GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Eldar Mahmudovla bağlı istintaq müəmması

Eldar Mahmudovla bağlı istintaq müəmması

Tarix: 15-11-2017, 15:26 Bölmə :Cəmiyyət Baxış: 300
Eldar Mahmudovla bağlı istintaq müəmması



Hüquqşünas: “Ya ona xəbərdarlıq edilir, ya da hansısa proseslərə hazırlıq gedir”

2 il əvvəl Eldar Mahmudov vəzifəsindən çıxarılanda belə xəbərlər dolaşırdı ki, sabiq naziri daha yüksək vəzifəyə təyin edəcəklər. Hətta Eldar Mahmudovun baş nazir postuna gətiriləcəyi xəbəri də dolaşırdı. Bu xəbər gerçəkləşməsə də, ötən ayın son günlərinə qədər bir çoxları E.Mahmudovun yeni vəzifəyə təyinatını gözləməkdə davam edirdilər. Odur ki, sabiq nazirin əleyhinə danışmaqdan çəkinir, “mahmudovçu”ların cinayətlərini xatırlamamağı üstün tuturdular.

Ötən ayın sonundan situasiya dəyişib. Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovu Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə dəvət edib qandalladılar. Məhkəmə sabiq nazirin əmisi oğlu barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçib Bakı İstintaq Təcridxanasına yolladı. Bunun ardınca 2 il gözlənilən və Eldar Mahmudov üçün yaxşı heç bir perspektiv vəd etməyən proses başladı. Sabiq nazirin özünü də əmisi oğlunun həbsinə təqdimat verən Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə dəvət edib saatlarla dindirirlər. Artıq E.Mahmudovu 3 dəfə dindiriblər. 3-5 saat çəkən dindirmələrin sonuncusunda sabiq naziri vaxtilə MTN-də incidilmiş, əsassız olaraq həbs edilən, döyülən, işgəncələrə məruz qalan şəxslərin yaxınları, özləri qarşılamışdılar. Eldar Mahmudovun üzünə lənət oxuyan, onu xoş olmayan sözlərə “qonaq” etmişdilər.

Görünür, bu gəlişmə uzun illər sabiq nazirə qarşı hərəkətsiz qalan zümrəni də yerindən tərpədib. Redaksiyamıza ən müxtəlif mənbələrdən sabiq nazirin əməlləri haqda hüquq-mühafizə orqanlarının qiymət verməli olduqları məlumatlar gəlməkdədir. Bu məlumatlarda sabiq nazirin adı qırmızı xətlə keçir. Maraqlıdır ki, E.Mahmudovun dindiriləcəyi ilə bağlı məlumatlar yenə də xəsisliklə ictimiləşdirilir. Sabiq nazirin istintaqa nə vaxt çağırılacağı haqda məlumat verilmir.

Hüquqşünas Ələsgər Məmmədli gununsesi.info-ya açıqlamasında Eldar Mahmudovun həbsini real hesab etmədiyini vurğulayıb. O bildirib ki, sabiq milli təhlükəsizlik nazirinin həbsi onun işdən çıxarıldığı ilk 4-5 ay ərzində baş verə bilərdi: “Lakin prosesdən bir neçə il keçdikdən sonra Eldar Mahmudovun həbsi bir o qədər real görünmür. Çünki ”MTN işi" ilə bağlı xeyli şəxsin istintaqa cəlb olunaraq barələrində məhkəmə istintaqının yekunlaşdığını nəzərə alsaq, bu, qeyri-real görünür. Artıq məhkəmə prosesi yekunlaşmaq üzrədir".

Son günlərdə Eldar Mahmudovun iki dəfə istintaqa cəlb olunaraq ifadə alınmasına gəldikdə isə Ələsgər Məmmədli hesab edir ki, bir şəxs barəsində açılan cinayət işi ilə bağlı bir neçə dəfə istintaqa ifadə vermək üçün çağırıla bilər və bu, təbii haldır: “Onun istintaqa bir neçə dəfə çağırılması Eldar Mahmudovun həbs ediləcəyi demək deyil. Bu barədə proqnoz vermək çətindir. Çünki bu cür məsələlər təkcə hüquqi müstəvidə deyil, eyni zamanda siyasi müstəvidə də həllini tapdıqdan sonra qəti qərar verilir. Ona görə ki, Eldar Mahmudov ölkədə əhəmiyyətli bir posta rəhbərlik edib və orada baş verənlərə görə məsuliyyət daşıyıb. Əgər bu şəxs zamanında həbs edilməyibsə, indi onun istintaqa dəvət edilməsi başqa proseslərdən xəbər verir”.

Hüquqşünasın fikrincə, Eldar Mahmudovun istintaqa çağırılması yeni situasiyanın yaranmasından xəbər verir: “Bununla ya ona xəbərdarlıq edilir, yaxud hansısa proseslərə hazırlıq gedir və bu da ona yönəlik bir mesajdır”.

Xatırladaq ki, sabiq nazir ləğv olunmuş MTN-in 7 vəzifəli şəxsinə qarşı Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 309.1 (vəzifə səlahiyyələrini aşma) və 302.2 (əməliyyat-axtarış fəaliyyəti haqda qanunvericiliyi pozma) maddələri ilə başlanmış cinayət işi üzrə dindirilir. Bundan əlavə, MTN istintaq idarəsinin həbsdə olan sabiq şöbə rəisi polkovnik Vüsal Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesində yekun qərar verilərkən E.Mahmudov və qurumun istintaq idarəsinin rəisi Mövlam Şıxəliyev haqda da xüsusi qərardad çıxarılıb. Hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə V.Ələkbərov 12 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə V. Ələkbərovun polkovnik rütbəsindən məhrum edilməsi ilə bağlı da xüsusi qərardad çıxarıb. Məhkəmənin hökmü ilə V. Ələkbərovun əmlakı müsadirə edilərək zərərçəkmiş iş adamı Akif Qurbanova verilib. Digər zərərçəkmiş şəxslərin isə mülki iddiası təmin edilməyib.

Məhkəmə Eldar Mahmudov və nazirliyin baş istintaq idarəsinin rəisi olmuş Mövlam Şıxəliyev barəsində cinayət işinin başlanması üçün zərərçəkmişlərin şikayəti əsasında prokurorluğa təqdimat göndərib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Eldar Mahmudovun əmisi oğlu həbs olunub

    Eldar Mahmudovun əmisi oğlu həbs olunub ...

    4-11-2017, 10:59

  • 
  • Eldar Mahmudov həbs edilir

    Eldar Mahmudov həbs edilir ...

    13-11-2017, 15:47

  • 
  • ​Baş Prokurorluqdan Eldar Mahmudovla bağlı yeni AÇIQLAMA

    ​Baş Prokurorluqdan Eldar Mahmudovla bağlı yeni ...

    8-11-2017, 13:37

  • 
  • Eldar Mahmudov istintaqda saatlarla dindirilib -YENİLƏNİB

    Eldar Mahmudov istintaqda saatlarla dindirilib ...

    10-11-2017, 14:01

  • 
  • ​Eldar Mahmudovun əmisi oğlu nədə ittiham olunur? - CİNAYƏT İŞİ

    ​Eldar Mahmudovun əmisi oğlu nədə ittiham olunur? ...

    9-11-2017, 13:30


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (162)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu