GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Maşında arvadına baxan sürücünü öldürüb: “Dəqiqləşdirdim ki...” - TƏFƏRRÜAT

Maşında arvadına baxan sürücünü öldürüb: “Dəqiqləşdirdim ki...” - TƏFƏRRÜAT

Tarix: 24-12-2017, 13:37 Bölmə :Cəmiyyət Baxış: 403
Maşında arvadına baxan sürücünü öldürüb: “Dəqiqləşdirdim ki...” - TƏFƏRRÜAT



Bakıdakı müəmmalı qətlin bəzi təfərrüatları məlum olub. Qətl hadisəsinin şahidi yoxdur. Qətlə səbəb olan mübahisənin isə bir şahidi var. Həmin şahiddə qətli törədən şəxsin xanımıdır. Söhbət maşında arxa oturacaqda oturan xanımına baxan sürücünü öldürməkdə təqsirləndirilən 1993-cü il təvəllüdlü Əbdülməmmədov Cavid Hacıməmməd oğlunun cinayət işindən gedir.

Qəsdən adam öldürməkdə ittiham edilən Cavid Əbdülməmmədovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb və o, 17 il müddətinə azadlıqdan məhrum edilib. C.Əbdülməmmədov Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilir.

Qətlə yetirilən şəxs Vasif Ağammədovdur. Qətlin təfərrüatları barədə qeyd edək ki, səbəb qısqanclıqdır. Belə ki, Cavid Əbdülməmmədov xanımı ilə birlikdə toydan qayıdarkən Vasif Ağammədovun idarə etdiyi maşına minib.

İttihamda yazılır ki, Cavid Əbdülməmmədov Vasifin onun arxada əyləşən xanımı Kəmalə Məmmədovaya baxdığını görüb və iradını bildirib. V.Ağammədovun bu iradı ciddiyə almadığını gördükdə isə onu öldürmək qərarına gəlib. Bu məqsədlə də hadisədən bir gün sonra, saat 11 radələrində Vasifin yaşadığı Suraxanı rayonu, Bülbülə qəsəbəsinə gedib. Onu həyətə çağıraraq axşam etdiyi hərəkətin düzgün olmadığını deyib və özü ilə gətirdiyi bıçağı sellofan torbadan çıxarıb. Söhbətin davamında Vasifin döş qəfəsinə bir zərbə vuraraq oradan uzaqlaşıb. C.Əbdülməmmədov qətli törədib və könüllü olaraq polisə təslim olub.

Musavat.com təqsirləndirilən şəxsin və onun xanımının ifadəsini əldə edib. İş üzrə C.Əbdülməmmədov şahid, şübhəli şəxs və təqsirləndirilən şəxs qismində dindirilib.

O, ifadələrində deyib ki, bacanağı Samirin oğlunun kiçik toyunda iştirak etmək üçün yoldaşı ilə Sabirabad rayonuna gediblər. Həmin gecəni də bacanağıgildə qalıblar.

C.Əbdülməmmədov söyləyib ki, toyda bacanağının oğlunun kirvəsi kimi tanıdığı Nadir adlı şəxs də olub. Onlar Bakıya qayıtmaq istəyərkən Nadir dostu Vasifin də Bakıya qayıtdığını və onun maşınında yer olduğunu deyib.

“Nadir dedi ki, Vasifin maşını boşdur. Onunla gedə bilərik. Mən də buna etiraz etmədim” - deyə C.Əbdülməmmədov ifadəsində göstərib.

Cavid xanımı ilə birlikdə Vasifin idarə etdiyi “Hundai Accent” markalı avtomobillə gecə saatlarında Bakı istiqamətində yola çıxıblar. Bu səfər Vasifin sonuncu uzun yolu olub. Bu səfər Cavid üçün isə uzun illər dəmir barmaqlıqlar arxasına aparacaq yolun başlanğıcı olub.

Cavidin dediyinə görə, yolda olarkən arvadı aradabir yuxulayıb. Vasif ona da yatmağı məsləhət görüb, amma ona yatmayacağını deyib və yollarına davam ediblər.

Təqsirləndirilən C.Əbdülməmmədovun dediyinə görə, yolboyu Vasifin maşının güzgüsündən arxa oturacaqda oturan xanımına baxdığını bir neçə dəfə görüb. Buna görə də Vasifə iradını bildirib və arxaya baxmasının səbəbini soruşub.

“Mənə dedi ki, "elə-belə baxıram". Sonra onun yenə arxaya baxdığını və gülümsədiyini gördüm. Və artıq dəqiqləşdirdim ki, o, yoldaşıma baxır. Vasif bir neçə dəfə öz nömrəsini telefonunun ekranına yazaraq arxa oturacağa tərəf uzadırdı. Yalandan öskürərək nömrəni yoldaşıma göstərməyə çalışırdı. Mən içkili idim. Ona bir neçə dəfə xəbərdarlıq elədim" - deyə təqsirləndirilən şəxs bildirib.

Cavid Vasifi vurarkən və mübahisə edərkən onları heç kim görməyib. Vasif bıçaq xəsarəti aldıqdan sonra qışqırıb və evdəkilər köməyə gəlib. Onu xəstəxanaya çatdırsalar da həyatını xilas etmək mümkün olmayıb.

Qətlin törədilməsinə səbəb olan mübahisənin yeganə şahidi isə Cavidin həyat yoldaşı Kamalə Məmmədovadır. O da istintaq zamanı dindirilib və eyni məzmunlu ifadə verib.

O, deyib ki, maşında gələrkən Cavid sürücünün yanında əyləşib. O isə arxa oturacaqda əyləşib.

“Sürücü Cavidə yatmağı təklif etdi. Mən də yorğun olduğumdan yolboyu hərdən yuxulayırdım. Amma maşında yata bilmirdim. Bir qədər sonra sürücünün mənə baxdığını hiss etdim. Arxaya boylanırdı, güzgüdən tez-tez mənə baxırdı. Yolda 3-4 dəfə telefona nömrəsini yazıb, mən tərəfə uzadırdı. Baxmağım üçün də yalandan öskürürdü. Amma mən ona fikir vermirdim, nömrəni də görmədim. Cavid çox qısqancdır. Amma həmçinin çox sakit insandır. Vasif də Cavidin bu sakitliyindən istifadə edirdi” - deyə şahid ifadəsində qeyd edib.

Məhkəmə proseslərində mərhumun ailə üzvləri də iştirak ediblər. Onlar iddia edirlər ki, qətl hadisəsi Vasifin Cavidin xanımına baxması səbəbindən yox, dini zəmində baş verib. Ancaq nə cinayət işi materiallarında, nə də məhkəmə istintaqı dövründə bu iddia ilə bağlı hər hansı bir fikir səsləndirilməyib./musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Jurnalistin ölümündə təqsirləndirilən futbolçu Cavid Hüseynov azadlığa buraxılıb

    Jurnalistin ölümündə təqsirləndirilən futbolçu ...

    12-10-2016, 20:33

  • 
  • Azərbaycanlı müğənninin atasının məhkəməsi oldu

    Azərbaycanlı müğənninin atasının məhkəməsi oldu ...

    1-09-2017, 16:47

  • 
  • Pirallahıda bir qətlin təfərrüatları

    Pirallahıda bir qətlin təfərrüatları ...

    11-10-2016, 14:35

  • 
  • Sumqayıtda həyat yoldaşını öldürən şəxsin cəzası artırıldı

    Sumqayıtda həyat yoldaşını öldürən şəxsin cəzası ...

    14-07-2016, 12:18

  • 
  • Yeznəsini öldürən qayınata cəzalandırıldı

    Yeznəsini öldürən qayınata cəzalandırıldı ...

    12-10-2016, 18:39


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (356)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu