GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » MİLLİ MƏCLİSƏ SİLAHLI BASQIN PLANI – DTX tərəfindən zərərsizləşdirilən terrorçunun ŞOK ifadəsi

MİLLİ MƏCLİSƏ SİLAHLI BASQIN PLANI – DTX tərəfindən zərərsizləşdirilən terrorçunun ŞOK ifadəsi

Tarix: 11-10-2017, 14:31 Bölmə :Cəmiyyət Baxış: 442
MİLLİ MƏCLİSƏ SİLAHLI BASQIN PLANI – DTX tərəfindən zərərsizləşdirilən terrorçunun ŞOK ifadəsi


Bakının Qaraçuxur qəsəbəsi ərazisində bu il yanvarın 31-də DTX xüsusi təyinatlıları tərəfindən zərərsizləşdirilən, 4-ü əməliyyat zamanı öldürülən, 1-i sağ yaxalanan terror qrup Milli Məclisə hücum edib deputatları kütləvi qətlə yetirməyə hazırlaşırmış.

gundemxeber.az Virtualaz.org-a istinadən xəbər verir ki, bu sensasion məlumat terrorçu qrupun sağ ələ keçirilən üzvünün barəsində qaldırılmış cinayət işinin materiallarında yer alır. Bu, İŞİD-ə qoşulmuş və həmin qəddar terror birləşməsinin Azərbaycandakı özəyini yaradaraq cihad hazırlıqları görənlərdən biri, 28 yaşlı Fərid Sadıqovdur. Bakı Ağır Cinayətlər Məhkəməsində onun barəsində məhkəmə istintaqı artıq yekunlaşıb. F.Sadıqov terrorçuluq, qanunsuz silahlı birləşmə yaratmaq və digər təhlükəli ağır cinayətlərdə təqsirli bilinib.

DTX-nin rəsmi məlumatı və indi üzə çıxan tükürpədici təfərrüatlar

Dövlət Təhlükəsizliyi Xidmətinin bu il fevralın 1-də həmin qrupun zərərsizləşdirilməsi haqda yaydığı məlumatda deyilirdi ki, dini ekstremizm zəminində xüsusilə ağır cinayətlərin törədilməsinə hazırlaşan Azərbaycan vətəndaşları – “Abu Hafsa” ləqəbli M.Ulubəyovun, “Abdulqərib” ləqəbli Q.Dəmirovun, “Əbdülxalid” ləqəbli F.Sadıqovun, T.Alməmmədovun və “Abdullah” ləqəbli S.Məmmədovun tutulması üçün 2017-cı il yanvarın 31-də xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı qrup üzvlərindən M.Ulubəyov, T.Alməmmədov, Q.Dəmirov və S.Məmmədov avtomat və tapançadan atəş açmaqla birgə silahlı müqavimət göstərərkən xüsusi əməliyyat qrupu tərəfindən məhv edilib, F.Sadıqov isə şübhəli şəxs qismində tutulub.
O vaxt DTX əməliyyatın Bakının hansı istiqamətində keçirildiyini və terrorçu qrupun fəaliyyətinə, planlarına dair təfərrüatları açıqlamamışdı. Bu təfərrüatlar indi məhkəmə prosesində üzə çıxır və DTX xüsusi təyinatlılarının həmin qrupu zərərsizləşdirməklə Azərbaycanda hansı tükürpədici terror hücumlarının qarşısını aldığı məlum olur.

“Əbdülxaliq” ləqəbli Fərid

Beləliklə, istintaq materiallarına əsasən dini ləqəbi “Əbdülxaliq”olan Fərid Sadıqov İŞİD terror təşkilatının ideyalarının Azərbaycanda yayılması naminə Qərib Dəmirov, Məhəmməd Ulubəyov, Tural Alməmmədov, Samir Məmmədov və digərləri ilə cinayət əlaqəsinə girib. Dini ekstremizm zəminində ağır və xüsusilı ağır cinayətlər törətmək üçün yaradılan cinayətkar qruplaşmanın fəaliyyətində işitirak edib, terror hücumları üçün planlar qurub. Habelə təqsirləndirilən şəxs İŞİD-in tərkibində Suriyada döyüşən azərbaycanlılarla əlaqə saxlayaraq bu terror qruplaşmasının ideyalarını qəbul edib. Onlarla ünsiyyət zamanı İŞİD-in Azərbaycandakı “qolu” kimi qəbul olunmaq, təşkilatın məqsədləri üçün cihada başlamaq barədə sövdələşib.
İstintaq sənədlərində göstərilir ki, Qaraçuxurda zərərsizləşdirilən həmin qrup Azərbaycan ərazisində seriya terror hücumları həyata keçirmək üçün planlar qurublar. Hücumların hədəfi isə hüquq-mühafizə orqanlarının, nazirliklərin inzibati binaları, strateji əhəmiyyətli digər obyektlər, habelə Bakı Dövlət Universiteti, Bakı İlahiyyət Universiteti, Azərbaycan Neft və Sənaye Universiteti olub. Bundan əlavə qruplaşma pul və qənimət ələ keçirmək üçün Bakıdakı şərab evlərinə, mağazalara, lombardlara, Şimal bölgəsində fəaliyyət göstərən iş adamlarına, yerli icra hakimiyyəti başçılarına silahlı hücumlar planlaşdırıb.

Odnoklassnik.ru da yazışmalar: “Novosti Xalifata” qrupunda “Əbu Davud”un radikal çağırışları

Fərid Sadıqov ifadəsində göstərib ki, 16 yaşından dini ibadətlə məşğuldur. 2016-cı ilin oktyabrından isə islamın Safi cərəyanına meyl edib, internetdə dini məzmunlu videolara baxıb müxtəlif məqalələr oxumaqla “Əhli sünnənin Şafi məzhəbini dərindən öyrənib” Həmçinin o, odnoklassniki.ru saytında müxtəlif dini ekstremist məzmunlu müzakirələrdə iştirak edib.
Həmin qruplarda “Əbu Davud” ləqəbi ilə yazışmalar zamanı F.Sadıqov bütün qeyri-müslümləri “kafir” adlandırdığına, onların məhv edilməsinə çağırışlar etdiyinə görə odnoklassniki.ru saytı tərəfindən profili bağlanıb. Bundan sonra F.Sadıqov “Abdul Xaliq” adı ilə qruplarda, daha çox isə “Novosti Xalifata” qrupunda yenidən yazışmalara başlayıb, özünə həmfikirlər tapıb. Lakin açıq-aşkar terrorçuluğu təbliğ etdiyi, radikal çağırışlar etdiyi üçün bu profil də sayt tərəfindən bloklanıb.

“Əbdülxaliq”in xudatlı Ulubəyovla tanışlığı

F.Sadıqovun ifadəsinə əsasən o, əslən Xudat rayonundan olan Məhəmməd Ulubəyovla məhz odnoklassniki.ru-da yazışmalar zamanı tanış olub, bir-birlərinə mobil telefonlarını veriblər.
İŞİD-çinin ifadəsindən: “Məhəmməd ərəb dilini öyrənmək üçün Bakıya gəlib Qaraçuxurda kirayədə yaşayırdı. Bir neçə dəfə onun yaşadığı evə getmişdim. Həmin evdə olarkən Məhəmmədin vasitəçiliyi ilə Samir, Tural və Qəribi tanımışam. Dini söhbətlər aparır, zikr edir, camaat namazı qılırdıq”.

Məhəmmədin kirayə qaldığı evdə cızılan təhlükəli planlar

Lakin Məhəmmədin kirayə qaldığı evdə yığışanlar təkcə dini ibadətlə məşğul olmurdular, İŞİD ideyalarının Azərbaycanda da yayılması, Suriyada qurulan “İslam dövləti”nin Azərbaycanı və hətta bütün dünyanı əhatə etməli olduğu haqda danışırdılar. Bunun üçün yollar fikirləşir, planlar cızırdılar. Habelə Azərbaycanda başladacaqları cihadda onlara düzgün yol göstərib əmrlər verən, əldə olunacaq qəniməti-beytül malı “ədalətli şəkildə böləcək” əmir seçmək haqda müzakirə aparırdılar.
Əslində bu qruplaşmanın üzvlərinin əvvəlki niyyətləri Suriyaya gedib cihada qoşulmaq idi. Lakin bu və ya digər səbəblərdən onların Suriyaya getmək niyyətləri baş tutmadığından cihadı elə Azərbaycanda başlatmağı qərara alırlar.
F.Sadıqovun ifadəsindən: “Məhəmməd dini cəhətdən savadlı və dünyagörüşlü olduğundan onun dediklərinə qulaq asırdıq. Dini mübarizəyə başlamaq üçün silah-sursat, partlayıcı maddələrin əldə olunması üçün planlar cızırdıq. Silah almaq üçün pul lazım olduğundan banklara, şərab evlərinə, imkanlı şəxslərin evlərini qarət etməyi nəzərdə tuturduq. Əldə ediləcək puldan silah sursat almağı, ehtiyacı olanları yardım etmək və bu yolla sıralarımızı genişləndirmək istəyirdik. Həyata keçirəcəyimiz basqınlarda müsəlmanlardan şübhələnməsinlər deyə, üzümüzü qırxmaq və sosial şəbəklərdəki bütün profillərimizi silmək qərarına gəlmişdik”.

Silahlı basqınlardan sonra Qusar meşələrinə çəkilmək planı

Qrup üzvləri qərara alıblar ki, silahlı hücumlara başlayandan sonra Qusar rayonundakı meşələrə çəkilsinlər, əldə etdikləri qənimətləri, silah-sursatları orada və Bakıda kirayə yaşadıqları mənzildə gizlətsinlər. Sonrakı mərhələdə isə onlar Qafqazdakı bütün müsəlmanların biət edəcəyi əmiri seçməyə hazırlaşırdılar.
Qrup üzvlərindən “Əbdülxaliq” kustar üsulla partlayıcı hazırlamağın yollarını internetdən öyrənməyi boynuna götürüb. Bu məqsədlə internetdən videotəlimatları telefonuna yükləyib. Yanvarın 29-da, DTX-nin keçirdiyi əməliyyatdan iki gün əvvəl qrup üzvləri Quba və Qusar rayonu ərazisində planlaşdırdıqları silahlı hücumlara son hazırlıq işlərini müzakirə etmək üçün Məhəmməd Ulubəyovun Qaraçuxurda kirayə qaldığı mənzilə yığışıblar.
Terrorçu qrupun ilk hücum hədəfi Qusar rayon polis idarəsi olmalıydı. Onlar hücumu İdarənin qarşısında polislərin sıra baxışına düzüldüyü vaxt törətməyi planlaşdırıblar. Habelə eyni vaxtda rayonda bir-iki imkanlı şəxsin evinə, ticarət mərkəzlərinə hücum nəzərdə tutulub.
“Əbu Həfsaf” isə həmin müzakirələrdə partlayışı DTX-nin Qusar rayon şöbəsinin qarşısında törətmək təklifini irəli sürüb. Təqsirləndirilənin ifadəsindən: “Deyirdi ki, partlayış törədək, iki-üç nəfər həlak olsun, şöbəyə ziyan dəysin. Məhəmməd pul üçün “Dəmirbank” və “Atabank”ın Qusar şöbəsinə basqın etməyi təklif edəndə mən dedim ki, silahımız azdır. Bir-iki silahla banka girmək çətin olacaq. Qərib Dəmirovla Samir Məmmədov da banka basqın etməyin çətin olduğunu dedilər. Hətta Qərib dedi ki, banka girsək atışma olacaq. Odur ki, banka deyil, şərab mağazaları və lombardlara girməyi planlaşdırdıq”.

“Deyirdi ki, icra başçısının müavinin yaxşı pulu var…”

Qrup üzvləri basqın zamanı dindar görünüşü yaratmamaq üçün xarici görkəmlərinə fikir verməyi, saqqallarını qırxmağı və bir-birlərinə “əxi” deyə müraciət etməyi qadağan ediblər. Samir Məmmədov Quba rayonu ərazisində “Qırmızı qəsəbədə” yaşayan yahudilərdən birinin evinə basqın etməyi təklif edib.
F.Sadıqov ifadəsində deyib: ”Deyirdi, onların yaxşı pulu var, istəsək verəcəklər. Məhəmməd isə Qusar rayon icra hakimiyyəti başçısının müavini, bələdiyyə sədrləri, Qusar rayon mərkəzi bazarının müdirinin evinə basqın etməyi təklif edib. Deyib ki, icra hakimiyyəti başçısının müavininin evinə getmək əla olardı. Bələdiyyə sədrinin, bazarkomun evinin yerini yerini öyrənmək lazımdır. Deyirdi evlərinə girək, imkanlı adamlardı, pul-para olar”.

Hədəfə götürülən universitetlər

Müzakirələr zamanı “Əbu Həfsaf” Qusar rayonundakı hərbi hissələrdən birinə silahlı basqın etmək daha sonra MTN və DİN-nin Polis Akademiyalarında terror aktları keçirmək təklifini irəli sürüb. O, əsas hədəfin dövlət müəssisə və təşkilatları olduğunu qrup üzvlərinə deyib. Habelə “Əbu Həfsaf” Bakı Dövlət Universitetində, İslam Universitetində, Neft Akademiyasında partlayışların törədilməsinin vacibliyini vurğulayıb.
”Həmçinin Dövlət Təhlükəsizliyi Xidmətinin, Fövqəladə Hallar Nazirliyinin, Ədliyyə Nazirliyinin, Vergilər Nazirliyinin, Baş prokurorluğun əməkdaşlarının, Milli Məclisin deputatlarının, rayon və şəhər icra hakimiyyəti başçılarının “razboyluq” olduqlarını israrla bildirir, onları müsəlmanlara qarşı olan şəxslər adlandırırdı. Milli Məclisə basqın etməyi, deputatların hamısının bir yerdə olduğu vaxt onlara silahı basqın etməyin vacibliyini deyirdi” – təqsirləndirilən şəxs ifadəsində deyib.
Məhkəmənin hökmü ilə Fərid Sadıqov 11 il müddətinə azadlıqdan məhrum edilib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • DTX xüsusi əməliyyat keçirdi: silahlı dini ekstremist məhv edildi

    DTX xüsusi əməliyyat keçirdi: silahlı dini ...

    26-01-2017, 23:35

  • 
  • DTX əməliyyat keçirdi: terror hazırlayan şəxs məhv edilib

    DTX əməliyyat keçirdi: terror hazırlayan şəxs ...

    28-08-2017, 14:00

  • 
  • DTX əməliyyat keçirdi: “Qafqaz camaatı” deyilən qrupun iki üzvü öldürüldü –Təfərrüat

    DTX əməliyyat keçirdi: “Qafqaz camaatı” deyilən ...

    27-10-2016, 23:01

  • 
  • 608 PKK terrorçusu məhv olundu

    608 PKK terrorçusu məhv olundu ...

    15-04-2016, 22:33

  • 
  • Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb

    Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə ...

    18-11-2013, 12:42


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu