GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Sumqayıt yolunda şıdırğı qadın alveri- Habil, Qabil, Mübariz “trio”sunun biznesi

Sumqayıt yolunda şıdırğı qadın alveri- Habil, Qabil, Mübariz “trio”sunun biznesi

Tarix: 20-11-2017, 23:00 Bölmə :Cəmiyyət Baxış: 572
Sumqayıt yolunda şıdırğı qadın alveri- Habil, Qabil, Mübariz “trio”sunun biznesi


İlk baxışda “Ət bazarı”nı xatırladır. Burada azyaşlıdan, orta yaş kateqoriyasına məxsus şəxsləri görmək mümkündür. Hətta 13 yaşın istismarından belə heç cürə ehtiyyat etməyiblər. Söhbət “trio qardaşlar”ın, “trio məkan”ından gedir.

Birinin adı Habil, biri Qabil, digər Mübarizdir. Sumqayıt yolunda ”Dubay” kimi taninan kafeni fahişəxana adı altında işlətməklə dolanırlar. Əslən Naxçıvanlıdılar. Bunu isə özləri, onlara irad tutanların qarşısına arqument kimi qoyurlar. Özlərini Naxçıvanın ən nüfuzlu şəxslərinin adı altında sğortalayırlar. Bakı-Sumqayıt yolunda bu qardaşların adını eşitməyən qalmayıb. Törətdikləri iyrənc əməllər isə sərhəd tanımır.

Qadınların yararsız ət parçası kimi satışı”

gundemxeber.az reportyor.org-a istinadla bildirir ki, ”DUBAY” istirahət məkanı kimi fəliyyət göstərən adıçəkilən yerdə qadınları əxlaqsızlığa məcbur edib, pul qazanırlar. Günün 24 saatın qadın alverinə sərf edən “Dubay” adlı məkanın “qadın alverçi”ləri kimə və nəyə qulluq etdiyini, hər kəsdən yaxşı bilirlər. Belə ki, restoran adı ilə fəaliyyət göstərən bu məkan, öz gəlirlərini qadın alverindən götürür. Vergidən və həkim nəzarətindən uzaq düşən bu məkan, həqiqətəndə xəstəlik mənbəyinə çevrilib. Vəziyyətin bu hala gəlib çıxmasına baxmayaraq, nə biznes sahibləri, nə də ki, dövlət orqanlarının bu rəzalətə dur deməyə cəsarətləri çatmır. Qardaşların iddiasına görə, “Biz bura aylıq pul veririk, heç kəs burdan narazı ola bilməz. Biz bu yerin hesabını veririk, kimin sözü varsa nazirə yox ona desin” tipli açıqlama verirlər. Özlərini Naxçıvanın rəhbər şəxslərindən birinin övladının adını çəkməklə hər yerdə qoruyurlar. Buna biz inanmasaq da, inanıb, göz yumanlar da az deyil. Ən azından inamsızlıq buna görədir ki, hansısa məmurun övladı bu cür “geydirmə” fahişəxanaya əsla dəstək verməz. Öncəliklə adına yaraşdırmaz. “Dubay” adlı məkandan məlumatların və şikayətlərin ardı arası kəsilməsədə, bu iyrənc sahibkarların qarşısı alınmaz hala gəlib çatıb.

Doğrudanmı, hələ də Sumqayıtda bu tip obyekt fəaliyyət göstərir və bunu heç kim “görmür”?

“Dubay”ın kölələri

Yarıqaranlıq məkandır… Sayrışan rəngli işıqlar… Laqqırtı vuran qadınlar… Siqaret tüstüsü, qəribə qoxular… Bir-birinə qarışan gülüş səsləri… Və bayağı musiqi… Buranın ümumi mənzərəsini qısaca belə təsvir etmək olar. Yaş məhdudiyyəti yox dərəcəsindədir desək yanılmarıq. Açıq-aşkar göstərilən intim xidmətin qiyməti 20 AZN-dən başlayır.

Hər gün axşam saat 5-dən sonra bir çox məktəbli və həyata yeni atılmış gənclərin məskəni olmaqla yanaşı, onların tərbiyəsinə, mənəvi-psixi durumuna, sağlamlığına hansı təsirlər göstərməsi də aydın məsələdir. Təəssüf ki, bu əxlaqsızlıq yuvasının aidiyyəti qurumların diqqətindən yayınması, həm də bir çox kriminogen hadisələrin baş verməsinə təkan vermiş olur. “Trio qardaşlar” üçün, heç nəyə baxmayaraq gəlir qazanmaq ehtirası hər şeydən önəmli və vacibdir. Hətta əxlaqsızlıq üçün utanc hissindən belə. Onlar bu əxlaqsızlıqlarını böyük şərəf və fərəhlə topluma nümayiş etdirir. Və haqlı olaraq bu mənzərə qarşısında insanı bir sual düşündürür, doğrudanmı, hələ də Sumqayıtda bu cür obyekt fəaliyyət göstərir və bunu heç kim “görmür”?

Diskoteka yoxsa?…

“Dubay”ın diskotekası dillər əzbəridir. Hətta namını eşidib, rayondan bura axın edirlər. Diskotekanın ayrıca otaqları var ki, burada qadınlar diskotekaya gələnlərə satılır. Burada baş verən insanlıqdan kənar hərəkətlər insanın ağlını itirmək üçün kifayətdir. Qadınların məhv edildiyi bu məkanın sahibinə gözün üstə qaşın var deyən yoxdur.

Qız, yoxsa satlıq mal?

Bu mənzərəyə baxanda, insan gözlərinə inana bilmir. Müştərilər bazarda mal seçdikləri kimi, burada qızları da eyni üsulla seçib bir barmaq işarəsi ilə yanlarına çağırırlar. Dərhal qiymət danışılır və … Bu qızlar burada hər gecə bir neçə neçə kişi ilə cinsi yaxınlıq edir. Müştərilərin sayını heç qızların özü də dəqiq bilməz. Bu qızların yaşı 13-14-dən 40-a qədər olar. İçərisində gözəl qızlar da var. Amma əksəriyyəti o qədər iyrənc və bayağı görünür ki, onlara kiminsə tamah saldığını düşünmək belə olmur. Sallaq bədən, tökülmüş dişlər, qırış sifət. Görünür, burada belələrinə də tələbat var.
Gözəl qızların “alveri” yaxşı gedir, boş dayanmağa vaxt tapmırlar. 15-20 dəqiqədən bir müştəri ilə çıxan qadınların isə sağlamlıq durumu haqqında danışmağa belə dəyməz.

Bir qız oğlanla 20 manata razılaşırsa, o zaman oğlan əlavə olaraq kafeyə 10 manat yer haqqı ödəyir. Bundan əlavə, kafe rəhbərliyi sonradan da hər qızdan yaxınlıq etdiyi hər bir müştəriyə görə 10 manat faiz alır. Kafedə bəzən elə bir mənzərə yaranır, qızlar və oğlanlar o qədər tez-tez qiymətləşib bayıra çıxırlar ki, elə bil hansısa bazarda alver gedir.

“Trio qardaşlar”ın “Pəhləvan”ı…

Bu məkan elə bir yerdir ki, burada hər sifətə, hər tipə rast gəlmək olar. Bəlkə də qonşudan borc alıb bura gələn də var. İnsanın üzünə baxanda çox şeyi başa düşmək olur. Kafenin adı “Pəhləvan”dır. Buranın sahibinin hər səhəri minlərlə manatla açılır. Amma buraya gəlib-gedənlərin bəzisinin sabahı hansısa xəstəxanada açılacaq, kimisi sabah içkinin təsirindən ayılıb peşman olacaq, biri əlini cibinə salıb dünən xərclədiyi pullara heyfsilənəcək, bəziləri də “axşama pul tapsaydım, yenə ora gedərdim” deyəcək. Bax, bu barədə daha geniş danışmaq olar.
Məkanın gündəlik qazancını hesablasan, əməlli-başlı pul çıxar. Di gəl ki, buradakı “yataq otağı” kimi təqdim etdikləri yer əsl xəstəlik mənbəyidir. Burada qızlar, gündə ən azı 15 nəfərlə görüşüb, cinsi əlaqəyə girir.
Qaranlıq düşən kimi burada müştərilərin əlindən tərpənmək olmur. Mənzərəni görən kimi, insanın beyninə gələn ilk suallardan biri belə olur- Hüquq-mühafizə orqanları hara baxır?

Qanın su yerinə axdığı fahişəxanalar

Habil, Qabil, Mübariz adlı qardaşlara məxsus bu məkanlarda, baş verən kütləvi davalardan isə hardasa hər kəsin xəbəri var. Məsələn: bu yaxınlarda qardaşlara məxsus Sumqayit yolunda ”Dubay” kimi taninan fahişəxana kafe sahibləri ilə müştərilər arasında dava məhz qız ucbatından baş verib.

Yayılan informasiyaya əsasən, Sumqayıtda 20 nəfər arasında kütləvi dava baş verib. Kütləvi davaya əsas səbəb kimi isə kafe sahibləri ilə müştərilər arasında yaranmış narazılıq göstərilir. Zərərçəkmişlərdən birinin açıqlamasında isə kafe sahiblərinin onların ciblərindəki pulun çoxluğunu gördükdən sonra dava saldıqlarını qeyd edib.

Buradan belə nəticəyə gəlmək olar ki, Habil, Qabil, Mübariz qardaşlarının fəaliyyəti fahişəxanaların idarəçiliyi ilə məhdudlaşmır, onları həmçinin potensial cibgir, qatil də adlandırmaq olar.

“Trio qardaşlar”ın törətdikləri əxlaqsız əməllərə görə, məmur övladının adından istifadə etməsinə gəldikdə isə məsələ ilə bağlı araşdırmaya başlamışıq. Həmin məmurun idarəsinə sorğu göndərmişik. Yaxın günlərdə həqiqətin əslində nədən ibarət olduğunu görəcəyik.

Amma əsas sual və maraqlı olan budur: Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi və ya başqa hüquq-mühafizə orqanlarının əməkdaşları hara baxır?

Mövzunu davam etdirəcəyik…
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "TITANIK" BARINDA QADIN ALVERI: BIR QADIN 25 AZN - ŞOK ŞIKAYƏT

    "TITANIK" BARINDA QADIN ALVERI: BIR ...

    1-08-2015, 02:00

  • 
  • Bakı-Sumqayıt yolunda piyada vuruldu (FOTO)

    Bakı-Sumqayıt yolunda piyada vuruldu (FOTO) ...

    7-01-2015, 10:36

  • 
  • Bakı-Sumqayıt yolunda sürət həddi yenidən dəyişdi - FOTO

    Bakı-Sumqayıt yolunda sürət həddi yenidən dəyişdi ...

    10-06-2013, 13:27

  • 
  • Sumqayıt yolunda dəhşətli qəzadan ən son görüntülər - VİDEO

    Sumqayıt yolunda dəhşətli qəzadan ən son ...

    17-09-2015, 15:12

  • 
  • Bakı-Sumqayıt yolunda qəza olub, ölən və yaralananlar var - [fotolar]

    Bakı-Sumqayıt yolunda qəza olub, ölən və ...

    17-09-2015, 14:09


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (298)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu