GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Konqresdə jurnalistlərə qarşı hücumlarla bağlı brifinq

Konqresdə jurnalistlərə qarşı hücumlarla bağlı brifinq

Tarix: 6-10-2017, 11:00 Bölmə :Cəmiyyət Baxış: 370
Konqresdə jurnalistlərə qarşı hücumlarla bağlı brifinq


Oktyabrın 4-də ABŞ Konqresinin Helsinki Komissiyası Rusiya və post-sovet ölkələrində jurnalistlərə qarşı hücumlarla bağlı brifinq keçirib.

Brifinqdə Azərbaycan və digər post-sovet ölkələrində jurnalistlərin vacib rolu və cəmiyyətə təsiri, onların haqları, təhlükəsizliyi və müdafiəsi, eləcə də ATƏT regionundaki ölkələrdə mətbuat azadlığının təbliği və müdafiəsi müzakirə olunub.
Tədbir zamanı ən çox diqqət ayırılan ölkələrdən biri də Azərbaycan olub. Panel iştirakçıları Azərbaycanda mətbuat azadlığının çox pis vəziyyətdə olduğunu və hökümətin müstəqil jurnalistikanı əngəlləmək üçün əlavə səylər göstərdiyini bildirib.
Panel iştirakçıları arasında yer alan Amerikanın Səsinin Direktoru Amanda Bennet post-Sovet ölkələrində Amerikanın Səsi ilə bağlı mənfi ritorikanın yayıldığını, qurumun həmin ölkələrdə fəaliyyət göstərən jurnalistlərinə qarşı təqiblərin artdığını deyib. Amanda Bennet bu ilin avqust ayında Amerikanın Səsinin Bakı müxbirlərinin Vergi Nazirliyinə dəvət edilərək, orada dindirildiyini qeyd edib. Tədbirdən sonra Amanda Bennet müstəqil jurnalistikanın, eləcə də Azadlıq Radiosu və Amerikanın Səsi kimi mətbuat orqanlarının vacibliyindən bəhs edib.
“Düşünürəm ki, artıq daha çox insan dünya boyu azad mətbuatın üzləşdiyi ciddi təhlükələri görür və fikrimcə biz insanları mətbuat azadlığını təbliğ etməyə təşviq etməliyik,” deyə Amanda Bennet bildirib. O əlavə edib ki, “Müstəqil jurnalistlərə demək istərdim ki, həqiqət əvvəl-axır üzə çıxır və insanlar həqiqəti görür. Sizə qarşı təzyiqlər ola bilər, amma sizin gördüyünüz iş çox vacibdir və sizin xəbərləriniz və verdiyiniz məlumatlar sayəsində insanlar həqiqəti görəcəklər”

Jurnalistləri Müdafiə Komitəsinin Avropa və Cənubi Qafqaz proqramlarının koordinatoru Nina Oqnianova Azərbaycanı ən çox senzura edilən ölkələrdən biri adlandırıb və oradakı avtoritar rejimin senzura səylərini xarici ölkələrə “ixrac etdiyini” deyib. O, buna misal olaraq aprel ayında Gürcüstanda qaçırılaraq Azərbaycana gətirilib, həbs edilən Əfqan Muxtarlını, Azərbaycan hökümətinin defamasiyada ittiham etdiyi iki fransalı jurnalisti və Aleksandr Lapşinin həbsini göstərib.
“Əliyev hakimiyyətdəki müddəti ərzində müstəqil və müxalifət media orqanlarını, qeyri-hökümət təşkilatlarını və müxalif fəallarını təqib edib. Onun sərt tədbirləri nəticəsində bir çox insan xarici ölkələrə sürgün edib, dövlət orqanları isə tanınmış tənqidçiləri həbs edib. Təkcə bu il ərzində Azərbaycan höküməti 6 jurnalist həbs edib. Təəssüf ki, Azərbaycan artıq öz repressiv hərəkətlərini xarici də ixrac edir,” o bildirib.
Nina Oqnianova ABŞ xalqı və rəhbərliyinin Post-sovet regiondakı mətbuat azadlığı məsələsi barədə xəbərdar olmağının vacibliyini də vurğulayıb.
Tədbirdə AzadlıqRadiosunun Direktoru Tomas Kent və “Exo Moskvı” qəzetinin Vaşinqton müxbiri Karina Orlova iştirak edib.
Tomas Kent Azadlıq Radisunun çox sayda təqiblərlə üzləşdiyini, xüsusilə də Rusiyada onların fəaliyyətinə əngəllər və məhdudiyyətlərin tətbiq edildiiyni vurğulayıb. Tomas Kent AzadlıqRadiosunun Bakı bürosunu bağladığına görə Azərbaycan hökümətini məhkəməyə verdiyini də qeyd edib.
Brifinqdə çıxış edən ABŞ Nümayəndələr Palatasının üzvləri Stiv Şabbot və Adam Şiff post-sovet məkanı boyunca Putin Rusiyasının propaqandasına qarşı mübarizə aparmağın, azad mətbuatın qorunması üçün lazımi ölçülərin götürülməsinin vacibliyini vurğulayıblar./muxaifet.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Eldar Namazov brifinq keçirəcək

    Eldar Namazov brifinq keçirəcək ...

    22-07-2013, 10:41

  • 
  • Mətbuat Şurası “Vaşinqton Post”a cavab verib

    Mətbuat Şurası “Vaşinqton Post”a cavab verib ...

    6-09-2017, 14:14

  • 
  • Helsinki Komissiyasından Xədicə bəyanatı

    Helsinki Komissiyasından Xədicə bəyanatı ...

    26-05-2016, 16:50

  • 
  • Ch.Smith: «Azərbaycanda Demokratiya Aktı»na ciddi yanaşırıq

    Ch.Smith: «Azərbaycanda Demokratiya Aktı»na ciddi ...

    2-03-2016, 20:34

  • 
  • Robert Sekuta: İnanırıq ki, Mehman Əliyevin azadlığa buraxılması insan haqlarına müsbət yanaşmanın bir başlanğıcı olacaq

    Robert Sekuta: İnanırıq ki, Mehman Əliyevin ...

    14-09-2017, 15:50


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (127)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu