Xəbər verdiyimiz kimi, keçmiş nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun rəhbəri olduğu Azərbaycan Qolf Federasiyasında kütləvi istefalar davam edir.
AQF-nin təlimçisi Emin Zeynalov, baş katibi Nigar Süleymanovadan sonra daha bir üzvü qurumdan uzaqlaşıb. Unikal.org-un əldə etdiyi məlumata görə, AQF-nin marketinq şöbəsinin direktoru Gülzar Quliyeva da federasiyanı tərk edənlər siyahısındadır. Belə ki, uzun müddətdir işçilərini maaş üzünə həsrət qoyan federasiya rəhbərliyi rəsmi şəkildə fəaliyyətini dayandırmaqla bağlı qərarlarını yaxın zamanda nazirliyə bildirəcək. Məlumatda bildirilir ki, qurumun işçilərinə külli miqdarda borcu var. Federasiya bu "yükün” öhdəsindən gələ bilməyəcəyi üçün belə bir addım atmaq niyyətinə düşüb. Saytımıza verilən məlumatda o da bildirilir ki, hazırda qeyri-rəsmi şəkildə fəaliyyətini dayandıran AQF-nin inzibati binasını "toz basıb”. Ofisə demək olar ayaq basan yoxdur. Məsələ ilə bağlı AQF-nin marketinq şöbəsinin direktoru Gülzar Quliyevayla əlaqə saxladıq. O, Unikal.org-a açıqlamasında federasiyadan istefa verməsi xəbərini təsdiqləyib. Quliyeva artıq bir müddətdir ki, qurumdan uzaqlaşdığını diqqətə çatdırıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?