GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Neftçalada kənd Bələdiyyəsinin sədri I qrup əlilə qarşı təxribat edir - Yerli hüquqmühafizə orqanları isə susur

Neftçalada kənd Bələdiyyəsinin sədri I qrup əlilə qarşı təxribat edir - Yerli hüquqmühafizə orqanları isə susur

Tarix: 31-10-2017, 13:05 Bölmə :Cəmiyyət Baxış: 439
Neftçalada kənd Bələdiyyəsinin sədri I qrup əlilə qarşı təxribat edir - Yerli hüquqmühafizə orqanları isə susur


“Qismət Qafarov məhz bu kimi qanunsuz əməllərinə görə 2007-ci ildə kənd icra nümayəndəsi vəzifəsindən qovulub. Həmin vaxt kənd qəbiristanlığının dəmir hasarlarının sökülərək bir qisminin satılmasına, yerdə qalanını isə rəhbərlik etdiyi idarənin qarşısına yığılmasına göstəriş verən Qismət Qafarov kənd sakinlərinin təpkisi nəticəsində görəvindən qovulmuşdu.”

Ölkə başçısının kənd təsərrüfatı sahəsində tarixi ənənələrin bərpası ilə bağlı təşəbbüsündən sonra bir – birinin ardınca regional xarakterli təsərrüfat subyektləri yaranmağa başladı. Pambıqçılıqla bağlı ənənələri olan Neftçala rayonunda da prosesə qatılan I qrup əlil, Xolqarbucaq kənd sakini Ceyhun İsrafil oğlu Əfrasova qarşı münasibət isə olduqca ciddi və kriminal xarakterlidir.

gundemxeber.az BakuNews.Az-a istinadla bildirir ki,bir neçə gün öncə Ceyhunun sosial şəbəkədə yayılan videomüraciəti olduqca ilginc faktlardan xəbər verir. I qrup gözdən əlil olan Ceyhun videomüraciətində bildirir ki, pambıq əkmək məqsədilə kənd bələdiyyəsinə icarəyə götürmək məqsədilə əkin sahəsi ilə bağlı müraciət etsədə ona rədd cavabı veriblər.

- Daha sonra kənd ərazisindən bələdiyyə sədrinin hər hansı yardımı olmadan 8 hektar əkinə yararlı torpaq sahəsi icarəyə götürdüm. Fiziki qüsurlu olmama rəğmən hər hektardan 45 sentner məhsul götürdüm. Lakin bu uğurum Neftçala rayonu Xolqarbucaq kənd bələdiyyəsinin sədri Qismət Qafarova xoş gəlmədi. İlk yığım zamanı rayon pambıq zavoduna təhvil vermək üçün hərəkətdə olan taraktorun məhsulla dolu lafetinə bilərəkdən od vuruldu. Yanğın FHN-nin yanğınsöndürmə idarəsinin müdaxiləsi ilə söndürülməsəydi daha ağır nəticələr ola bilərdi. Xatırladım ki, məhsulun sahibi mən olsam da, texnika pambıq zavoduna məxsus idi. Bir müddət sonra kənd bələdiyyəsinin sədri Qismət Qafarov 7-8 nəfərlə birləşərək mənə qarşı yeni təxribat planladı. Belə ki, bələdiyyə sədri mənim əkin sahəmə gedən yolu və ona bitişik ərazini müvafiq qərarla başqa bir şəxsə verdi. Məsələnin ən kritik tərəfi isə həmin şəxsin mənə məxsus əkin sahəsinə gedən yolu da tutması və şumlatdırmasıdır. Bu hadisədən sonra mən nə əkin sahəmdə çalışa, nə də ora texnika apara bilirəm. Belə olan təqdirdə min bir əziyyətlə əkib becərilən məhsul zay olur. Xatırladım ki, Qismət Qafarov məhz bu kimi qanunsuz əməllərinə görə 2007-ci ildə kənd icra nümayəndəsi vəzifəsindən qovulub. Həmin vaxt kənd qəbiristanlığının dəmir hasarlarının sökülərək bir qisminin satılmasına, yerdə qalanının isə rəhbərlik etdiyi idarənin qarşısına yığılmasına göstəriş verən Qismət Qafarov kənd sakinlərinin təpkisi nəticəsində görəvindən qovulmuşdu. Kənd qəbirstanlığının hasarının bərpası öhdəliyini götürsə də, bu günə qədər həmin öhdəliyi də yerinə yetirməyib. Onu da qeyd edim ki, Qismət Qafarov oğlunun adına 50 hektar, yeznəsinn adına isə 100 hektar sahədə pambığ əkib. Bu qədər əraziyə sahiblənmiş bələdiyyə sədri mənim min bir zəhmətlə ərsəyə gətirdiyim 8 hektara da göz tikib. Əlavə olaraq bildirim ki, Qismət Qafarovun bələdiyyə sədrliyi də qanunsuzdur. O bu görəvə seçilməyib.

Videomüraciətin sonunda ölkə Prezidentinə müraciət edən I qrup gözdən əlil özünə və ailəsinə qarşı yönəlmiş bu kimi qanunsuzluqlara son qoyulmasını istəyir. “Mən 7 yaşlı oğlumun köməyi ilə əkin sahəsinə gedirəm. İki gözdən əlil olmağıma baxmayaraq min bir əziyyətlə əkib becərdiyim sahədən növbəti il daha çox məhsul götürməyi planlaşdırmışam. Lakn mənə hər vəchlə mane olurlar. İnanıram ki, aidiyyatı strukturlar məni eşidəcəklər.”

Mövzuya qayıdacağıq.

Redaksiyadan: Məlumatda adı çəkilən qurum və ya şəxslərində cavab haqlarını tanıyırıq və münasibətlərini dərc etməyə hazırıq.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda daha bir məmur intihar etdi - TƏCİLİ

    Azərbaycanda daha bir məmur intihar etdi - TƏCİLİ ...

    16-07-2017, 22:04

  • 
  • Bələdiyyə Quba rayonunda qəbirsatnlıqı yandırdı-Kənd sakinləri etiraz edəcək

    Bələdiyyə Quba rayonunda qəbirsatnlıqı ...

    5-08-2013, 14:52

  • 
  • Şamaxı Şərədil kənd sakinlərinin HARAYI - ÖLÜMLƏ ÜZ-ÜZƏ (Şikayət)

    Şamaxı Şərədil kənd sakinlərinin HARAYI - ÖLÜMLƏ ...

    24-02-2016, 13:28

  • 
  • Ordumuz ermənilərdən kənd alıb?

    Ordumuz ermənilərdən kənd alıb? ...

    4-08-2014, 19:20

  • 
  • Masallı rayon Mahmudavar kənd sakinləri yolu bağladı - VİDEOLAR+ YENİLƏNDİ

    Masallı rayon Mahmudavar kənd sakinləri yolu ...

    21-04-2016, 01:10


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu