“Mən heç vaxt Məleykə Əsədovanın valideynlərinin məzarı qarşısında onlardan üzr istəməyəcəyəm. Məleykə onu ancaq yuxusunda görəcək”.
gundemxeber.az xəbər verir ki, bunu APA-ya xalq artisti Ramiz Məlik deyib. R. Məlik bildirib ki, M. Əsədova onun şərəf-ləyaqətini alçatmağa çalışır:
"Yəni onun tərbiyəsi o həddədir ki, 74 yaşlı kişini təhqir edib, alçatmaq istəyir? Onun yaşı qədər mənim səhnə stajım var. Utanmalıdır, abır-həyası olmalıdır. Deyir, Ramiz Məlikin çox adamla qalmaqalı olub. Mən heç vaxt heç kimlə qalmaqal yaratmamışam. Əksinə, istəsəydim, Ramiz Novruzu 3 illik həbs etdirərdim. Amma mən onu bağışladım. Bu məsələ ilə bağlı da başqa nə isə demək istəmirəm”.
Qeyd edək ki, xalq artisti M.Əsədova Ramiz Məlikin cəmiyyətə yanlış informasiya ötürdüyünü deyib. M.Əsədova qeyd edib ki, Ramiz Məlik onun ata-anasının məzarı qarşısında üzr istəməli, dediyi əxlaqsız sözləri öz ünvanına götürməlidir. Belə olmasa, təzminatı ödəməlidir.
Sorğu
Yeni dizaynımız necədir?