Göygöldə qaçırdığı qızı zorlamaqda təqsirli bilinən 1993-cü il təvəllüdlü İlqar Abbasov, qız qaçırmaqda ona kömək edən dostları – 1993-cü il təvəllüdlü Eşqin Vəliyev, 1990-cı il təvəllüdlü Qabil Orucov və 1998-ci il təvəllüdlü Rahil Verdiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
gundemxeber.az publika.az-a istinadən xəbər verir ki, İlqar Abbasov təxminən 2 il öncə Göygöl rayonunun Zurnabad kəndində yaşayan dostu Eşqin Vəliyevə Göygöl şəhərində yaşayan Samirə Babayeva (ad və soyad şərti verilib – red.) haqqında danışıb. İlqar dostuna deyib ki, həmin qızı sevir və onunla evlənmək istəyib. Rusiyadan gələn gəncin planı Lakin həmin dovrdə İlqarın maliyyə vəziyyətinin ağır olduğu üçün Samirə ilə evlənə bilməyib. O, həmin il pul qazanmaq üçün Rusiyaya gedib. Bir müddətdən sonra Azərbaycana qayıdan İlqar Abbasov dostu Eşqin Vəliyevlə yenidən görüşüb. O, Samirə ilə evlənmək istədiyini deyib. Eşqin isə ona Samirəni qaçırtmağı təklif edib. Onun bu qərarı ilə razılaşan İlqar dostu ilə birlikdə Zurnabad kəndindən Göygöl şəhərinə gəlib. Qız qaçırmaq planı Onlar Göygöl şəhərində Samirənin arxasınca texniki peşə məktəbinə gediblər. Samirənin dərsdən çıxacağı zamanı öyrənəndən sonra Eşqin əmisi oğlu Qabil Orucova zəng vurmağı, onu da həmin yerə çağırmağı təklif edib. O, təklifində Samirənin Qabilin avtomobili ilə qaçırmaq təklifini irəli sürüb. Amma onların Qabilə zəng vurmaq üçün konturları olmayıb. Bu səbəbdən Eşqin Göygöl şəhər avtovağzalına tərəf gedib və orada dayısı oğlu Rahil Verdiyevlə rastlaşıb. Söhbət zamanı Eşqin Rahilə qız qaçırmağa gəldiklərini deyib. Eşqin Rahilin mobil telefonuna kontur yükləyib və sonra Qabilə zəng vurub. O, Qabilə peşə məktəbinin qarşısına gəlməsini, oradan Gəncə şəhərinə gedəcəklərini bildirib. Bundan sonra Rahil də onlara birlikdə texniki peşə məktəbinin qarşısına gəlib. Bir qədər sonra Qabil idarə etdiyi "VAZ-2106" markalı avtomobili ilə peşə məktəbinin qarşısına gəlib. Eşqin Qabilə Gəncə şəhərinə getməyəcəyini, peşə məktəbində oxuyan Samirə adlı qızı qaçıracaqlarını bildirib. Məktəbdən çıxan iki qız Qabil qızın ailəsinin ona problem yaradacağını söyləyib. Bu zaman Eşqin heç bir problemin olmayacağını deyib. Bir qədər sonra peşə məktəbindən iki nəfər qız çıxıb. İlqar həmin qızlardan birini göstərib və sevdiyi qızın olduğunu deyib. Sonra həmin qızlar məktəbin həyətindən küçəyə çıxıblar və səki ilə evlərinə tərəf yollanıblar. Bu zaman İlqar Eşqin ilə piyada qızların arxasınca, Qabillə Rahil isə avtomobillə onların arxalarınca gediblər. Bir qədər sonra qızlardan biri ayrılıb və öz evlərinə gedib. Samirə isə yolu qarşı tərəfə keçib və avtobus gözləyib. Qız qaçırma İlqar Eşqinlə birlikdə qıza yaxınlaşıb, Qabil isə avtomobili qızın dayandığı yerə sürüb. Bu zaman avtomobildə arxa oturacaqda əyləşən Rahil arxa sağ qapını açıb. İlqar ilə Eşqin qızı zorla avtomobilə mindiriblər. Həmin vaxt Samirə onlara müqavimət göstərsə də, istəyinə nail ola bilməyib. Avtomobildə arxada Eşqin ilə Rahil qızın yanında əyləşib, İlqar isə öndə oturub. Bu vaxt Samirə qışqıraraq, onlara yenə də müqavimət göstərib. İlqar isə arxaya çömərək qaşıqrmaq istədikləri qıza sakit dayanmasını deyib. Daha sonra İlqar Samirəni Zurnabad kəndində yaşayan qardaşı Vüqarın evinə gətirib. Qabil avtomobili İlqarın qardaşının evinin qarşısında saxlayıb. Sonra İlqar ilə Eşqin Samirəni zorla avtomobildən düşürərək evə aparıb. Qaçırılan qıza təcavüz Daha sonra İlqarın dostları gediblər. İlqar Samirə ilə həmin evdə tək qalıb. Bu zaman o, Samirə ilə zorla cinsi əlaqədə olub. Qız etiraz etsə də, İlqar onun etirazına əhəmiyyət verəməyib. Sonra Samirənin valideynləri qızlarının qaçırılması barədə hüquq-mühafizə orqanlarına şikayət ediblər. Şikayət əsasında Samirə gizlədildiyi yerdən tapılaraq ailəsinə təhvil verilib. Onu qaçıran şəxslər isə həbs edilib. İlqar Abbasovun barəsində Cinayət Məcəlləsinin 144.2.3-cü (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən adam oğurluğu törətmək) və 149.1-ci (zorlama, yəni zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olma) maddələri ilə ittiham elan edilib. Digər təqsirləndirilən şəxslər - Eşqin Vəliyev, Qabil Orucov və Rahil Verdiyevə Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə ittiham irəli sürülüb. Onların barəsində olan cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hakim Zabil Qasımovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərin cinayət araşdırma aparılıb. Məhkəmənin hökmü ilə İlqar Abbasov 11 il, Eşqin Vəliyev 9 il, Qanil Orucov 8 il, Rahil Verdiyev 6 il müddətinə azadlıqdan məhrum edilib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?