GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Bakının "fırıldaq qurbanları" - "Bizdən sonra 4 nəfərə evi satmışdılar"

Bakının "fırıldaq qurbanları" - "Bizdən sonra 4 nəfərə evi satmışdılar"

Tarix: 1-10-2017, 19:43 Bölmə :Cəmiyyət Baxış: 431
Bakının "fırıldaq qurbanları" - "Bizdən sonra 4 nəfərə evi satmışdılar"


Bir mənzili 3 nəfərə, hətta 6 nəfərə satmaqda təqsirləndirilən şəxslərin məhkəməsi keçirilib.

Onlardan mənzil alan, təmir etdirən və bir neçə il yaşayan vətəndaşlar hələ də məhkəmə qapılarında qalıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində vətəndaşlara qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən 1976-cı il təvəllüdlü Həsənov Azad Samid oğlunun və 1980-ci il təvəllüdlü Vəliyev Elnur Elbrus oğlunun cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə prosesində zərərçəkmiş şəxslər ifadə verib.

Hər iki təqsirləndirilən şəxs "Etalon İnşaat" MTK-ya rəhbərlik ediblər. Onların əməlləri barədə Baş Prokurorluq da məlumat yaymışdı.

Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində aparılmış araşdırmalarla "Etalon İnşaat" MTK tərəfindən paytaxtın Xətai rayonu ərazisində tikilməkdə olan yaşayış binasındakı mənzillərin aldatma yolu ilə təkrar olaraq ayrı-ayrı şəxslərə satılması aşkar edilmişdi. Həmin məlumatda bildirilirdi ki, ilkin araşdırmalarla müəyyən edilib ki, "Əzizbəyov-KM" MMC-nin sifarişi ilə 2006-cı ildə inşasına başlanılmış yaşayış binasındakı bir neçə mənzil "Etalon İnşaat" MTK-nın vəzifəli şəxsləri tərəfindən öz qulluq mövqelərindən sui-istifadə etməklə ayrı-ayrı şəxslərə satılıb.

Bildirək ki, Xətai rayonu, Xocalı küçəsi 2347-48-ci məhəllədə yerləşən bina "Etalon inşaat" MTK tərəfindən tikilib. Bina tam başa çatmamış "Əzizbəyov-KM" MMC-yə verilib. Amma binanı inşa edən MTK mənzillərdən bəzilərini satıbmış. Ancaq "Əzizbəyov-KM" MMC həmin satılan mənzillərə verilən sənədləri etibarsız sayaraq yenidən satışa çıxarıb. Bunun nəticəsi olaraq da bir çox mənzillərlə bağlı mübahisəli vəziyyət yaranıb. Bu proseslər 2012-2013-cü illərdə başlayıb. Artıq 4 ilə yaxındır ki, məhkəmə çəkişmələri davam edir.

Sonuncu məhkəmə prosesində zərərçəkmiş şəxslər ifadə verib və başlarına gətirilən "oyunları" danışıblar.

Zərərçəkmiş İrina Aleqovna ifadəsində bildirib ki, həmin binadan 68 min manata ev alıb. Amma sonra öyrənib ki, həmin mənzilin daha iki sahibi də var.

İşin maraqlı tərəfi isə budur ki, İ.Aleqovna evi alarkən mənzilin əvvəlki iki sahibi arasında məhkəmə çəkişməsi gedirmiş. Həmin vaxt da ev məhkəmə qərarı ilə həbsdə imiş. Evin üzərində həbs qərarı ola-ola üçüncü şəxsə satıblar.

İndi İ.Aleqovanın yaşadığı həmin evdən çıxarılması ilə bağlı Xətai Rayon Məhkəməsinin qərarı var.

O, bu qərardan kassasiya şikayəti verib.

Zərərçəkmiş Nazilə Vahabova isə ifadəsində bildirib ki, evi 67500 manata Nizami Hüseynov adlı şəxsdən alıb.

"Mən evi alanda bu həbs edilən şəxsləri görməmişəm və tanımıram da. Sənədləşdirmə işlərini oğlum həll edib"- deyə zərərçəkmiş bildirib.

Başqa bir zərərçəkmiş isə Rauf Dadaşzadədir.

Onun digərlərindən fərqli olaraq bəxti heç gətirməyib. Digər zərərçəkmişlərdən bəziləri ən azaından evlərinə köçüb, bir neçə il yaşaya biliblər. Amma Rauf Dadaşzadə heç evini təmirə belə başlaya bilməyib.

"Evi aldım. Bir neçə ay təmir edə bilmədim. Sonra öyrəndim ki, ev başqa şəxs də satılıb və bu iş üzrə məhkəmə gedir. Mən də gedib polisə şikayət elədim.

Polisdən dedilər ki, mülki işdir və məhkəməyə müraciət etməliyəm. Məhkəmə qərar çıxardı ki, ev mənimdir. İndi də açarlar məndədir. Bir müddət sonra da evin 4-cü alıcısı çıxdı. Evi təmir etmək istəyirdim. Amma 4-cü alıcı da məhkəməyə müraciət etdi. Məhkəmə də evə müvəqqəti olaraq həbs qoydu. İndi heç nə edə bilmirəm"- deyə zərərçəkmiş qeyd edib.

İş üzrə zərəçəkimiş şəxslərdən Hicran Abbasova isə ifadəsində göstərib ki, aldıqları evi təmir etmək istəsələr də bir müddət gözləməli olublar.

Həmin ərəfədə isə evin başqa sahibləri çıxıb:

"Ev almışdıq. Təmir etmək istəyəndə dedilər ki, hələ gözləyək. Azad bəy xəbər göndərmişdi ki, bir az gözləyək. Biz də gözlədik. Həmin vaxt binada yaşayış da var idi. Bir gün həmin binada olan qonşu zəng elədi ki, bəs bizim evə qapı qoyulur və təmir edirlər. Biz gecə ilə ora getdik. Orada məlum oldu ki, onlar da evi alıblar. Azada dedik. O dedi ki, anlaşılmazlıq olub və həll edəcək. Həmin ərəfədə həll elədi. Guya ev bizə verildi. Amma sonra evin qapısı 6 dəfə dəyişdi. Bizdən sonra 4 nəfərə evi satmışdılar".

H.Abbasovanı da bəxti gətirən zərərçəkmişlərdən saymaq olar. Çünki o, digərlərindən fərqli olaraq evə verdiyi pulun bir hissəsini ala bilib: "Sonra Azad bizə 33 min qaytarıb. 9 min 500 manat isə qalır. Azad dedi ki, verəcəm. Bir ildir ki, almamışam".

Təqsirləndirilən Azad Həsənov zərərçəkmişə verilməli olan pulun qalan hissəsini vasitəçi olan bir qadına verdiyini deyib: "Amma zərərçəkmiş elə deyirsə, bu məbləği qəbul edirəm".

Zərərçəkmişlərdən Kamil Əsgərov da adı çəkilən şirkətdən ev aldığını lakin heç təmir etdirə bilmədiyini söyləyib: "Bir nəfər zəng edib dedi ki, eyni mənzili ona da satıblar. İndi iş məhkəmədədir".

Hər iki şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə təqsirli bilinir.

Qeyd edək ki, Bakıda bu cür tikinti şirkətlərinin qurbanı olan yüzlərlə, minlərlə vətəndaş var. Təkcə Bakı Ağır Cinayətlər Məhkəməsində son bir neçə ildə onlarla tikinti şirkətinin vəzifəli şəxsləri müttəhimlər kürsüsünə çıxarılıb. Onlar da yuxarıda qeyd edilən cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzalandırılıblar. /musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Baş Prokurorluq tikinti şirkətinin fırıldağını ifşa etdi

    Baş Prokurorluq tikinti şirkətinin fırıldağını ...

    6-05-2013, 21:15

  • 
  • Binadakı yanğınla bağlı məhkəmə prosesi davam etdirildi

    Binadakı yanğınla bağlı məhkəmə prosesi davam ...

    20-09-2016, 13:58

  • 
  • Vəzifəli şəxslərin məhkəməsi başladı

    Vəzifəli şəxslərin məhkəməsi başladı ...

    11-09-2016, 14:25

  • 
  • Aygün Kazımovanın qardaşına 10 il iş verildi

    Aygün Kazımovanın qardaşına 10 il iş verildi ...

    29-07-2013, 17:23

  • 
  • "Sevil Massivi" MTK-nın vəzifəli şəxslərinə hökm oxundu

    "Sevil Massivi" MTK-nın vəzifəli ...

    11-07-2017, 12:25


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (245)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu