GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » 15 yaşında Bakıya qaçan qızın başına gələnlər- hamilə qaldı, uşağı abort etdirdi və...

15 yaşında Bakıya qaçan qızın başına gələnlər- hamilə qaldı, uşağı abort etdirdi və...

Tarix: 20-10-2017, 15:02 Bölmə :Cəmiyyət Baxış: 423
15 yaşında Bakıya qaçan qızın başına gələnlər- hamilə qaldı, uşağı abort etdirdi və...


Bakıda avtomobil qaçırmaqda və quldurluq etməkdə təqsirləndirilən gənclərin məhkəməsi keçirilib. Onlardan birinin yetkinlik yaşına çatmayan qıza qarşı seksual hərəkətlər etməsi də üzə çıxıb. Zərərçəkmiş şəxs məhkəmədə ifadə verib. Prosesdə tərəflər arasında mübahisə yaranıb.

gundemxeber.az musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cianyətlər Məhkəməsində oğurluqda və quldurluqda təqsirləndirilən 1997-ci il təvəllüdlü Xıdırov Elməddin Mirzə oğlu, 1994-cu il təvəllüdlü Həsənov Famil Polad oğlu və 1999-cu il təvəllüdlü Qasımov Nahid Nail oğlunun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxslərdən 20 yaşlı Elməddin Xıdırov başqa cinayət əməlini törətməkdə də ittiham edilir. Belə ki, ona Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə də cinayət işi açılıb.

Qeyd edilən epizod üzrə zərərçəkmiş şəxs məhkəmədə ifadə verib.

Yetkinlik yaşına çatmayan Sevda Qasımova (ad və soy ad şərtidir) məhkəmədə ifadə verərkən təqsirləndirilən şəxslərdən yalnız Elməddin Xıdırovu tanıdığını deyib. O, başına gələnləri məhkəmədə danışıb.

Bildirib ki, Masallıdakı evlərindən qaçdıqdan sonra Bakıya gəlib. O, Bakıda başqa bir dostu vasitəsi ilə Elməddin Xıdırovla tanış olub. S.Qasımova gecə qalmağa yerinin olmadığını və Elməddin Xıdırovun təklifi ilə onun dediyi evə getdiyini söyləyib. Zərərçəkmişin dediyinə görə Elməddin Xıdırov həmin evdə onunla cinsi əlaqədə olub.

Sualları cavablandıran S.Qasımova deyib ki, evdəkilərlə yola getmədiyi üçün evdən qaçıbmış. O da məlum olub ki, zərrəçəkmiş şəxs E.Xıdırovla Bakıda çimərliyə belə gedib. O, bunu öz xoşu ilə etdiyini söyləyib.

Sevda məhkəmənin suallarına cavabında deyib ki, evində gecələdiyi Elməddin onunla zorla cinsi əlaqdə olub.

Dövlət ittihamçısının sualına cavab verən S.Qasımova daha əvvəl də evdən qaçdığını və qardaşı ilə aralarında problemlərin olduğunu söyləyib. O, bildirib ki, başqa şxəslərlə sosial şəbəkələrdə danışmasına 23 yaşlı qardaşı icazə vermirmiş və onunla mübahisə edirmiş.

Zərərçəkmiş hazırda anası ilə yaşadığını və hadisədən sonra polisə məlumat verməməsinin səbəbini valideynlərindən qorxması ilə izah edib.

Məhkəmədə hadisənin daha dəhşətli təfərrüatı üzə çıxıb. Məlum olub ki, yetkinlik yaşına çatmayan S.Qasımova bu yaşananlardan sonra hamilə qalıbmış. 15 yaşında hamilə qalan S.Qasımova daha sonra uşağı abort etdirdiyini söyləyib. S.Qasımova kimdən hamilə qalması ilə bağlı suala dəqiq cavab verməkdə çətinlik çəkib və daha əvvəl də başqa şəxslə cinsi əlaqədə olduğunu bildirib. Daha sonrakı fikirlərində isə E.Xıdırovdan hamilə qaldığını söyləyib.

Zərərçəkmişin bu dediklərinə təqsirləndirilən Elməddin də cavab verib. Söyləyib ki, S.Qasımovanı heç nəyə məcbur etməyib: “Birlikdə qaldığımız gecə mağazaya da getdik. Əgər onu zorla saxalasaydım oradan qaçardı və ya kiməsə nəsə deyərdi. Dedikləri yalandır”.

Məhkəmədə zərərçəkmiş anası Mətanət Xəlilova (ad və soy ad şərtidir) da ifadə verib.

O deyib ki, qızı qardaşı ilə mübahisə etdikdən sonra evdən qaçıb. Ana bildirib ki, qızının "20 Yanvar" metrosu yaxınlığında olmasından xəbər tutduqdan sonra onu evə qaytarıb. Axşam qızı ona Elməddin adlı şəxs tərəfindən zorlandığını deyib.

"Məni aldatdı ki, gecəni parkda qalmışam. Qolunda izlər var idi. Nə olduğunu bilmədim. Sonra danışanda polisə müraciət etdik”- deyə zərərçəkmişin anası söyləyib.

Övladları ilə məşğul olmaması və onları tək qoyması haqda suallara cavab olaraq isə ana bunları deyib: “Mən xərçəng xəstəsiyəm. İrana dəfələrlə müayinəyə getmişəm. Ataları da yoxdur”.

Ana təqsirləndirilən şəxsin vəkilinin zərərçəkmiş qızının daha əvvəl də evdən qaçması və başqa şəxsin ona qarşı seksual hərəkətlər etməsi haqda suallarına cavabında bunları bildirib: “Asim adlı şəxs qızımın arxasınca düşürdü. Onu istədiyini deyirdi. Qardaşı da qızımla ona görə dalaşıb. Biz də Asim qızımı rahat buraxsın deyə polisə şikayət etdik. Amma o, qızıma heç nə etməmişdi”.

Məhkəmədə təqsirləndirilən Elməddin Xıdırovla zərərçəkmişin anası arasında mübahisə düşüb. E.Xıdırov S.Qasımovanın könüllü olaraq onunla olduğunu və ananın da yalan danışdıöını bildirib. Bu zaman tərəflər arasında gərginlik yaranıb. Zərəçəkmiş və anası məhkəmə zalından çıxarılıb. Zərrəçəkmişin anası Elməddin Xıdırovu hədələyərək anasının başını kəsəcəyini deyib.

Qeyd edək ki, təqsirləndirilən 3 gəncin cinayət əməli barədə yayaılan məlumatda bildirilirdi ki, onlar yanvarın 21-də Nəsimi rayonu ərazisindən Bakı şəhər sakini Əyyub Səfərova məxsus “VAZ-2107” markalı avtomobil qaçırıblar.

Nəsimi Rayon Polis İdarəsi 19-cu Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Tərtər rayon sakini, əvvəllər məhkum olunmuş Elməddin Xıdırov, Ağstafa rayon sakini Famil Həsənov və Lənkəran şəhər sakini Nahid Qasımov tutulublar.
Saxlanılanların ətraflarında aparılan əməliyyat tərbirləri ilə onların yanvarın 21-də rayon ərazisində Sumqayıt şəhər sakini Elçin İsmayılova və Lənkəran şəhər sakini İlham Məlikzadəyə zor tətbiq edib onlardan 200 manat pul almaları da müəyyən edilib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azyaşlı qonşu qızı aldadıb, seksual hərəkətlər etdi, 1 il həbs cəzası aldı

    Azyaşlı qonşu qızı aldadıb, seksual hərəkətlər ...

    21-08-2017, 10:00

  • 
  • Azyaşlı qonşu qızı aldadıb, əxlaqsız hərəkətlər etdi - 1 il həbs cəzası aldı

    Azyaşlı qonşu qızı aldadıb, əxlaqsız hərəkətlər ...

    20-08-2017, 17:42

  • 
  • Bakıda 5 yaşlı qıza sataşan şəxsə cəza verildi

    Bakıda 5 yaşlı qıza sataşan şəxsə cəza verildi ...

    12-10-2015, 19:27

  • 
  • Sumqayıtda 13 yaşlı qızı zorlayan CƏZALANDI

    Sumqayıtda 13 yaşlı qızı zorlayan CƏZALANDI ...

    13-12-2016, 23:39

  • 
  • Azərbaycanda şagirdini hamilə qoyan müəllimlə bağlı QƏRAR VERİLDİ

    Azərbaycanda şagirdini hamilə qoyan müəllimlə ...

    16-05-2016, 19:01


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu