Həbsdə olan müğənni Fədayə Laçının səhhəti pisləşib.
Bu barədə müğənninin vəkili Türkel Süleymanlı bildirib. Onun sözlərinə görə, mediada Fədayə Laçınla bağlı ölüm xəbərlərinin yayılması müğənnini sarsıdıb: "Fədayə xanımın səhhəti nasazdır. Yəni, bu məlum məsələlər onu sarsıdıb. Biz bütün faktları özümüzdə saxlamışıq, müəyyyən bir müddətdən sonra hüquq mühafizə orqanlarına faktlarımızı təqdim edəcəyik. Əgər söhbət ölüm xəbərindən gedirsə, bunu etmək cinayət xarakteri daşıyır. Kiminsə yalandan, reklam xarakterli ölüm xəbərini yaymaq olmaz. Bundan Fədayə xanımın ailəsi çox sarsılıb. Heç bir rəsmi mənbəyə istinad etmədən belə məlumatları yaymaq olmaz. Fədayə xanımın işi hər kəsə məlum olan bir işdir. Proses və istintaq 2018-ci ilin ortalarına qədər çəkə bilər. Hələ ki, heç bir yeni məlumat yoxdur. Ola bilər ki, gələn həftə üçün hər hansısa bir yenilik olsun. Əgər hər hansısa bir yenilik olarsa, dərhal məlumat yayacağıq".
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?