GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Milli Şura korrupsioner Cahangir Hacıyevin müdafiəsinə qalxır

Milli Şura korrupsioner Cahangir Hacıyevin müdafiəsinə qalxır

Tarix: 5-10-2017, 11:00 Bölmə :Cəmiyyət Baxış: 398
Milli Şura korrupsioner Cahangir Hacıyevin müdafiəsinə qalxır


Bəxtiyar Sadıqov: “Hesab edirlər ki, onun kifayət qədər vəsaitləri var, müdafiə edək və bəhrələnək”

Azərbaycan müxalifətinin vaxtilə hakimiyyətdə təmsil olunmuş və sonradan “vurulmuş” yüksək vəzifəli, pullu məmurlardan istifadə etmək cəhdləri hər zaman olub. Demokratik düşərgə bəzi vaxtlarda hətta ümidlərini şəxslərin üzərində cəmləyirlər.

Maraqlıdır ki, müxalif camiə elə şəxslərə qarmaq atır ki, həmin şəxslər yüksək postlar tutarkən bu düşərgəni ən sərt şəkildə aşağılayıblar, eyni zamanda demokratik düşərgə də həmin şəxsləri korrupsiya və digər cinayət əməllərində ittiham edib. Həmin an heç kəsin ağlına gəlməzdi ki, nə vaxtsa bunların ulduzları barışar...

Son olaraq müxalifətin hazırda həbsdə olan Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevi öz tərəflərinə çəkmək üçün ciddi səylə çalışdığı açıq şəkildə görünür. Sabiq bankirin də burada həvəsli olduğu görünür.

gundemxeber.az musavat.com-a istinadən xəbər verir ki, bu prosesdə Milli Şura bir addım öndə görünür. Qurumun funksioneri Oqtay Gülalıyevin sabiq bankirlə bağlı yazdığı son status bir çox mətləblərdən xəbər verir. Guya hüquq müdafiəçisi kimi məsələyə yanaşdığını göstərməyə çalışan O.Gülalıyev bir həftədir “kars”a salındığı deyilən sabiq bankirə hər kəsi dəstək olmağa çağırır. Hətta pafoslu şəkildə C.Hacıyevə olan münasibəti alman faşistlərinin 1941-45-ci illərdə əsirlərə göstərdiyi münasibətlə müqayisə edir. Daha da irəli gedərək, sabiq bankirin oğurladığı yüksək məbləğdə vəsaitləri də onun üzərindən götürüb, iqtidarın üzərinə yükləməyə çalışır. Hakimiyyəti vaxtilə hakim komandada təmsil olunmuş C.Hacıyevə münasibətdə etibarsızlıqda ittiham edir. Sonda isə hüquq müdafiəçisi ənənəvi fürsətlərdən birindən faydalanmağa çalışaraq, hər kəsi Milli Şuranın mitinqinə dəvət edir, mitinqdə C.Hacıyevin də ətrafını görmək istədikləri mesajını verir...

“Azərbaycan” qəzetinin baş redaktoru, deputat Bəxtiyar Sadıqov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, belə bir halın müxalifətdə olmasını təəssüf hissi ilə qarşılayır: “Azərbaycanlıların çox yaxşı bir atalar sözü var. Deyirlər ki, daş armud bala döndü. O insanlar ki, iqtidarda olublar, müxtəlif vəzifələr tutublar - istər Cahangir Hacıyev, istərsə də digərləri - bunlardan istifadə etməyə cəhdlər müxalifətin nə günə düşdüyünü göstərir. Hazırda xaricdə olan, Azərbaycana qayıdıb guya burada prezident seçkilərində iştirak etmək istəyən Rəsul Quliyevin özünü də bura aid etmək olar. Müxalifət vaxtilə bunlara qarşı mətbu orqanlarında var gücləri ilə mübarizə aparıb, onları müxtəlif əməllərdə ittiham ediblər. Amma sonradan o insanların əməlləri iqtidarın özü tərəfindən üzə çıxarıldı, buna hüquqi qiymət verildi, istintaq aparıldı, konkret cinayət əməlləri sübut olunandan sonra onlar müxalifət üçün şirin oldular. Nəticədə müxalifətin ”müdafiəsinə" möhtac qaldılar. Sanki bir zamanlar bunların onları necə ittiham etdiklərini unutdular. Əvvəla, bunu müxalifətin riyakarlığı kimi qiymətləndirirəm. Müxalifət o qədər gücsüz olub ki, iqtidarın fəaliyyətində tənqidi nələrsə tapa bilməyəndə iqtidar tərəfindən ifşa olunmuş bu tipli şəxslərin müdafiəsinə qalxırlar. Onlarla bağlı olan və ya olmayan məsələləri iqtidarın əleyhinə çevirməyə çalışırlar. Siyasi mübarizədə müxtəlif üsullar var. Bəzən şər-böhtan atırlar ki, bunları müəyyən mənada başa düşmək olur. Əllərinə tutarlı fakt keçməyəndə müxalifət bu cür metodlardan daim istifadə edir. “Vurulmuş” kartları gündəmə gətirib, bunlarla iqtidarı vurmaq niyyəti baş tutan məsələ deyil. Bu ancaq gülüş doğurur. Çünki hamının yaddaşı var. İnsanların çoxu həmin dövrdə yaşayıb, o insanları da yaxşı tanıyırlar, onların əməllərini də yaxşı bilirlər. Müxalifətin bu şəxslərə qarşı olan köhnə münasibətlərini də unutmayıblar. Bütün bunlar müxalifəti hörmətdən salan addımdır".

Deputat müxalifətin gələcəkdə də bu tipli metodlarla uğur qazanmayacağına əmindir: “Müxalifət heç bir bəhrə görə bilməz. Çünki insanlara hər şey bəllidir. Bu şəxsləri iqtidarın özü cəzalandırırsa, demək, onlar iqtidara da sədaqətlə qulluq etməyiblər. Müxalifətin də zamanında bu şəxslərə qarşı olan münasibətləri, ittihamları, hədyanları ortadadır. Təzədən bu şəxslərə ümid etməklə nəsə əldə etmək mümkün deyil. Bir daha deyirəm ki, onlar ”vurulmuş" kartlardır. Müxalifətin acizliyidir ki, ayrı heç nə tapa bilmirlər, xalqın gözündən düşüblər, xalqın cinayətkar kimi tanıdığı şəxslərdən istifadə etməyə çalışırlar. Müxalifət onların maliyyə imkanlarından bəhrələnmək istəyir, bu halı istisna etmirəm. Hesab edirlər ki, bu şəxslər korrupsiya, rüşvətxorluqda ittiham olunublarsa, onların kifayət qədər vəsaitləri var, bunları müdafiə edək və bəhrələnək".

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Cahangir Hacıyevin həbsi 3 ay uzadıldı

    Cahangir Hacıyevin həbsi 3 ay uzadıldı ...

    3-06-2016, 02:15

  • 
  • Cahangir Hacıyevin arvadı məhkəməyə gəlməyəcək

    Cahangir Hacıyevin arvadı məhkəməyə gəlməyəcək ...

    13-08-2016, 10:39

  • 
  • Cahangir Hacıyevin bacanağı həbs edildi

    Cahangir Hacıyevin bacanağı həbs edildi ...

    25-08-2015, 01:52

  • 
  • Cahangir Hacıyev “Bandotdel”ə çağırılıb, amma həbs edilməyib

    Cahangir Hacıyev “Bandotdel”ə çağırılıb, amma ...

    19-10-2015, 17:15

  • 
  • Cahangir Hacıyevin halı qəfil pisləşdi, görüş yarımçıq qaldı

    Cahangir Hacıyevin halı qəfil pisləşdi, görüş ...

    16-05-2016, 19:06


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (262)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu