GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » ​QİYMƏTLƏR YENİDƏN BAHALAŞACAQ – “İnflyasiya gedir və o, ən yüksək həddədir”

​QİYMƏTLƏR YENİDƏN BAHALAŞACAQ – “İnflyasiya gedir və o, ən yüksək həddədir”

Tarix: 7-10-2017, 13:03 Bölmə :Cəmiyyət Baxış: 540
​QİYMƏTLƏR YENİDƏN BAHALAŞACAQ – “İnflyasiya gedir və o, ən yüksək həddədir”


Ekspert çıxış yolunu iqtisadiyyatın liberallaşdırılması yönündə konkret addımların atılmasında görür

“2018-ci ildə əmək haqqı və pensiyalarda artımlar gözlənilir”.Bunu iqtisadçı-deputat Vahid Əhmədov deyib. Deputat bildirib ki, büdcədən 4-4,5 milyard manata yaxın vəsait əsaslı və investisiya xərclərinə, bir o qədər də vəsait sosial xərclərə (əmək haqqı, pensiya, sosial müavinət və s.) ayrılıb.
“2018-ci ilin dövlət büdcəsi 2017-ci ildən çox olacaq” deyən iqtisadçı deputat qeyd edib ki, 2018-ci ilin dövlət büdcəsinin gəlirləri təxminən 20 milyard manata yaxın, xərcləri isə 20 milyard manatdan çox proqnozlaşdırılıb. Deputat əlavə edib ki, dövlət büdcəsində neftin qiymətinin 45 dollar səviyyəsində götürülməsi gözlənilir.
Azərbaycan təcrübəsindən çıxış etsək, onu deyə bilərik ki, maaş və pensiyaların artımı bazarlarda yeni bahalaşma dalğası yarada bilər. İstehlak bazarına daxil olan əlavə pul kütləsi qiymət artımı üçün əsas rolunu oynaya bilər.
Bu ehtimalı iqtisadçı-ekspert Rəşad Həsənov da istisna etmir. O, “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, faktiki olaraq bu gün inflyasiyanın 14 faizdən yuxarı olması əhalinin gəlirlərini dəyərsizləşdirən əsas faktorlardan biridir: “Məhz bu son nəticədə sosial rifahın mövcud standartlardan aşağı düşməsinə gətirib çıxarır. Bu kimi neqativ təsirlərin müəyyən qədər aradan qaldırılması məqsədilə böyük ehtimalla 2018-ci ilin əvvəlindən etibarən dövlət sektorunda çalışanların əməkhaqlarına müəyyən korreksiya ediləcək. Böyük ehtimalla bu artım 10 faiz ətrafında olacaq”.
Pensiya təminatı məsələsinə gəlincə, ekspert vurğuladı ki, “Pensiya təminat sistemi haqqında” qanunvericiliyə edilmiş yeni dəyişikliklərə görə, artıq bundan sonrakı illərdə əmək pensiyalarının məbləği indeksasiya edilərkən inflyasiya göstəricisi deyil, orta aylıq əməkhaqqının artım səviyyəsi nəzərə alınacaq: “Son nəticədə bu faktiki olaraq, 2018-ci il üçün 2017-ci ildə baş verən inflyasiyanın kompensasiyası olmayacaq. Çünki faktiki olaraq, inflyasiya 14 faiz səviyyəsindədir. Bu il inflyasiya səviyyəsi yüksək olduğundan əməkhaqları dəyərsizləşib. Bu baxımdan ehtimal olunur ki, ənənəvi olaraq dövlət sistemində çalışanların böyük əksəriyyəti üçün əməkhaqları 10 faiz artırılsın. Ola bilsin ki, gələcəkdə əməkhaqqının artım tempi inflyasiyanı üstələsin, bu müsbət məqam hesab olunar. Ancaq faktiki olaraq 2018-ci ildəki indeksasiya inflyasiya zərərlərini kompensasiya etmədiyindən istehlak məhsullarındakı qiymət artımları əhalinin ümumi gəlirlərinə mənfi təsir göstərəcək”.
R.Həsənovun sözlərinə görə, bu gün faktiki olaraq inflyasiya gedir və o, ən yüksək həddədir: “2018-ci il üçün inflyasiya həm beynəlxalq maliyyə qurumları tərəfindən, həm də ekspertlər tərəfindən daha aşağı proqnozlaşdırılır. Çünki 2017-ci il üçün bazar devalvasiyaları qiymətləndirirdi. Növbəti ildə ola bilər ki, qiymətlər hökumətin tənzimlənmə siyasəti nəticəsində aşağı düşsün. Buna baxmayaraq, təbii ki, qiymətlərdə artım baş verəcək. Son nəticədə bazara istənilən formada daxil olan artıq pul kütləsi müəyyən qədər qiymət artımlarına səbəb olur. Bu, 2018-ci il üçün proqnozlaşdırılan büdcə göstəricilərində də özünü göstərir. Növbəti ilin büdcəsinin bu illə müqayisədə 15-20 faiz daha çox olması proqnozlaşdırılır. Hələlik bu göstəricilər tam açıqlanmadığı üçün konkret rəqəmi demək çətindir. Bu da bazara əlavə pul kütləsinin daxil olmasına səbəb olacaq. Digər tərəfdən isə təbii ki, indeksasiyalar və əməkhaqqı artımları da istehlak bazarında pul kütləsini artıracaq. Son nəticədə liberal olmayan bazar iştirakçıları üçün qiymətləri bahalaşdırmağa şərait yaradacaq. Bu kimi neqativ hallarla əsas mübarizə metodu məhz iqtisadiyyatın liberallaşdırılması istiqamətində konkret addımların atılması ilə həll edilə bilər”./muxalifet.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda maaş və pensiyalar artırılacaq

    Azərbaycanda maaş və pensiyalar artırılacaq ...

    5-10-2017, 15:23

  • 
  • 2017-2018-ci illərdə Azərbaycanda iqtisadiyyatın artımı proqnozlaşdırılır

    2017-2018-ci illərdə Azərbaycanda iqtisadiyyatın ...

    8-06-2016, 12:42

  • 
  • Gələn ilin büdcəsi açıqlandı  hərbi xərclər cəmi 1 milyard dollar oldu

    Gələn ilin büdcəsi açıqlandı hərbi xərclər cəmi 1 ...

    29-09-2016, 20:57

  • 
  • Maliyyə Nazirliyi 2014-cü il büdcəsində xərclərin artımını İZAH ETDİ

    Maliyyə Nazirliyi 2014-cü il büdcəsində xərclərin ...

    22-11-2013, 18:42

  • 
  • Müəllim və həkimlərin maaşı artacaq

    Müəllim və həkimlərin maaşı artacaq ...

    7-01-2015, 00:35


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (71)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu