Sabiq deputat Hacı Qalib Salahzadənin oğlu Əlihüseyn Salahzadənin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
Vəkil Cavanşir Məmmədov APA-ya bildirib ki, istintaqın yekunlaşması elan edilib. Tərəflər işlə tanış olduqdan sonra iş məhkəməyə göndəriləcək.
Qeyd edək ki, Ə. Salahzadə bir müddət əvvəl həbs edilib. Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla onun barəsində Nəsimi rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Ə. Salahzadə “Azərsu” ASC-nin əməkdaşını döyməkdə təqsirli bilinir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?