GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Bakı məktəblərinin qarşısındakı təhlükə: daha neçə uşağı maşın vurmalıdır ki...

Bakı məktəblərinin qarşısındakı təhlükə: daha neçə uşağı maşın vurmalıdır ki...

Tarix: 16-11-2017, 11:34 Bölmə :Cəmiyyət Baxış: 342
Bakı məktəblərinin qarşısındakı təhlükə: daha neçə uşağı maşın vurmalıdır ki...


Bakıda yerüstü və yeraltı keçidlərinin azlığı hər gün baş verən piyada vurulmalarının səbəblərindən biridir. Paytaxtda yerüstü və yeraltı piyada keçidlərinin azlığını, mövcud olanların isə bir qisminin düzgün yerləşmədiyini bu yaxınlarda Bakı Nəqliyyat Agentliyi də keçirdiyi monitorinqin nəticələrinə əsaslanaraq açıqlamışdı. Təhlükəsiz piyada keçidlərinin azlığı xüsusən məktəblərin qarşısından hər gün yolu o tərəf-bu tərəfə keçən məktəblilər üçün ciddi təhlükə yaradır.

Əksər məktəblər yolun kənarında, nəqliyyatın sıx olduğu ərazidə yerləşdiyindən, hətta bir çoxunun qarşısında işıqfor belə qoyulmadığından burada təhsil alan şagirdlərin həyatı təhlükə ilə üz-üzə qalır. Günü pik saatlarında, yollarda hərəkət intensivləşəndə sürücülərin çoxu məktəblərin qarşısındakı piyada zolaqlarına məhəl qoymurlar. Nəticədə məktəblilərin yolu keçməsi daha da çətinləşir

gundemxeber.az virtualaz.org-a istinadla bildirir ki? sayt bu mənzərəni görmək üçün səhər tezdən Bakı məktəblərinin bir neçəsinin qarşısında müşahidə aparıb.

Paytaxtın ən səs-küylü məktəblərindən biri Nəsimi rayonu, 28 May küçəsində yerləşən 23 saylı orta məktəbdir. Məktəbin darvazası birbaşa yola açıldığından gündə bir neçə dəfə burada böyük izdiham yaşanır. Bu vəziyyətdən ən çox narazı qalanlar isə valideynlərdir.

İkinci sinifdə oxuyan qızını hər gün məktəbə aparıb-gətirən valideyin Nübar Məmmədova deyir ki, həm özü, həm də uşağı hər gün əsəb və stress keçirir: “Bu məktəb evimizə yaxındır. Ancaq yolu keçmək təhlükəli olduğundan uşağı tək buraxa bilmirəm, hər gün özüm aparıb-gətirirəm. Burada yolu keçmək çox təhlükəlidir”

“Mənim oğlum yeddinci sinifdə oxuyur, bura da evimizin yanıdır. Amma məktəbin qarşısındakı bu qarmaqarışıq vəziyyətə görə onu tək buraxmıram. Hər gün özüm gətirib aparıram. Amma bəzi valideynlər var ki, işləyirlər, məcburiyyətdən uşaqları sərbəst buraxmalı olurlar. Bu da təhlükəlidir. Yeraltı keçid olmadığından yolu keçmək təhlükəlidir, sürücülər çox vaxt piyadalara məhəl qoymurlar”-bunu isə Hicran adlı valideyin deyir.

Digər problem isə uşaqlarını məktəbə gətirib-aparan valideyinlərin avtomobillərini yol kənarında saxlaması, nəticədə tıxac yaranmasıdır.

Valideynlər deyirlər ki, maşını yolda park edən sürücülərin avtomobilləri dəfələrlə cərimə meydançasına aparılıb, amma bu qayda pozuntusu hər gün kütləvi şəkildə baş verir.

Eyni qarmaqarışıq vəziyyət Azadlıq prospektində yerləşən 160 saylı məktəbin qarşısında hökm sürür. Çəkiliş apardığımız vaxt məktəbdən çıxaraq yolu keçmək istəyən bir dəstə şagird təhlükə ilə üz-üzə qaldı. Xoşbəxtlikdən sürücü vaxtında əyləci basa bildi. İmkan tapıb təhlükəli vəziyyətdə yolu keçən uşaqların fotosunu çəkə bilsək bə, biz yolu keçənə qədər dağılışdıqlarından onlarla söhbətləşə bilmədik.

Oxşar vəziyyəti Səbail rayonu, İstiqlaliyyət küçəsi 33 ünvanında yerləşən 132-134 saylı məktəbin qarşısında da müşahidə etdik. Məktəbdən çıxan şagirdlər üçün metronun “İçərişəhər” stansiyası istiqamətində yeraltı keçid inşa olunsa da, hələ də avtomobil yolununun üstündən keçənlərə rast gəlinir.

Qapısı birbaşa yola açılan məktəblərdən biri də Xaqani küçəsində yerləşən Elitar Gimnaziyadır. Bu məktəbin qarşısından səhər və günorta saatlarında avtomobillərin tıxacından və siqnal səslərindən keçmək mümkün deyil. Məktəbin hər iki qapısı avtomobil yoluna açıldığından valideynlər uşaqlarını məktəbə daxil olana qədər müşayiət etmək məcburiyyətində qalırlar.

Eyni problemləri hər gün Nəsimi rayonunda yerləşən 5 saylı məktəbə uşaq gətirən valideynlər də yaşayırlar. Valideyn Sürayə Əsgərova isə hesab edir ki, məktəblərin qarşısında yaranan xaos və qarışıqlıqın səbəbi valideynlərin uşaqları avtomobillə az qala partaya qədər aparmaq istəyindən yaranır.

“Mən uşağımı qorxudan tək məktəbə yola sala bilmirəm. Çünki səhər məktəbin qarşısında o qədər tıxac olur ki, heç özüm baş açıb keçə bilmirəm, uşaq təkbaşına necə getsin. Bəzən olur ki, yolun hər iki tərəfindən maşınlar gəlir, dirənib dayanırlar, nə irəli getmək mümkün olur, nə də qayıtmaq”-valideyin deyir.

Bir neçə gün əvvəl Bakının Binəqədi rayonundakı məktəblərin birinin qarşısında avtomobil yolu keçən iki məktəbli bacını vurmuşdu. Məktəblərin qarşısından yolu keçməyin yaratdığı təhlükə ilə bağlı reportajın hazırlandığı saatlarda xəbər gəldi ki, Bakıdakı 23 saylı məktəbin qarşısında avtomobil məktəbli qızı vuraraq hadisə yerindən uzaqlaşıb...
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Yerüstü piyada keçidi uçdu- ölən və yaralananlar var

    Yerüstü piyada keçidi uçdu- ölən və yaralananlar ...

    3-09-2014, 13:17

  • 
  • Prezident İlham Əliyev fərman verdi

    Prezident İlham Əliyev fərman verdi ...

    20-05-2015, 22:26

  • 
  • Bakının Heydər Əliyev prospektində hərəkət məhdudlaşdırılır

    Bakının Heydər Əliyev prospektində hərəkət ...

    30-03-2017, 15:01

  • 
  • Bakıda piyada yol qəzasının qurbanı oldu

    Bakıda piyada yol qəzasının qurbanı oldu ...

    9-09-2017, 17:48

  • 
  • Bakı-Sumqayıt yolunda piyada vuruldu (FOTO)

    Bakı-Sumqayıt yolunda piyada vuruldu (FOTO) ...

    7-01-2015, 10:36


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (162)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu