Elnur Hüseynov adlı oxucu Avtosfer.az-a yol hərəkəti qaydalarını pozan “AP” (evakuator) və “PM” (Prezident mühafizəsi) seriyaları olan avtomobillərin videogörüntülərini təqdim edib.
18.10.2017-ci il tarixində, saat 10:03-də, “İnşaatçılar” prospektində (Mədəniyyət və İncəsənət Universitetinin, “OLİM”-in yanı) evakuator yolun əks istiqamətində hərəkət edərək inzibati xətalar məcəlləsinin 327.4-cü bəndinin tələblərini pozur. Birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə yüz manat - 4 bal cərimə tətbiq edilir. Eyni zamanda “Hyundai” markalı, 10-PM-101 dövlət nömrə nişanlı avtomobil isə işıqforun qırmızı işığına məhəl qoymur. Oxucu yazır ki, yəqin avtomobillərin sürücüləri dövlət nömrə nişanına güvənir. Amma yaddan çıxarmasın kı, qəza olanda dövlət nömrə nişanı xəbərdarlıq etmir. Sözügedən videonu təqdim edirik:
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?