GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » MARKETLƏRDƏ “SƏSSİZ” BAHALAŞMA… – Hər gün qiymətlərdə 1-3 qəpik artım olur

MARKETLƏRDƏ “SƏSSİZ” BAHALAŞMA… – Hər gün qiymətlərdə 1-3 qəpik artım olur

Tarix: 3-12-2017, 20:09 Bölmə :Cəmiyyət Baxış: 233
MARKETLƏRDƏ “SƏSSİZ” BAHALAŞMA… – Hər gün qiymətlərdə 1-3 qəpik artım olur


Paytaxtdakı market və mağazalarda ərzaq və digər gündəlik tələbat məhsullarının qiymətlərində bahalaşma davam edir. “Yeni Müsavat”ın yaydığı məlumatda bildirilir ki, yağın bahalaşması ilə bağlı yaşanan ictimai narazılıqdan sonra qiymət artımları daha səssiz şəkildə həyata keçirilir və demək olar ki, hər gün 1-3 qəpik artım olur. Artıq yağın, digər süd məhsullarının, yumurtanın, təmizlik vasitələrinin, digər konservləşdirilmiş ərzaq məhsullarının qiymətində bahalaşma özünü göstərir.

Bəlli olub ki, kərə yağının qiymətində gözlənilən ucuzlaşma hələ də reallaşmayıb. Hökumət tərəfindən gömrük rüsumunun 3 dəfə azaldılması ilə bağlı qərar hələ qüvvəyə minmədiyindən qiymətlərdə ciddi bir dəyişiklik müşahidə olunmur. Əksinə, ayrı-ayrı marketlərdə bir neçə faiz bahalaşma nəzərə çarpır. Bununla yanaşı, bazarlara Ukrayna istehsalı olan yağlar ayaq açıb. Kiloqramı 11-12 manata satılan bu yağlar artıq alıcılar arasında populyarlıq qazanıb. Bahalı Zellandiya və Almaniya istehsalı olan kərə yağlarını ala bilməyən vətəndaşlar tələbatlarını nisbətən ucuz olan Ukrayna istehsalı kərə yağları ilə ödəməyə çalışırlar.

Digər bahalaşan məhsul yumurtadır. Hazırda fabrik yumurtasının 1 ədədi 15 qəpik, kənd yumurtası adı ilə satılan məhsulun 1 ədədi isə 24 qəpikdir.
Məlum olduğu kimi hər il Yeni il ərəfəsində əhalinin artan tələbatını nəzərə alan iş adamları qiymətləri “ceyran belinə” qaldırırlar.
Marketdə ən çox qiymət artımı xaricdən idxal olunan şirniyyatların qiymətində özünü göstərir. Bunun önəmli səbəblərindən biri də xaricdə kərə yağının qiymətinin qalxması ilə əlaqədar şirniyyat məhsullarının da bahalaşmasıdır.

Qiymət artımı əhalinin ən çox tələbatı olan gündəlik məhsullarda hiss olunur. Tələbatın az olduğu məhsullarda artım yoxdur. Xüsusən xaricdən idxal olunan zeytun yağında, günəbaxan və qarğıdalı yağında 5-10 qəpik arası artım var. Siqaretin qiyməti isə market və mağazalarda fərqlidir, bəzi mağazalar arasında 10-20 qəpik fərq var.

Qiymətlərlə bağlı durumu dəyərləndirən iqtisadçı ekspert Pərviz Heydərov bildirib ki, inflyasiyanın bu qədər yüksəlməsinin əsas səbəbi ərzaq məhsullarının bahalaşmasıdır: “Son dövrdə gündəlik tələbat məhsullarındakı bahalaşma prosesini təhlil etdikdə görərik ki, burada hər hansı bayramın, hər hansı hadisənin heç də əhəmiyyətli rol oynamadığını görə bilərik”.

İqtisadçı onu da diqqətə çatdırıb ki, ərzaq məhsulları sahəsində bütün dünyada bahalaşma gedir: “Bu faktorun özü Azərbaycanın daxili bazarına ciddi şəkildə təsir edir. Gömrük rüsumlarının yüksək olması, monopoliyanın olması kimi subyektiv amillər də üstünə gələndə, həmin idxal inflyasiyası öz təsir gücünü birə-beş artırır”.

Yeni il öncəsi bahalaşmanın olacağı ilə bağlı proqnozlara gəlincə, iqtisadçı Pərviz Heydərov bildirib ki, ciddi bahalaşma gözlənilmir: “Çünki manatın dəyəri sabitləşib, ölkənin tədiyyə balansının müsbət istiqamətdə dəyişməsi ilə əlaqədar, neftin qiymətinin əlverişli həddə olması ilə əlaqədar manatın məzənnəsi müəyyən qədər stabilləşib. Manat hətta dollar qarşısında 1.70-dən də aşağı meyllənmək istəyir, ancaq Mərkəzi Bank buna imkan vermir. Odur ki, manatın sabitləşməsi ilə bağlı ölkədə ərzaq məhsullarının və gündəlik istehlak mallarının qiymətinin bahalaşması üçün heç bir zəmin yoxdur. İkincisi, inflyasiyanın 14 faiz təşkil etməsində, ərzaq məhsullarının bahalaşmasında ötən ilin sonunda qazın, elektrik enerjisinin tariflərinə edilən dəyişikliklərin, o cümlədən bu ilin yayında Aİ 93 markalı benzinin qiymətinin artırılmasının da rolu var. Bu da qiymətlərdə özünü göstərdi. Yaxın gələcəkdə, kommunal xidmətlərin yox, ancaq bəzi yanacaq növlərinin qiymətinin artması gözlənilir. Əgər bu baş versə, bazarda kifayət qədər bahalaşma müşahidə edə bilərik. Ancaq Yeni ilin gəlişi ilə bağlı müəyyən məhsulların qiymətin artım olacağı istisna deyil. Bütövlükdə isə ilin sonuna kimi inflyasiyanın 14 faizdən də yüksəyə qalxacağı gözlənilmir”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda bu məhsullar bahalaşdı - SİYAHI

    Azərbaycanda bu məhsullar bahalaşdı - SİYAHI ...

    10-11-2015, 13:14

  • 
  • Yağın qiyməti BAHALAŞDI - VİDEO

    Yağın qiyməti BAHALAŞDI - VİDEO ...

    4-09-2017, 11:09

  • 
  • Bakıda kərə yağının qiyməti 1 manat artıb –Bahalaşmanı kim yaradır?

    Bakıda kərə yağının qiyməti 1 manat artıb ...

    27-11-2017, 14:20

  • 
  • 18 faiz bahalaşma olub - rəsmi açıqlama

    18 faiz bahalaşma olub - rəsmi açıqlama ...

    14-09-2017, 14:54

  • 
  • Rəsmi: bahalaşma 1,1 faizdir, orta əməkhaqqı isə 441 manata çatır

    Rəsmi: bahalaşma 1,1 faizdir, orta əməkhaqqı isə ...

    10-10-2014, 11:10


Təqvim

«    İyul 2022    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

İyul 2022 (39)
İyun 2022 (625)
May 2022 (585)
Aprel 2022 (646)
Mart 2022 (666)
Fevral 2022 (652)
Yanvar 2022 (664)
Dekabr 2021 (665)
Noyabr 2021 (661)
Oktyabr 2021 (667)
Sentyabr 2021 (605)
Avqust 2021 (505)
İyul 2021 (543)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (583)
Noyabr 2020 (607)
Oktyabr 2020 (753)
Sentyabr 2020 (687)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (642)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (653)
Noyabr 2019 (557)
Oktyabr 2019 (594)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (462)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1047)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (683)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1151)
Oktyabr 2017 (931)
Sentyabr 2017 (1092)
Avqust 2017 (1201)
İyul 2017 (1512)
İyun 2017 (843)
May 2017 (564)
Aprel 2017 (558)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (515)
Noyabr 2016 (350)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (602)
Fevral 2016 (840)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (580)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1168)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (882)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu