gundemxeber.az-ın azxeber.com-a istinadən əldə etdiyi məlumatda bidlirilir ki, qəza nəticəsində sürücü 1992-ci il təvəllüdlü Ələkbərov Kənan Orxan oğlu və sərnişin - 1994-cü il təvəllüdlü Nağıyev Nicat Nüsrət oğlu dünyasını dəyişib.
Məlumata görə, hərəkətdə olan avtomobilin qarşısına it çıxıb. İti vuran avtomobil idarəetməni itirərək yolun kənarına aşıb. Hadisə yerinə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb olunub. Meyitlər deformasiyaya uğrayan avtomobilin salonundan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Qəzanın özəl videosunda da görünür ki, avtomobil yüksək sürətlə hərəkət edir və anidən yoluna it çıxır.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?