Milli Məclisdə Laçın Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Füzuli Tanrıverdiyevin cəzalandırılması məsələsi qaldırılıb.
Parlamentin bu gün keçirilən plenar iclasında çıxış edən deputat Vahid Əhmədov F.Tanrıverdiyevin cəzalandırılmasını təklif edib: “Zakir Qaralovdan xahiş edirəm ki, bu məsələyə diqqətlə yanaşılsın. Azərbaycanın müstəqilliyinə və ərazi bütövlüyünə xələl gətirən mövqe sərgiləyən şəxslərlə bağlı tədbir görülsün. Necə ola bilər ki, sən üzərində Azərbaycan pasportu gəzdirirsən, amma "Kürdüstan" dövlətinin yaradılmasını təbliğ edirsən. Özü də bu məmurdur”. Qeyd edək ki, Füzuli Tanrıverdiyev özünün Feysbuk səhifəsində İraq Kürdüstanının müstəqilliyini dəstəklədiyini bildirib, Şimali İraq Kürd Muxtariyyətinin rəhbəri Məsud Bərzaninin fotolarını paylaşıb, müxtəlif statuslar yazıb. Məsələnin ictimailəşdiyini görən Füzuli Tanrıverdiyev dərhal paylaşımlarını silib. Xatırladaq ki, Azərbaycanın yüksək çinli rəsmiləri İraq Kürdüstanında keçirilən müstəqillik referendumunu pisləyən açıqlama veriblər./muxalifet.az
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?