GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Sabirabadda dəhşətli cinayət – ŞOK OLAY

Sabirabadda dəhşətli cinayət – ŞOK OLAY

Tarix: 19-10-2017, 19:28 Bölmə :Cəmiyyət Baxış: 415
Sabirabadda dəhşətli cinayət – ŞOK OLAY


Arvadı ilə barışmağa gələn gürcüstanlıdan dəhşətli əməl

Gənc arvadını döydü, azyaşlı uşağına əl qaldırdı, arvadı isə bıçağa əl atdı


Sabirabad rayonunda qadına qarşı xuliqanlıq etməkdə təqsirli bilinən Gürcüstan Respublikasının vətəndaşı, 1983-cü il təvəllüdlü Mehdixan Paşayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
İttihama görə, Mehdixan Paşayev 25 sentyabr 2015-ci ildə gecə saat 04 radələrində sərxoş vəziyyətdə Amaliya Abdullayevanın yaşadığı Sabirabad şəhəri, H.Həmidov küçəsindəki evinə gəlib. O, xuliqanlıq edərək həmin mənzildə müvəqqəti yaşayan Sevinc Əhədovanı nalayiq ifadələrlə söyüb, sonra şillə ilə sifətindən bir zərbə vuraraq onu döşəməyə yıxıb.
Daha sonra Sevinc Əhmədova qorxusundan onun əlindən çıxıb və mənzildən qaçıb. Sonra Sevinc Əhədovanın azyaşlı oğlu, 2010-cu il təvəllüdlü Fəttah Əhədovun sifətinə bir şillə vurub, mənzildən çıxaraq evin həyətində hadisə yerinə toplaşan vətəndaşların gözü qarşısında nalayiq söyüşlərini davam etdirərək yumruqla və özündə olan avtomobilin təkər açarı ilə Sevinc Əhədovanın bədəninin müxtəlif nahiyyələrinə zərbələr vurub.
İstintaq orqanı tərəfindən Mehdixan Paşayevin barəsində Cinayət Məcəlləsinin 221¬.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etmək) maddəsi ilə ittiham elan edilib.
Onun barəsində olan cinayət işi baxılması üçün Sabirabad rayon Məhkəməsinə göndərilib. Hakim Təyyar Abbaslının sədrliyi ilə baş tutan proses¬də təqsirləndirilən şəxsin barəsində hökm elan edilib. Hökmə əsasən, Mehdixan Paşayevin ittiham olunduğu Cinayət Məcəlləsinin 221.3-cü maddəsi həmin məcəllənin 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddəsinə tövsüf edilib.

“Mesaj göndərdim ki, barışaq”

Məhkəmənin hökmü ilə Mehdixan Paşayev 9 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan prokuror apelyasiya protesti verib. O, Mehdixan Paşayevin cəzasının ağırlaşdırılmasını tələb edib.
Həmçinin Mehdixan Paşayev də apelyasiya şikayəti verib. O, barəsində olan hpkmün ləğv edilməsini, bəraət hökmünün çıxarılmasını istəyib. Tərəflərin şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. İş hakim Zəki Babayevin sədrlik etdiyi kollegiyada araşdırılıb.
Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Mehdixan Paşayev ifadəsində özünü ona elan edilmiş ittihamda təqsirli bilməyib. O, bildirib ki, 5 ildir Sevinc Əhədova ilə ailə münasibətlərini davam etdirməklə Bakı şəhərində yaşayıb: “2015-ci il sentyabr ayının əvvəllərində aramızda olan söz-söhbətə görə Sevinc məndən küsdü və Sabirabad rayonunda yaşayan bibisi qızı Amaliyanın evinə getdi. Mən isə Lökbatan qəsəbəsində qaldım. Sevinc Sabirabad şəhərinə gələndən təxminən 10 gün sonra ona zəng etdim və daha sonra mesaj göndərməklə barışmağımızı, yenə də birgə yaşamağımızı istədim”.

“Mənimlə danışan oğlanın kim olduğunu soruşdum”

Təqsirləndirilən şəxsin ifadəsinə görə, sentyabrın 25-də, saat təxminən 01 radələrində Sevinc bibisi qızı Amaliyanın mob¬il telefonu ilə onun istifadəsində olan mobil telefonuna zəng edərək uşağı və özü onun üçün darıxdığını bildirib: “Sevinc onu və uşağımızı aparmağımı dedi. Sevincin danışığından sonra fikirləşdim ki, onları evə gətirim. Bu məqsədlə də gecə ilə dostumdan xahiş etdim ki, onun avtomaşını ilə Sevinci və uşağı Bakıda yaşadığım evə gətirim. Yolda gəderkən Amaliyanın telefonu ilə Sevinclə əlaqə saxlayanda, telefonda tanımadığım oğlan danışaraq məni təhqir etdi. Təxminən gecə saat 04 radələrində Sabirabad rayonunda Amaliya¬nın yaşadığı evə çatdıq. Qapını döyən zaman Amaliya açdı, məni içəri dəvət etdi. Evə daxil olanda Amaliyanın yoldaşı kimi tanıdığım İsanı or¬ada gördüm. Sevincdən mənimlə telefonda danışan oğlanın kim olmasını soruşdum və ondan həmin oğlanı çağırmasını tələb et¬dim. Həmçinin Sevincə dedim ki, dostumun maşını ilə gəlmişəm, maşın bizi küçədə gözləyir, hazırlaşsın, çıxaq. Sevinc isə iki dəqiqə gözlə gəlirəm deyərək həyətə çıxdı. Mən də fikirləşdim ki, yəqin Sevinc hazırlaşır”.

“Tanımadığım oğlanla söhbət edirdi”

Mehdixan Paşayev qeyd edib ki, bir qədər gözləyib, Sevinc evə qayıtmadığı üçün onun arxasınca həyətə çıxıb: “Gördüm ki, Sevinc həyətdə tanımadığım bir oğlanla söhbət edir. Onlara yaxınlaşaraq oğlanın kim olduğunu soruşdum. Bizim aramızda mübahisə oldu, Sevinc evə girdi, oğlan isə özünü Aqşin kimi təqdim edərək, mənə bu¬ndan sonra qarşında məni görəcəksən dedi. Bu zaman Sevinc mənzildən həyətə çıxaraq mənə tərəf gəldi. Sevinc dedi ki, sən mənim uşağımı vurmusan? O, gözlənilmədən sol döş qəfəsi nahiyəmdən və sol qarın boşluğumdan bıçaq zərbələri endirdi. Üçüncünüdə vurmaq istədikdə onu itələdim”.

“Dedim ki, məni bıçaqlayıblar”

Mehdixan Paşayev qeyd edib ki, Sevinc onu 3-cü dəfə də vurmaq istəyib: “Bu zaman sonradan adını Qulu kimi bildiyim şəxs gələrək, ona sən nə edirsən, bıçağı at. Həmin şəxs Sevincin sifətinə sillə ilə vurdu, bıçaq onun əli¬ndən düşdü, Sevinc isə yerə yıxıldı. Sevincə dedim ki, uşağı vurmamışam, əksinə onun üzündən öpmüşəm. Ona, bu nədir sən məni bura öldürməyə çağırmısan? Sevinc isə ona cavab vermədən evə getdi. Bu vaxt gördümki, sol döş qəfəsi və sol qarın boşluğu nahiyəsindən aldığım bıçaq yaralarından qan axır. Məni gətirən avtomobilə tərəf getmək istədi¬kdə, özünü Aqşin kimi təqdim edən şəxs əlində rezin şlankla qarşımı kəsdi. O, “hara gedirsən, dayan” - deyərək Daxili İşlər Nazirliyinin 102- xidmətinə zəng etdi. O, nazirliyin qaynar xəttinə “evə oğru girib, bizdə onu tutmuşuq”. – deyərək, yalan məlumat verdi. Bundan sonra 102 xidmətinə zəng etdim, bıçaqla vurulduğumu, xəsarət aldığımı, həkimə getməyə imkan verilmədiyi barədə məlumat verdim. Bund¬an sonra həmin oğlan yolumdan çəkildi. Özümü qan içində maşı¬na çatdırdım. Sürücü¬yə dedim ki, onu bıçaqlayıblar, tez həkimə çatdır”.

“Cinayət törətməmişəm”

Mehdixan Paşayevin sözlərinə görə, onlar xəstəxananı tanımadıqları üçün yolda gördükləri Post Patrul Xidməti polisinə yaxınlaşıblar: “Polisin köməyi ilə Sabirabad rayon Mərkəzi xəstəxanasına çatdırıldım. Xəstəxanada Sevincin qardaşı yanıma gəldi. Məni xəstəxanadan çıxararaq Bakı şəhərinə gətirdi. Gecəni onun iş yerində qaldım, səhərisi gün məni polisə təhvil verdilər”.
Mehdixan Paşayev bildirib ki, hadisə zamanı onun əlində avtomobil təkər açarı və başqa hər hansı alət olmayıb: “Nə həyat yoldaşım Sevinci, nə də onun uşağını vurmamışam. Orada nə mənim tərəfimdən, nə də başqaları tərəfindən bir-birimizə qarşı hər hansı bir söyüş və nalayiq sözlər işlədilməyib. Hadisə baş verən zaman isə orada qeyd edilən şəxslərdən başqa heç kim olmayıb. Səs-küy olmamış qonşular da ora toplaşıb. Orada heç bir cinayət törətməmişəm. Ona görə də mənə bəraət verilməsini istəyirəm”.

“Telefonda kobud danışıblar”

Zərərçəkmiş şəxs qismində dindirilən Sevinc Əhədovanın sözlərinə görə, 2014-cü ildən Mehdixan Paşayevlə tanış olublar: “Lökbatan qəsəbəsində kirayə ev tutaraq onunla ər-arvad kimi yaşamağa başlamışıq. Mehdixanla ailə qurduqdan sonra kafedə işləmişəm. Aramızda tez-tez narazılıqlar olsada, barışaraq ailə münasibətlərimizi davam etdirmişik. 2015-ci ilin sentyabırın əvvəllərində aramızda yenə narazılıq olduğu üçün uşağım ilə Sabirabad rayonunda yaşayan qohumum Amaliyanın evinə getdim. Həmin müddətdə dəfələrlə telefon danışıqlarımız olsa da, ona paltarlarımı gətirməsini demişəm. Sentyabrın 24-də Mehdixanla danışmaq is¬təməmişəm, telefonu bizdə olan qonşunumuzun oğlu Sənana vermişəm. Onlar telefonda bir-biri ilə kobud danışıblar”.

“Uşağımı vurduğunu dedi”

Sevinc Əhədova qeyd edib ki, sentyabrın 25-də, gecə saat 04 radələrində qapı döyülüb, Mehdixan evə daxil olub: “Həmin vaxt Mehdixan mənim olduğum otağa daxil oldu. O, məni şillə, təpik, yumruqla vurar¬aq, tələb etdi ki, onunla telefonda danışan kişini çağırım. Dedi ki, həmin kişi gəlsin görüm o, kimdir mənimlə elə danışırdı. Onun əlindən çıxaraq qonşuya qaçdım. Mehdixan məni yumruqla vuranda burnum qanayıb. Qonşu Qulunun qapısını döyərək onlardan kömək istədim. Həyətdə Aişən mənə Mehdixanın uşağımı vurmasını dedi. Bundan əsbləşərək mətbəx bıçağını götürərək həyətə qayıtdım. Həyətdə dayanan Mehdixandan oğlumu nəyə görə döydüyünü soruş¬dum. Lakin Mehdixan mənə cavab vermədi. Həmin vaxt Qulu Mehdixandan təxminən 5-6 metr kənarda dayanaraq siqaret çəkirdi. Mehdixana yaxınlaşaraq bıçağı onun sol sinə nahiyyəsindən vurarkən, Mehdixan qo¬lunu qabağa verdi. Mehdixan qolunu qarşıya versə də, bıçaqla ona xəsarət yetirdiyimi hiss
etdim. Sonra bıçağı çəkib bir dəfə də Mehdixanın sol qarın nahiyyəsindən vurdum. Mehdixanın qarın nahiyyəsindən qan axdığını gördü
m”.

“Burnumun üstündən güclü zərbə vurdu”

Sevinc Əhədova bildirib ki, Qulu onun bıçaqla Mehdixanı vurduğunu görüb və qışqı¬raraq bıçağı yerə atmasını desə də, o, bıçağı atmayıb: “Qulu yaxınlaşaraq sifətimdən şillə vurduqda, bıçaq əlimdən yerə düşdü. Sonra evə qayıtdım, Mehdixan isə küçədə qaldı. Qulu Mehdixanın qarşısında dayanaraq onu getməyə qoymadı. Evə keçərkən Mehdixanın Quluya “imkan ver çıxım gedim” dediyini, Qulunun da “Sənan polisə məlumat verib, polis gələnədək gözlə” deməsini eşitdim. Bu-ndan sonra Mehdixanın hara getdiyini bilməmişəm. Təxminən 3-4 dəqiqə sonra polis əməkldaşları gəldi. Mən də baş verənləri polis əməkdaşlarına danışdım. Onlarla birlikdə polis şöbəsinə gəldim, ərizə ilə müraciət etdim. Bıçağı və Qulunun mənə verdiyi təkər açarını sabahı gün polisə təqdim etdim”.
Zərərçəkmiş Sevinc Əhədova sonrakı ifadəsində hadisəni başqa cür danışıb. Növbəti dəfə ifadə verən zərərçəkmiş qeyd edib ki, Mehdixan Amaliyanın evində onu döyd¬ükdən sonra kömək üçün qonşuluqda yaşayan Qulu Ələkbərovun evinə tərəf qaçıb: Qapını döyüb, qışqırarkən Mehdixan saçımdan tutdu və başımdan bir neçə dəfə yumruqla vurdu. Həmin vaxt onun əlində avtomobil təkər açarı var idi. O, həmin açar ilə bədənimin müxtəlif yerlərindən, o cümlədən burnumun üstündən güclü zərbə vurdu. Əvvəlki ifadəm də Mehdixanın məni avtomobilin təkər açarı ilə vurmaması, yalnız yumruq və təpiklə döyməsi barədə dedik¬lərimi isə uzun müddət onunla ər-arvad olaraq birgə yaşadığıma, Mehdixanın cəzasını yüngülləşdirmək məqsədi ilə bildirmişəm”.
Zərərçəkmiş ifadəsinin sonunda qeyd edib ki, Mehdixan Paşayevi bağışlayıb, hal-hazırda ona qarşı heç bir şikayəti yoxdur. Zərərçəkmiş məhkəmədən onun barəsində yüngül cəza verilməsini xahiş edib.
Tərəflərin fikirlərini öyrən hakim heyəti sonda qərar elan edib. Qərara görə, prokurorun protesti, təqsirləndirilən şəxsin şikayəti təmin edilməyib.

Aslan
gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Sevinc Babayevanın oğlu arvadını bıçaqlayıb

    Sevinc Babayevanın oğlu arvadını bıçaqlayıb ...

    4-02-2016, 20:52

  • 
  • Sabirabadda maskalı şəxslər ər-arvadı döyərək pul aparıblar

    Sabirabadda maskalı şəxslər ər-arvadı döyərək pul ...

    17-03-2016, 12:00

  • 
  • Bakıda mənzildən qadın meyiti aşkarlandı

    Bakıda mənzildən qadın meyiti aşkarlandı ...

    6-09-2015, 12:38

  • 
  • Qardaşları döydü, sonra bıçaqladı

    Qardaşları döydü, sonra bıçaqladı ...

    28-11-2015, 13:49

  • 
  • Sabirabadda dəhşətli qəza: 4 ölü

    Sabirabadda dəhşətli qəza: 4 ölü ...

    11-01-2014, 11:50


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu