Artıq biz doğrudan da şahid olduq ki, Kamran Həsənli öz havadarları ilə hüquqa güc gəldi. Bu, çox məyusedici haldır. Faktlar, səs yazıları təqdim olunur, insan özü etiraf edir ki, dələduzluq yolu ilə əldə etdiyi məbləğin 35 min dollarını qaytarıb".
gundemxeber.az bildirir ki,bu fikirləri "Ölkə.Az"-a açıqlamasında müğənni Samir Piriyevin vəkili Ceyhun Yusifov müvəkkilinin Kamran Həsənliylə arasında olan pul qalmaqalından danışarkən səsləndirib. Vəkil bildirib ki, bu kimi hallar havadarı olan digər şəxslərin də dələduzluq etməyinə zəmin yarada bilər:
"Guya şərik kimi istintaqa təqdim olunan adam Türkiyədə saxlanılır və ifadə verir ki, Samirdən pul almayıb. Üstəlik deyir ki, getsin pulu Kamrandan alsın. Nərimanov rayon prokurorluğu bunları nəzərə alıb cinayət işi başlasın və bu qədər fakt ola-ola cinayət işi iki ilə yaxın uzadılsın. Göstəriş oldu ki, türk Erhan yenidən Bakıya gətirilsin və dindirilsin. İndi həmin şəxs Bakıya gəlmirsə, məgər işə xitam verilməlidir. Erhan əsl həqiqəti Türkiyədə saxlanılanda deyib. Anlamırıq, istintaqa başqa nə lazımdır? Artıq belə çıxır ki, dələduzluq elə, Bakıda kimdənsə pul al, sonra da istintaqa denən ki, pul məndə deyil, üçüncü ölkədə filankəsdədir. Oradan da heç bir sənəd təqdim etməyən kimsə desin ki, heç kim mənə pul verməyib və beləliklə dələduz cəzasız qalsın? Kamran Həsənli də işi ört-basdır edən şəxslərə tanınmış restoranların birində hər gün qonaqlıq versin, işin bağlanmağını qeyd eləsin. Kamrana lazım olanda türkü Bakıya bir günə gətirdi. İstintaq bunu başa düşmür ki, ancaq Kamrana lazım olsa, türk gələcək?" Qeyd edək ki, Samir Piriyev dəfələrlə mətbuata açıqlamalarında K.Həsənlinin iş qurmaq adıyla ondan aldığı məbləğin 80 min dollarını qaytarmadığını bildirib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?