GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Qurban Məmmədovdan Təhsil Nazirliyinə qandonduran MÜRACİƏT...

Qurban Məmmədovdan Təhsil Nazirliyinə qandonduran MÜRACİƏT...

Tarix: 8-12-2017, 20:29 Bölmə :Cəmiyyət Baxış: 382
Qurban Məmmədovdan Təhsil Nazirliyinə qandonduran MÜRACİƏT...


"Qəhərdən boğulan uşağın dediklərinə sədrlik edən qadın hakim də dözə bilmədi və..."

Dünən, 07 dekabrda Yasamal rayon məhkəməsində davam etməkdə olan bir məhkəmə prosesində ifadə verən orta məktəb şagirdindən eşitdiklərim məni dəhşətə gətirdi.

Bakı şəhərinin Xətai rayonunda fəaliyyət göstərən Heydər Əliyev adına Liseyin direktoru Orucova Sevinc Rafiq qızı şagirdləri müxtəlif bəhanələrlə dərslərdə iştirak etməyə buraxmırmış. Uşaqların təhsil prosesinə cəlb edilməsi, balalarımızın savadlandırılması dövlətin bir nömrəli vəzifəsi olmağına baxmayaraq, bu liseydə məktəbə gələn uşaqlar, biri dərsə gecikmək, digəri isə geyimindəki nöqsanlara görə, dərsə buraxılmırmışlar. Təhsil Nazirliyinin də bundan xəbəri var imiş. Çünki bəzi valideynlər nazirliyə Liseydə olanlarla bağlı şikayətlər edibmişlər.

Məhkəmədə azyaşlı uşağın (şagirdin növbəti mənəvi sarsıntə keçirməməsi üçün adını yazmıram) dedikləri qan dondurdu: “Səhər bacımla birlikdə dərsə gəldim. Bacım məndən qabaq gedib siniflərinə girdi. Məni isə məktəbin direktoru Sevinc müəllimə qapının girişində saxladı. 8 ildir eyni rəngli parçadan, eyni formada tikilən, bu səkkiz ildə bir dəfə də irad bildirilməyən şalvarımın rənginə irad tutdu və qapıçıya tapşırdı ki, məni, artıq orada saxlanılan başqa on şagirdlə birlikdə, dərsə buraxmasın. Həm də evimizə getməyə qoymadılar və biz dörd dərs ayaq üstə durmağa məcbur edildik. Hava soyuq idi. Hər dəfə məktəbin giriş qapısı açıldıqca soyuq hava bizə vururdu. Oturmağa yer yox idi, həm də bizi məcbur edirdilər ki, ayaq üstə duraq. Dördüncü dərsdən sonra bacım yanıma gəldi. Kimsə ona xəbər veribmiş. Orada durmağımın səbəbini soruşdu və mənim qolumdan tutub apardı... Məktəbin tualetində qaytardım, soyuq vurmuşdu məni, xəstələnmişdim və... ” , ardını deyə bilmədi, qəhərdən boğulan uşağın dediklərinə sədrlik edən qadın hakim də dözə bilmədi və uşağı sakitləşmək üçün yerində oturmağa dəvət etdi. Zalda oturanlar hamısı eşitdiklərindən şokda idilər, hamı donuq nəzərlərlə bir-birinə baxırdı. Nə baş verir bu ölkədə? Biz uşaqlarımızı təhsil almaları, savadlı olmaları üçün məktəbə göndəririk, bəs o məktəblərdə bizim balalarımızla necə rəftar edirlər? Onların psixologiyasına necə zərbələr vurulur? Niyə? Nə məqsədlə bunlar baş verir? Şagirdin özünün və iddiaçı anasının dediyinə görə, 4 dəfə psixoloq həkimin qəbulunda olublar.

Direktor bununla da kifayətlənməyib. Onu hansısa saytda təhqir edən (“tərbiyəsiz” və “qudurmuş” ifadələrinə görə) həmin uşağın valideynini məhkəməyə verib 2000 manat təzminat tələb edib. Apellyasiya məhkəməsinə qədər məhkəmələri udub və əsl dəhşət bundan sonra başlayıb. Bu barədə hardansa xəbər tutan (şagirdin və valideynin dediklərinə görə, direktor özü şəxsən bu barədə bütün iclaslarda danışıb) müəllimlər və şagirdlər tez-tez uşaqdan soruşurmuşlar ki, anası niyə “ev dustağı” edilib, niyə evdən çıxmağa qoymurlar, niyə 2000 manat cərimələnib və sairə. Uşağın özünün və anasının məhkəmədə bildirdiklərinə görə, bu barədə məlumatları direktor özü, başqalarına dərs olsun deyə, iclaslarda yayırmış. Bütün bu mənəvi basqılara dözməyən uşaq başqa məktəbə keçməyə məcbur olub. Baş verənlərdən sonra dərslərində xeyli geriləyib və hələ də özünə gələ bilmir.

Bir azyaşlı uşağın mənəvi dünyası, xeyir və şər haqqındakı anlayışları, dövlətinə olan inam və ümidləri alt-üst edilib.

Narahat edici ikinci məqam isə məktəblərimizə rəhbərlik edənlərin şəxsi səviyysəi, savad və dünya görüşü ilə bağlıdır.

Məhkəmədə ifadə verən bir şahid qadın-müəllimənin bildirdikləri bu sahədə çox, həm də lap çox problemlərin olduğundan xəbər verir: “Mən direktorun qəbul otağında, onun iş otağının qapısı qarşısında içəri keçmək üçün gözləyirdim. Az keçməmiş Sevda xanım, oğlu ilə birlikdə, mənim qarşımdan ötüb direktorun otağına girdi. 5-6 dəqiqədən sonra otaqda sanki bomba partladı. Kimsə çığırırdı, “rədd ol buradan”, “ləçər”,”tərbiyəsiz” sözlərini işlədirdi. Arabir qapı açıldıqca içərini görürdüm. Direktoru əvvəllər görməmişdim, tanımırdım. Birdən qapı açıldı. Sarışın saçlı bir gözəl qadın içəridən çıxıb uca səslə, qışqıra-qışqıra qarovulu çağırdı. Səsindən tanıdım ki, bayaqdan çığıran qadın o imiş-məktəbin direktoru. İçəridə olanda da hərdən “polis gəlsin“, “polis gəlsin”—deyə, çığırırdı. Həmin vaxt nə baş verdiyini, direktorun özünü niyə belə aparmasının səbəblərini bilmədim. Sonradan uşağın valideyni Sevda xanımdan eşitdim ki, mübahisə uşağın dörd saat ərzində dərsə buraxılmaması və ayaq üstə durmağa məcbur edilərək alçaldılması ilə bağlıdır. Həmin uşaq haqqında mən həmin məktəbdə oxuyan qızımdan eşitmişəm ki, çox savadlı uşaqdır, yaxşı əl qabiliyyəti və istedadı var. Ancaq direktorhəmin vaxt niyə elə hərəkətlər edirdi mən bilmədim”.

Təbii ki, azyaşlı məktəbli uşaqla bağlı baş verənlər məni bir valideyn, bir vətəndaş kimi çox narahat edir.

Ancaq məsələnin hüquqi tərəflərinin də çox önəmli olduğunu və “dərsə buraxmamaq” kimi cəza növündən məktəblərimizdə tez-tez istifadə edildiyini nəzərə alaraq, bu hadisənin qanuni tərəflərinin ictimaiyyətin və Təhsil Nazirliyinin rəhbərlərinin diqqətinə çatdırılmasında fayda görürəm.

Azərbaycan Respublikasının 19 iyun 2009-cu il tarixli “Təhsil haqqında” Qanununun 3-cü maddəsinə (Təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri) əsasən, “ 3.0. Təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri aşağıdakılardır:

3.0.1. humanistlik - milli və ümumbəşəri dəyərlərin, şəхsiyyətin azad inkişafının, insan hüquqları və azadlıqlarının, sağlamlığın və təhlükəsizliyin, ətraf mühitə və insanlara qayğı və hörmətin, tоlerantlıq və dözümlülüyün priоritet kimi qəbul оlunması;

3.0.2. demоkratiklik - təhsilalanların azad düşüncə ruhunda tərbiyə edilməsi, təhsilin dövlət-ictimai əsaslarla təşkilində və idarə edilməsində səlahiyyət və azadlıqların genişləndirilməsi, təhsil müəssisələrinin muхtariyyətinin artırılması;

3.0.3. bərabərlik - bütün vətəndaşların bərabər şərtlər əsasında təhsil almasına imkanlar yaradılması və təhsil hüququnun təmin оlunması;
...”
H.Əliyev adına Liseyin direktorunun hərəkətləri bu prinsiplərdən hansına uyğundur?

Həmin Qanunun 4-cü maddəsinə (təhsilin əsas məqsədi) əsasən, “4.0. Azərbaycan Respublikasında təhsilin əsas məqsədi aşağıdakılardır:

4.0.1. Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, хalqının milli ənənələrinə və demоkratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəхsiyyət yetişdirmək;

4.0.2. milli-mənəvi və ümumbəşəri dəyərləri qоruyan və inkişaf etdirən, geniş dünyagörüşünə malik olan, təşəbbüsləri və yenilikləri qiymətləndirməyi bacaran, nəzəri və praktiki biliklərə yiyələnən, müasir təfəkkürlü və rəqabət qabiliyyətli mütəхəssis-kadrlar hazırlamaq;

4.0.3. sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsini və iхtisasın daim artırılmasını təmin etmək, təhsilalanları ictimai həyata və səmərəli əmək fəaliyyətinə hazırlamaq.”

Maraqlıdır, görəsən, məktəb direktorunun uşaqlara göstərdiyi həmin münasibətlə Qanunun qarşıda qoyduğu məqsədlərə çatmaq olarmı?

Qanunun 11-ci maddəsinə (təhsilin məzmununa və təşkilinə dair ümumi tələblər) əsasən, “11.1. Təhsilin məzmununa və təşkilinə dair ümumi tələblər aşağıdakılardır:

...11.1.6. təhsil müəssisəsində tədris prоsesinin təhsilalanların və təhsilverənlərin insan ləyaqətinə hörmət etməsi əsasında qurulmasını təmin etmək və təhsilalana qarşı hər hansı fiziki və psiхоlоji zоrakılığa yоl verməmək...”

Məktəb direktorunun hərəkətləri: azyaşlı uşağın dörd saat soyuq havada, ayaq üstə dumağa məcbur edilməsi, dərslərini öyrənməyə, müəllimindən lazım olan məlumatları almağa imkan verilməməsi insan ləyaqətinə hörmət edilməsi kimi qiymətləndirilə bilərmi? Yaxud da bu hərəkətlər təhsilalana qarşı fiziki və psiхоlоji zоrakılığa yоl verilməsi kimi qiymətləndirilməli deyilmi? Belə bir adamı kim və hansı uğurlarına, hansı keyfiyyətlərinə görə məktəb direktoru təyin edib?

Bu hərəkətləri ilə məktəbin direktoru Qanunun 33.3-cü maddəsində (təhsiverənin hüquq və vəzifələri) nəzərdə tutulan “...33.3.3. təhsilalanlarda fəal vətəndaş mövqeyi formalaşdırmaq, onları vətənpərvərlik və azərbaycançılıq ruhunda tərbiyə etmək, müstəqil həyata və əmək fəaliyyətinə hazırlamaq; 33.3.4. şəxsi nümunəsi ilə təhsilalanlarda Azərbaycan Respublikasının müstəqilliyinə, Konstitusiyasına və qanunlarına, dövlət rəmzlərinə, Azərbaycan xalqının tarixinə, mədəniyyətinə, dilinə, adət və ənənələrinə, milli və ümumbəşəri dəyərlərə, cəmiyyətə, ətraf mühitə hörmət və qayğı hissləri aşılamaq; 33.3.5. pedaqoji etika və əxlaq normalarına riayət etmək, müəllim nüfuzunu yüksək tutmaq, ziyalılıq nümunəsi göstərmək; 33.3.6. təhsilalanların şərəf və ləyaqətinə hörmət etmək; 33.3.7. uşaq və gəncləri fiziki və psixi zorakılığın bütün formalarından qorumaq, onları zərərli vərdişlərdən çəkindirmək; ...” kimi vəzifələrini icra etmiş sayıla bilərmi?

İstər məktəb direktorları, istərsə də valideynlər bilməlidirlər ki, “Təhsil haqqında” Qanunun 34-cü maddəsinə (valideynlərin və ya digər qanuni nümayəndələrin hüquq və vəzifələri) əsasən, “34.1. Valideynlərin və ya digər qanuni nümayəndələrin təhsil sahəsində hüquqları aşağıdakılardır: ... 34.1.2. təhsil prоsesinin təşkili, tədrisin keyfiyyəti, övladlarının (qəyyumluğunda və ya himayəsində olan şəxslərin) dərsə davamiyyəti, təhsilə marağı və davranışı haqqında məlumat almaq; 34.1.3. təhsilalanların hüquqlarını müdafiə etmək, təhsil müəssisəsinin idarə olunmasında iştirak etmək;”

Ləyaqəti alçaldılan, fiziki işgəncəyə məruz qoyulan məktəblinin anası, Qanunda göstərilən hüquqlarından istifadə edərək, məktəb direktoruna öz iradlarını bildirmək istəyib, cavabında isə qarşılaşdıqlarından şok olub və çıxış yolunu hansısa saytda öz etiraz səsini duyurmaqda görüb və əsəblərini cilovlaya bilməyərək direktor haqqında kobud ifadələr işlətməklə səhvə yol verib və haqlı olaraq məhkəməyə verilib. Bu hadisə hamıya, həm məktəb rəhbərlərinə, həm də valideynlərə dərs olmalıdır. Bütün problemlər qanun çərçivəsində həll edilməli və bu zaman başqalarının şərəf və ləyaqətinə hörmət edilməlidir.

Əlbəttə, direktorun qanunları pozması onun təhqir edilməsinə əsas verə bilməz, bununçün dövlət orqanları və məhkəmələr var.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 3 iyun tarixli, 103 nömrəli qərarı ilə
təsdiq edilmiş “Ümumi təhsil pilləsinin DÖVLƏT STANDARTI VƏ PROQRAMLARI (kurikulumları)”nın 6-cı maddəsinə (ümumi təhsil pilləsində təhsilverənlərin keyfiyyət göstəriciləri) əsasən, “6.5. Ümumi təhsil sistemində çalışan təhsilverənlər, əsasən, aşağıdakı keyfiyyət göstəricilərinə malik olmalıdırlar:.. uşaqlarla həssas ünsiyyətqurma və iş bacarığına; əxlaqi-mənəvi keyfiyyətlərə, pedaqoji etika və mədəniyyətə;...ədalətlilik, məsuliyyətlilik, cavabdehlik keyfiyyətlərinə; işlədiyi məktəbdə və ictimaiyyətdə hörmətə və nüfuza.”

H.Əliyev adına Liseyin direktoru S. Orucovanın bu hərəkətlərinin qeyd edilən standartlara cavab verib-verməməsi məsələsini qədirbilən xalqımızın və Təhsil Nazirliyinin rəhbərliyinin öhdəsinə buraxıram.
İndi söz məhkəmələrin və Təhsil Nazirliyinindir.

P.S. Kiminsə qohumu olmaq heç kimə üstünlük hüququ, qanunların fövqündə durmaq imkanı tanımır, əksinə, əlavə məsuliyyət yaradır.

08 dekabr 2017-ci il.
Hüquqşünas Qurban Məmmədov.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 60
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Təhsil naziri 3 məktəb direktorunu işdən çıxardı

    Təhsil naziri 3 məktəb direktorunu işdən çıxardı ...

    20-06-2013, 10:52

  • 
  • Təhsil naziri 3 məktəb direktorunu işdən çıxardı

    Təhsil naziri 3 məktəb direktorunu işdən çıxardı ...

    20-06-2013, 11:09

  • 
  • Təhsil nazirinin Qazaxdakı məktəb-liseydən xəbəri varmı?

    Təhsil nazirinin Qazaxdakı məktəb-liseydən xəbəri ...

    3-05-2015, 13:35

  • 
  • Sabah valideynlər uşaqlarını məktəbə buraxmaq istəmir - Cahillik

    Sabah valideynlər uşaqlarını məktəbə buraxmaq ...

    20-12-2012, 14:37

  • 
  • Şagirdlərin dərsə gəlməməsində TQDK ittiham olundu

    Şagirdlərin dərsə gəlməməsində TQDK ittiham olundu ...

    10-09-2013, 12:45


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (381)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu