Qocanın şeiriyyata, ədəbiyyata marağı, bağlılığı vardı.
Bu sözləri Qoca ləqəbli kriminal avtoritet Etibar Məmmədovun anası Hacıqabula yas mərasiminə ezam olunmuş müxbirimizlə söhbətində deyib və onun əlyazmalarını göstərib. Qocanın anası Svetlana xanım oğlunun sənətə, şeiriyyata marağının, bağlılığının olduğunu bildirib.
Mərhum avtoritetin şeirlərini təqdim edirik: 20 Mart 2015 (Hacıqabul)
Ey canımın can evi sevgilim! Cahani sərvətim sənsiz bir heçdir Çəkdirmə bu dərdli könlümə əzabi-cəfanı bəsdir. Dəvayi-dərman yox könlümə səndən ayrısı, Nə olar gələsən qəlb evimə şəmsdə nur saçsın Seyr etdikcə gözlərini, qaranlığında mən itirim özümü Alasan əllərinlə canımı, verəsən bülbüli cənnəti Öpəsən al dodağımdan, içərəm zəhri şərabından Deyəsən kəlmeyi eşqin şəhadətini Ölərəm sən yolunda divanə Şəms kimi Nə karədir xəstə qəlbim ovuna sənsiz Alar həqiqi talib nəfəsin Keçərəm eşqin yoluna, verərəm cümlə həyatı yarıma Qoymaram kimsə toxuna ona Çəkərəm hər nazını, dözərəm əzabına. *** Sevgilim gələsən bir gün, seyr edim səni kənardan Doymaram o cahi-cəlallı camalından Söylərəm qəlb evimin kəlmələrin, alaram əqlini başdan Toxunub mən sənə verərəm sərvəti dünyanı yenə Açaram eşqin qapısın salaram qəlb evinə Vermərəm əğyarə səni qoymaram toxuna sənə bir yad əli Qoruyaram eşqimizi bu göz bəbəyim kimi… *** 14 aprel 2015 (Hacıqabul) Ey mənim həyat dostum! Necədir hali-fəğanın bilmək istər sevgili cananın Hüzn ilə boğulan bu canımın dəvasıdır bir kəlmən Verilən hər sözündür atəş olub süzülən gözlərindən Ey mənim bəsirətim olan sevgilim! Görməsə də gözlərim bir kimsələri Aydınlıq olur cahan görüncə o gözlərini Bitməz tükənməz oldu bu hicranın Fəqət xoşdur çəkilən hər cəfan *** Yenə çökür üstümə gecələrin zülməti Arayıb axtararaq sevgilimin əllərini Bəlkə tutar əlimdən verər təsəlli bu xəstə aşiqinə Bəlkə görüb halımı son qoyar bu zülmünə Amma nə fayda sözlərimdən bizə, ayırır yollar bizi Verir öz həsrətini, alır qəlbimizi Yazılıbmış alnımız ayrılıq günlərimiz Gedəcək olur həsrətdə bzizim öz evimiz. 27 may 2015 23:21 Dedilər 1) Dedilər getmə, unut məhv edər səni Baxdı gözlərim o üzlərə, söylədi dilim; “Onsuz bu həyat məhv edər məni 2) Dedilər aldadır, atıb gedər bir gün səni Dedim vardır onun vicdanı Nə aldadar, nə atar. Qoruyar məni öz canı kimi 3) Dedilər, vardır cəzası illər boyunca dözməz ürəyin sevgi yoluna Dedim, getsə də həyatım, solsa da güllərim Gözlərəm onu ömrüm boyunca 4) Dedilər sevgi deyil, cavanlıq həvəsidir, aldatma özünü Doldu gözüm, dedim şahiddir qəlbimin allahı varsa, bir yalan yanlışım Atsın cəhənnəm oduna yanım-alışım 5) Dedilər, bəs hanı o cani-könüldən gülüşlərin? Dedim, necə gülsün o gözlər ki, görmür cani könlümün gözlərin? 1) Dedilər, bəs hanı o nazi-qəmzən? Hardadır sənin əndazəli yerişlərin, süzülən baxışların? Dedim, o naz qəmzəni sevgim, əndazəli yerişlərimi eşqim, Süzülən baxışlarımı isə yaşlı gözlərim əvəz etdi.
Sorğu
Yeni dizaynımız necədir?