Dünən Suraxanı rayonu ərazisində taksi sürücüsünün həyatını itirməsiylə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.
Suraxanı Rayon Prokurorluğundan verilən məlumata görə, 1959-cu il təvəllüdlü Bakı şəhər sakini, II qrup əlil Vəliyev Abbas Əli oğlu 90-xx747 dövlət nömrə nişanlı "Toyota" markalı avtomobillə yolun hərəkət hissəsində Naxçıvan Muxtar Respublikası, Şərur rayon sakini 1971-ci il təvəllüdlü Quliyev Natiq Məmməd oğlunu vurub. Prokurorluğun məlumatında bildirilir ki, Vəliyev Abbas Əli oğlu hadisəni törədəndən sonra hadisə yerindən qaçmayıb.
Faktla bağlı Suraxanı rayon polis idarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2 maddəsi ilə cinayət işi başlanılıb.
Qeyd edək ki, ötən gün saytımızda gedən informasiyada hadisənin " Gelandewagen" markalı maşınla məmur oğlu tərəfindən törədildiyi bildirilirdi. Ancaq Suraxanı Rayon Prokurorluğuyla apardığımız dəqiqləşdirmədən sonra hadisənin "Toyota" markalı avtomobillə törədildiyini məlum oldu.
***
Aeroport yolunda dəhşətli qəza baş verib.
"Mercedes Gelandewagen" markalı avtomobil yol kənarında dayanmış digər «Mercedes» markalı avtomobilə çırpılıb.
Hadisə nəticəsində vurulan "Mercedes"in sürücüsü, Naxçıvan şəhər sakini olan Natiq adlı şəxs yerindəcə keçinib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?