GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » "Bakıda böyük partlayış olacaq" - Memar açıqladı

"Bakıda böyük partlayış olacaq" - Memar açıqladı

Tarix: 21-10-2017, 13:08 Bölmə :Cəmiyyət Baxış: 379
"Bakıda böyük partlayış olacaq" - Memar açıqladı


Bakıda tarixi şəhər adına heç nə qalmayıb.

Bu sözləri modern.az-a əməkdar memar, "Bakı şəhərinin Ərazidən istifadə və Zonalaşdırma Planı/Baş plan layihəsi"nin məsləhətçisi Feyzulla Quliyev bildirib.

Bakı öz simasını itirib...

Əməkdar memar deyib ki, yeni tikililər şəhərin mühiti ilə vəhdət təşkil etmir:

"Mövcud şəhərlər, müasir şəhərlər və tarixi şəhərlər var. Məsələn, Bakı haqqqında tarixi şəhər dedikdə, onun mərkəzi hissəsi nəzərdə tutulur. Məsələn, biri "8-ci kilometr"də yaşayır. Soruşanda hara gedirsən? Deyir "şəhərə". Şəhər dedikdə, mərkəzi hissəni nəzərdə tutur. Az-çox mərkəzdə şəhər mühiti var. Amma "8-ci kilometr"də şəhər mühiti yoxdur. Ona görə də ilk növbədə şəhər mühitini qoruyub saxlamalıyıq. Adət-ənənələrimiz kimi, tarixi-memarlıq abidələrimizi qorumalıyıq. Biz memarlar da şəhərin mərkəzi hissəsində hündür binaların ucaldılmasından narahatıq. Onların heç biri tarixlə vəhdət təşkil etmir. Tarixi binanın yanında hündür bina ucaldırlar. Nəyə əsasən? Axı o binalar bir-birini tamamlamalıdır. Bunlar müasirlik yaratmaq adına şəhəri eybəcər hala salıblar. O binanı tikən memar hara baxır bəs? Bir sözlə, proses qanedici getmir".

"İndi kimə deyə bilərsən ki, tikmə?!"

F.Quliyevin sözlərinə görə, Bakıdakı tikinti sahəsində özbaşınalıq hökm sürür:

"Memarlıqda rekonstruksiya, regenerasiya və mühit anlayışları var. Rekonstruksiya köhnə binaların müəyyən qədər dəyişdirilməsidir. Regenerasiya isə tarixi bina sökülüb dağılıbsa belə, onun olduğu kimi bərpa edilməsidir. Rekonstruksiya, regenerasiya zamanı səhlənkarlığa yol vermək olmaz. O bianın tarixi, keçmişi öyrənilməlidir ki, yaxınlığında yeni bina tikəndə tam, vəhdət təşkil etsin. Mən Bakıda yarım əsrdən artıq işləyən bir mütəxəssisəm. Sovet dövründə Əliş Cəmil oğlu Ləmbəranskinin iştirakı ilə Nargin adasında olmuşam. O çox gözəl bir insan idi, vaxtilə şəhərin meri olub. Bir çox mühüm tikinti obyektlərinin ucaldılmasında onun böyük əməyi var. Ləmbəranski orada "partşkola" tikdirmək istəyirdi. Mən deyəndə ki, burada tikmək olmaz, o, mənimlə dərhal razılaşdı. İndi kimə deyə bilərsən ki, burada tikinti aparmaq olmaz?!

Bakının özünəməxsus üç işarəsi var: amfiteatr, Bakı buxtası və külək. Hansısa tikinti zamanı bu üç amil mütləq nəzərə alınmalıdır. Bu yaxınlarda tanınmış bir adam yenə məni Nargin adasına apardı. Mən qayıdanda Bakını tanımadım. Çünki landşaftdan düzgün istifadə edilməyib, amfiteatr, yaruslar yox olub. Şəhərin aşağı hissəsində hündürmərtəbəli binalar tikilərək yüksək hissələrlə bərabərləşdirilib. Şəhərsalma qanunauyğunluqlarına görə hündür yerdə hündür bina, alçaq yerdə alçaq bina tikilməlidir. Biz tikintini bu amfiteatrı nəzərə almaqla aparmalı idik. İstər Memarlar İttifaqı, istərsə də memarlar prosesdən narahatdır. Amma bizi eşidən yoxdur".

Tariximizi özümüz silirik...

Memar İçərşəhərin də öz simasını itirdiyindən narahatlığını dilə gətirib:

"Doğrudur, getdikcə şəhər böyüyür, genişlənir, prosesi dayandırmaq qeyri-mümkündür. Prosesi qanunauyğunluqlar nəzərə alınmaqla icra etmək lazımdır. Amma artıq gecdir, şəhərin siması korlanıb. İçərşəhərin özündə şəhərlik qalmayıb, orada nə qədər yeni binalar tikilib. Şəhərin tarixinə heç də uyğun gəlmir. Qız Qalasının arxasındakı bina ora, sanki, yamaqdır. İçərişəhər bir tarixdir. Bakının şəhər olaraq tarixi bizim eradan əvvələ gedib çıxır. Baxmayaraq ki, sovet dövründə 5-6-cı əsr yazılırdı. Çünki o vaxt qoymurdular tariximizi yazmağa. Amma indi də özümüz o tarixi silirik. Milli Məclis və Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş şəhərsalma sənədi var. Ümumi Plan, Baş Plan və Müfəssəl Plan. Şəhərin tarixi, köhnə, müasir hissələrinin planlaşdırılması və ona uyğun layihə hazırlanıb. Orada hansı ərazidə necə bina tikməyə icazə verilir göstərilir. Amma bu qaydalara riayət edən yoxdur. İndi, sadəcə, qərar verirlər: "mən buranı tikirəm". Vəssalam. Bir azdan Bakıda böyük partlayış olacaq. Bunu deyirəm və sizi əmin edirəm ki, bunun şahidi olacaqsınız. Şəhər mənzillərinin kommunal təminatı var: su, qaz, işıq, istilik və s. Bu kommunal sistem ilk vaxtlar tikilmiş 5-6 bina üçün nəzərdə tutulub. Şəhərin bütün kommunal xətləri köhnəlib. İndi həmin binaları söküb yerində 16-20 mərtəbəli bina tikiblər. Yeni binaların xətlərini də həmin köhnə sistemə birləşdirirlər. Bir azdan isə o sistem ağırlığa tab gətirməyib, məcrasından çıxacaq. Artıq Əhmədli qəsəbəsi ərazisində 1-2 yerdə kanalizasiya xətləri yerin səthinə çıxıb. Çünki şəhər salınarkən bu boruların diametri azmərtəbəli binlar üçün hesablanmışdı".

"Dirijor çubuğunu necə yelləyirsə, orkestr elə çalır"

F.Quliyev ayrı-ayrı şirkətlərin məsələyə səhlənkar yanaşdığını vurğulayıb:

"Ayrı-ayrı şirkətlərin nə vecinədir ki? Fikir verin, Bakıda, əsasən, yeni yaşayış binaları tikilir. Nəyə görə? Tez satıb, daha çox qazanmaq üçün. Mən xarici mütəxəssislərlə çox əlaqədə olmuşam. Onlar Bakının keçmiş baş planını çox bəyənmişdilər. Mənə sual verdilər ki, "niyə realizə etməmisiz bu planı?" Cavabım belə oldu: biz bəstəkarıq, əsəri yazıb dirijora veririk. Dirijor çubuğunu necə yelləyirsə, orkestr elə də çalır.

Tarixi-memarlıq abidələri sıx olan ərazilərə çox böyük ehtiyatla, qızıl dəqiqliyilə yanaşmaq lazımdır. Mərkəzi Neftçilər Xəstəxanası, "Bakı Vağzalı" ətrafında binalar bir-birinə yapışıb. Şəhərdə tikilən mənzillər ikitərəfli, ən pis halda küncdən külək almalıdır. Yay aylarında gün ərzində otaqlara ən azı 3 saat günəş şüası düşməlidir. Bura 4-cü iqlim zonasıdır. Əks halda xəstəliklər geniş yayılacaq. Necə ki, indi yayılıb. Hamı ürəyindən, qan azlığından, qan-damar sisteminin xəstəliklərindən şikayətçidir. Yeni tikililərdə heç bir nüans nəzərə alınmır. Sadəcə, yanğınsöndürmək üçün 6 metr keçidin qoyulması ilə hər şeyi bitmiş sayırlar. Bütün bunlar insan sağlamlığı üçün təhlükədir.

Hələ sovet dövründən şəhərin tarixi yerlərinin necə işlənməsi müəyyən olunmuşdu. Böyük Bakının Regional İnkişaf Planı 2014-cü ildə aidiyyatı strukturlarla razılaşdırılıb Nazirlər Kabinetinə təşviqə verilib. Hələ indiyə qədər Nazirlər Kabineti məsələyə baxmır".
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakı simasını itirib...Şəhərdə böyük partlayış olacaq

    Bakı simasını itirib...Şəhərdə böyük partlayış ...

    20-10-2017, 15:38

  • 
  • Bakıda metrobus olacaq

    Bakıda metrobus olacaq ...

    19-07-2013, 11:40

  • 
  • Prezident Şəkinin tarixi hissəsinin qorunması ilə bağlı sərəncam imzaladı

    Prezident Şəkinin tarixi hissəsinin qorunması ilə ...

    21-01-2016, 19:14

  • 
  • "26 Bakı komissarı"nın əsl tarixi araşdırıldı

    "26 Bakı komissarı"nın əsl tarixi ...

    26-05-2013, 17:50

  • 
  • Səfər Əbiyevin evi sökülür - Foto

    Səfər Əbiyevin evi sökülür - Foto ...

    12-11-2013, 14:57


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu