GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Eldar Mahmudov həbsə gedir - niyə məhz indi...

Eldar Mahmudov həbsə gedir - niyə məhz indi...

Tarix: 6-11-2017, 11:00 Bölmə :Cəmiyyət Baxış: 431
Eldar Mahmudov həbsə gedir - niyə məhz indi...


MTN istintaqında şok həbs: “qara kassa” tutuldu; Bakı Hərbi Məhkəməsinin qərarı ilə barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilən Vüqar Mahmudov sabiq MTN şefinin təkcə əmisi oğlu deyil, həm də bütün sirrinin daşıyıcısıdır; 2 il sonra istintaqa çağırılan Eldar Mahmudovun həbs ehtimalının ilk dəfə olaraq bu qədər ciddiləşməsi barədə sensasion iddialar...

gundemxeber.az musavat.com-a istinadla bildirir ki, Ötən həftəsonu, 2015-ci ilinin oktyabr ayının 17-də vəzifədən çıxarılmış milli təhlükəsizlik naziri Eldar Mahmudovla bağlı sensasion gəlişmələr baş verib. “Yeni Müsavat” xəbər verir ki, əvvəl onun əmisi oğlu, eyni zamanda, 2014-cü ildən köməkçisi işləmiş Vüqar Mahmudov həbs edilib. Bakı Hərbi Məhkəməsinin qərarı ilə onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Ləğv edilmiş MTN-in polkovnik-leytenantına qarşı Cinayət Məcəlləsinin 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə; ağır nəticələrə səbəb olduqda), 313-cü ( Vəzifə saxtakarlığı), 179-cu (mənimsəmə) və 182-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham irəli sürülüb.

Kimdir axı bu Vüqar Mahmudov?

Eldar Mahmudov nazir təyin ediləndən dərhal sonra- 2004-cü ildə MTN-də işə götürülən əmisi oğlu bu illər ərzində bütün mümkün dövlət mükafatlarını sinəsinə taxdıra bilib. O, “Hərbi xidmətlərə gorə”, “Vətən uğrunda”, “ İgidliyə görə” medalları, “Vətənə xidmətə görə” ordeni alıb. Antiterror Mərkəzinin şöbə rəisinin müavini vəzifəsində işləmiş və faktiki olaraq nazirin köməkçisi funksiyasını həyata keçirmiş polkovnik-leytenant V.Mahmudovun adı “MTN işi” istintaqı başlayandan dərhal sonra gündəmə gəlmişdi ki, bu da təsadüfi deyildi. Nazirin əmisi oğlunun MTN-də hətta nazir müavinlərindən də səlahiyyətli şəxs olduğu heç kimə sirr deyildi. MTN-in qeyri-qanuni yığdıqları pullar V.Mahmudova verilirdi ki, bu səbəbdən də onu “qara kassa” adlandırırdılar. Onun bu pulları nazir üçün yığdığı bəlli olduğundan “obşi kotyol”dan kimsə yayına bilməzdi. V.Mahmudovun nazirin adından danışmaq, əmr vermək və cəzalanacaq iş adamlarının siyahısını hazırlamaq kimi səlahiyyətləri olub. Bildirilir ki, özü də qeyri-qanuni yolla 100-lərlə insanın var-mülkünü əllərindən alıb.

“Nazirim, əzizim” demişdi...

Onu Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov və digər yüksək rütbəlilərin məhkəməsində dindirmişdilər. V.Mahmudov “Bakı Metropoliteni”nin sabiq sədri Tağı Əhmədov epizodu üzrə ifadə vermişdi. V.Mahmudov bildirmişdi ki, fəaliyyət göstərdiyi vaxt ərzində heç kim ona pul verməyib, qanun çərçivəsində işləyib, tapşırıqları yerinə yetirib. Prokuror belə cavan yaşda polkovnik-leytenant rütbəsi alması ilə maraqlanarkən indi həbsdə olan əmi oğlu qısa cavab vermişdi: “Eldar Mahmudov nazirim və əzizim olub”. V.Mahmudov Tağı Əhmədovdan 3 milyon dolların alınması ilə bağlı iddiaları rədd etmişdi.

V.Mahmudov bu iş üzrə ibtidai istintaq zamanı da şahid qismində ifadə verərkən büdcədən pul mənimsənilməsi ilə bağlı “heç nədən xəbəri” olmadığını, “Akif Çovdarov tərəfindən sabiq nazirə çatdırılması üçün mənə hər hansı pul vəsaiti, o cümlədən ümumilikdə 890.000 manat, 405.000 ABŞ dolları və 790.000 avro məbləğində pul vəsaitlərinin göndərilməsi halları olmayıb”, demişdi. V.Mahmudovun adı son olaraq Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyevin və digərlərinin hazırda davam edən məhkəməsi zamanı gündəmə gəlib. Bildirilir ki, V.Mahmudov MTN-in Bakı rayon rəhbərlərinin əli ilə sahibkarları talan edirmiş ki, bu da məhkəmədə ciddi fakt kimi səslənib. V.Mahmudovun məhz bundan sonra həbsinə qərar verilib, ardınca isə sabiq nazir cinayət işi üzrə dindirilmək üçün Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılıb...

2 ildir açılmayan mübhəm

Mahmudovun gözlənilmədən həbsi, onun ardınca isə sabiq nazirin son 2 ildə ilk dəfə olaraq istintaqa çağırılması ilə bağlı xəbərin dərhal tirajlanması, əlbəttə ki, səbəbsiz deyil. Yuxarıda da qeyd etdiyimiz kimi, V.Mahmudovun adı “MTN işi” üzrə məhkəmələrdə keçirdi. Onun məhkəmələrdə özünü arxayın aparması, təkzibolunmaz faktlara baxmayaraq, həbs edilməməsi ciddi suallar doğururdu. Bildirilirdi ki, E.Mahmudovu “qoruyan əllər” möhkəm olduğundan onun ən yaxın adamını da həbs etmək mümkün olmur. Yəni V.Mahmudovu indi yox, toplanmış sübutlarla bundan 1 il əvvəl də həbsə ata bilərdilər. Eləcə də MTN-in az qala bütün rəhbərliyi, general heyəti həbs olunduğu halda E.Mahmudovun hətta şahid kimi ifadə verməməsi, indi isə qəfil istintaqa çağırılması qafaları qarışdırıb.

Yalnız bir dəfə, bu ilin iyununda sabiq şöbə rəisi polkovnik Vüsal Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatanda hakim Eldar Mahmudov və nazirliyin baş istintaq idarəsinin rəisi olmuş Mövlan Şıxəliyev barəsində cinayət işinin başlanması üçün zərərçəkmişlərin şikayəti əsasında prokurorluğa təqdimat göndərmişdi. Amma aylar ötsə də, bu qərardaddan xəbər çıxmadı.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov da təsdiq edib ki, E.Mahmudovun istintaq idarəsinə çağırılması V.Mahmudovun cinayət işi ilə bağlıdır.

Mahmudovun “suçu nə”?

Öncə qeyd edilməlidir ki, 2 ildən sonra həm E.Mahmudovun ən yaxın sirdaşının ciddi ittihamlarla həbsə alınması və özünün istintaqa çağırılması siyasi qərardır. E.Mahmudovun istintaqa çağırılması bir müstəntiqin və ya bir idarənin qərar verəcəyi iş deyil. Çünki E.Mahmudov 11 il ölkənin ən strateji postlarından hesab olunan MTN-də rəhbər olub və onunla bağlı hətta işdən çıxarıldıqdan sonra da hər hansı bir qərar yenə hakimiyyətin ən üst düzəyindən verilir.

E.Mahmudovun indiyədək həbs edilməməsi səbəbləri barədə bir neçə versiya səslənib.

Birinci versiya bu idi ki, E.Mahmudov Beynəlxalq Bankda rəhbər işləmiş Cahangir Hacıyevlə birgə ölkədən külli-miqdarda vəsait çıxarıb ki, bunu qaytarmağa söz verib. Məlumdur ki, C.Hacıyev də “Beynəlxalq Bank işi” başlayandan sonra bir neçə ay azadlıqda qaldı ki, bunun da səbəbi qudaların dövlət bankından oğurladıqları pulları qaytarmaq vədi ilə izah olunurdu. Amma pulun yalnız cüzi bir miqdarı qaytarıldı ki, bu da C.Hacıyevə 15 il cəza ilə nəticələndi. E.Mahmudovun həbs edilməməsində önə çıxan versiyalardan biri pulları qaytarmaq vədi idi.

İkinci versiya isə E.Mahmudovun əlində ola biləcək kompromat materialla bağlı idi. Hətta bildirilirdi ki, sabiq nazir özünü həbsdən sığortalamaq üçün bu materialları ölkədən çıxarda bilib. Bu versiyalardan hansının həqiqətə yaxın olub-olmadığını demək çətindir. Ola bilsin, medianın izinə düşə bilmədiyi daha real səbəblər olsun. Məsələn, E.Mahmudovun hansısa təmasları (lap elə müxalifətlə) və ya xaricdə şübhəli əlaqələri de-şifrə olunsun.

O da mümkündür ki, hakimiyyət E.Mahmudovu ev dustağı etsə də, bu, ona nəzarət üçün kifayət etməsin. Nəhayət, istisna deyil ki, cəmiyyətdə MTN işinə görə əsas günahkarın Eldar Mahmudovun olması ilə bağlı birmənalı rəyi də iqtidarın onunla bağlı mövqeyini dəyişsin.

Hər halda, E.Mahmudovun həbsə getmək ehtimalı ilk dəfə olaraq bu qədər ciddiləşib. Onunla bağlı qərarın nə olacağı isə tezliklə bilinəcək.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Eldar Mahmudovun əmisi oğlu həbs olunub

    Eldar Mahmudovun əmisi oğlu həbs olunub ...

    4-11-2017, 10:59

  • 
  • Eldar Mahmudov Baş Prokurorluğa çağırıldı

    Eldar Mahmudov Baş Prokurorluğa çağırıldı ...

    4-11-2017, 15:14

  • 
  • ​ŞOK: Eldar Mahmudov prokurorluqda ifadə verir

    ​ŞOK: Eldar Mahmudov prokurorluqda ifadə verir ...

    4-11-2017, 16:57

  • 
  • MTN Antiterror Mərkəzinin sabiq rəis müavini apellyasiya şikayəti verdi

    MTN Antiterror Mərkəzinin sabiq rəis müavini ...

    23-10-2015, 21:03

  • 
  • MTN polkovnikinin həbs müddəti uzadıldı

    MTN polkovnikinin həbs müddəti uzadıldı ...

    10-02-2016, 18:45


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (30)
İyul 2025 (586)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu