışam. Tezliklə problemlərimizin həll olunması diləyilə…

İmanova Aygün:

– Mən nazirliyin tabeçiliyində olan S. Rüstəm adına Xarici dillər təmayüllü gimnaziyaya qəbul olmuşam. 05.09.2017-ci il tarixində gimnaziyanın direktoru Ənvər Mustafayevə sənədlərimi təqdim etsəm də, qəbul etmədi. Sonra da qapını örtərək, “mən məzuniyyətdəyəm, get müavin qəbul etsin” dedi. Müavinə sənədlərimi təqdim etdim, dedi “mən sənədləri qəbul etmirəm, direktor edir, həm də analıq məzuniyyətindən müəllim qayıdıb, saat yoxdur.” Vakansiyada da 20 saat dərs göstərilmişdi. 05.09.2017-ci il tarixində Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu mərkəzində oldum. Mənə dedilər “ərizə yazın, məsələ araşdırılacaq, 2 günə sizinlə əlaqə saxlanılacaq. Artıq 20 gün keçib, mən işsiz qalmışam, həm də 56 balla. 2 dəfə Təhsil Nazirliyinin Qaynar xəttinə zəng vurmuşam, deyiblər “narahat olmayın”, ancaq nəticə yoxdur.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsində 11 saxta diplom aşkarlanıb

    Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə ...

    25-08-2017, 13:25

  • 
  • Sabah müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsinə start veriləcək

    Sabah müəllimlərin işə qəbulu üzrə müsabiqənin ...

    24-07-2017, 17:58

  • 
  • Müəllimlərin işə qəbulu ilə bağlı ərizə qəbulunun vaxtı açıqlandı

    Müəllimlərin işə qəbulu ilə bağlı ərizə qəbulunun ...

    30-04-2016, 15:13

  • 
  • 50 min nəfər müəllim olmaq istəyir

    50 min nəfər müəllim olmaq istəyir ...

    15-07-2017, 21:15

  • 
  • Müəllimlər üçün yeni iş yerləri - test başladı

    Müəllimlər üçün yeni iş yerləri - test başladı ...

    25-07-2017, 12:25


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (381)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu