Azərbaycanın yeni vergilər naziri Vergilər Nazirliyinin kollektivinə təqdim edilib.
Nazir Mikayıl Cabbarovu Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev təqdim edib. Xatırladaq ki, ötən gün Prezident İlham Əliyev Fazil Əsəd oğlu Məmmədovun vergilər naziri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Prezidentin digər sərəncamı ilə Mikayıl Çingiz oğlu Cabbarov təhsil naziri vəzifəsindən azad edilib. Dövlət başçısının üçüncü sərəncamı ilə Mikayıl Cabbarov vergilər naziri vəzifəsinə təyin edilib./report
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?