GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Toy mövsümü başlasa da, qızıl dükanlarında alıcı qıtlığıdır - əməkdaşımız səbəbləri araşdırdı

Toy mövsümü başlasa da, qızıl dükanlarında alıcı qıtlığıdır - əməkdaşımız səbəbləri araşdırdı

Tarix: 11-12-2017, 10:27 Bölmə :Cəmiyyət Baxış: 314
Toy mövsümü başlasa da, qızıl dükanlarında alıcı qıtlığıdır - əməkdaşımız səbəbləri araşdırdı


Dünya bazarında qızılın qiyməti ucuzlaşmaqda davam edir. Ekspertlərə görə, qızılın qiyməti investorların ABŞ-da “vergi islahatları”nın Senatdan keçməsi və Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcəsini artırmağa davam etməsi ilə bağlı gözləntilər fonunda düşməyə başlayıb.

Artıq qızılın dünya bazarında qiyməti son 4 ayda ən aşağı səviyyəyə enib və qiymətdə bu azalan xətt davam etməkdədir. Son olaraq qlobal birjalarda göstərilən rəqəmə görə, qızılın qiyməti 5 dollara yaxın ucuzlaşıb.

Bəs, dünya bazarında qızılın qiymətinin ucuzlaşması Azərbaycanda qızıl bazarına təsir edibmi? Suala cavab tapmaq üçün paytaxt ərazisində yerləşən qızıl mağazalarına yollandıq.

Öncə müşahidə etdik ki, toy mövsümü olmasına baxmayaraq bazarda alıcı sayı yox səviyyəsindədir. Elə söhbət etməyə çalışdığımız satıcıların da əksəriyyəti alıcı yoxluğunun yaratdığı əsəblərini bizim üstümüzə tökməyə çalışdılar. Bir çoxu bildirdi ki, qiymət ucuzlaşmayıb, alıcı da yoxdur. Dünya bazarındakı qiymətlərin ucuzlaşmasının isə onlara heç bir aidiyyəti olmadığını söylədilər. Bildirdilər ki, o rəqəmlər müvəqqəti olaraq enib-qalxır: “Bizim mal götürdüyümüz yerlərdə qiymət dəyişməyib”.

Nə qədər qəribə olsa da qızıl bazarında heç zaman qiymətlər tələblə tənzimlənmir. Burada satıcıların dediyi kimi, ayrı bir qiymətləndirmə sistemi işləyir...

Satıcıların arasında danışanları da oldu. Onlardan öyrəndik ki, manatın dollara nisbətdə dəyəri bahalaşmayana qədər qızıl bazarında qiymətlərin ucuzlaşması müşahidə olunmur.

Satıcı Fərid söylədi ki, əslində bu ilin aprel ayı ilə müqayisədə qızılın qiymətində azalma var. Ancaq son günlərdə və ya həftələrdə heç bir enmə yoxdur və gözlənilmir:

“Əvvəllər mal gətirəndə manatın qiyməti oynadığı üçün biz də ən yüksək həddi götürüb, elə satış edirdik. Son zamanlar isə manatın məzənnəsi sabitdir. Bu, bizim üçün yaxşı haldır. Çünki bilirik ki, gətirdiyimiz malın üzərinə nə qədər qoysaq, qazanacağıq. Yəni manat ucuzlaşmasa belə biz müəyyən qiyməti təyin edə bilirik. Əgər manatın dollara nisbətdə qiyməti ucuzlaşarsa, bazarda da qızılın qiyməti avtomatik eyni faizdə artacaq. Çünki satıcı hesablayır ki, növbəti dəfə mal gətirəndə, bunu dəyişən məzənnə ilə gətirməlidir. Ona görə də qiyməti qaldırır. Hazırda isə yerli valyuta sabitdir və bazarda da qiymətlərdə hansısa dəyişiklik gözlənilmir”.

Ümid adlı satıcı isə qeyd etdi ki, hazırda 583-585 əyarlı qızılın qramı 65 manata satılır: “Ancaq kiminsə tanışı varsa, əldən və ya xətir hörmətlə 56-57 manata bəlkə də tapa bilər. Bundan aşağı heç yerdən tapa bilmərsiz. Eləcə də 750 əyarlıq qızılın 1 qramının da qiyməti 80, 85, 90 manatadır. Bunu da eyni qaydada, əldən alsan 65-67 manata ala bilərsən. O da qeyd etdiyim kimi, gərək həmin qiymətə mal satan adamı tapa bilərsən”.

Durumu dəyərləndirən iqtisadçı ekspert Natiq Cəfərli isə “Yeni Müsavat”a bildirdi ki, qızılın qiyməti hər zaman dollar indeksinə paralel olaraq dəyişir: “Dollar digər valyutalara nisbətən ucuzlaşdıqca, qızıl da dünya birjalarında bahalaşır. Nə vaxt ki, dolların bahalaşma ehtimalı artır, o zaman isə qızılda da buna paralel olaraq qiymətin düşməsi baş verir. Bu, uzun müddətdir ki, dünya bazarında oturuşmuş bir qaydadır. Dekabrın 14-də FED-in növbəti faiz artımı qərarının olacağı gözlənilir. Artıq bu, təsdiqlənir, heç də sürpriz bir qərar olmayacaq. Gələn il üçün də 3 faiz artımın olması nəzərdə tutulub. Yəni FED-in atdığı addımlar hər zaman dünyada dollar indeksini bahalaşdıran amillərin başında gəlir. Bu, baş verərsə, təbii ki, qızılın qiymətində də paralel olaraq ucuzlaşma müşahidə olunacaq. Azərbaycan isə dünya birjalarına çox zəif reaksiya verən iqtisadi sistemə malikdir. Bizim qiymətli kağızlar, metallar bazarımız yoxdur deyə, qiymətlər də gündəlik dəyişmir. Ona görə də biz əsasən gözləntilərin fonunda formalaşan qiymətlərdən danışa bilirik. Qızılın qiyməti Azərbaycanda ancaq toy mövsümündən asılı olaraq dəyişir. Toy mövsümü olanda qızılın qiyməti də bahalaşır. Hazırda isə qiymət qalxıb, alıcı da yoxdur. Bu isə məntiqli deyil. Dünya bazarından fərqli olaraq Azərbaycanda vətəndaşların daha öncədən aldıqları və pul lazım olanda bazara çıxaracağı kifayət qədər qızıl məmulatları var. Yəni bazardakı qızılların böyük bir hissəsi uzun illər öncə alınanlardır. Bu baxımdan deyə bilərik ki, alıcılıq qabiliyyəti aşağı düşdükcə, satıcılar da müəyyən müddət sonra məcburən qiymətləri aşağı salacaqlar. Bunun başqa yolu yoxdur”./musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Qızılın qiyməti ucuzlaşdı

    Qızılın qiyməti ucuzlaşdı ...

    16-12-2014, 11:27

  • 
  • Qızılın qiyməti bahalaşacaqmı?-Toy edənlərin diqqətinə!

    Qızılın qiyməti bahalaşacaqmı?-Toy edənlərin ...

    16-01-2015, 21:01

  • 
  • Dünya bazarında qızılın qiyməti yenidən bahalaşdı

    Dünya bazarında qızılın qiyməti yenidən bahalaşdı ...

    16-01-2016, 12:54

  • 
  • Qızılın qiyməti kəskin artıb

    Qızılın qiyməti kəskin artıb ...

    28-12-2015, 13:59

  • 
  • Qızılın qiyməti qalxdı

    Qızılın qiyməti qalxdı ...

    12-11-2015, 12:48


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (381)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu