“Bəzən uzun illər hər hansı dövlət qurumunda çalışanlar dövlət qulluqçusu olmalarından xəbərsiz olurlar”.
Bu sözləri Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. Onun sözlərinə görə, artıq dövlət qulluğuna qəbul üzrə təqdim edilən vakansiyalar barədə məlumatlar açıq şəkildə Dövlət İmtahan Mərkəzinin saytına yerləşdirilir: “Dövlət qulluğunda çalışıb, lakin dövlət qulluqçusu statusunda olmayanalar da var. Onlar nir illik müqavilə əsasında işləyir və bir sıra imtiyazlardan məhrum olurlar. Yaxşı olar ki, dövlət qulluğunda çalışanlar dövlət qulluqçusu olub-olmadığını öyrənsinlər”. M.Abbaszadə bildirib ki, hazırda A və B vəzifə növü üzrə imtahanlar keçirilir və bu barədə məlumat Dövlət İmtahan Mərkəzinin saytında yerləşdirilib: “A vəzifə qupu üzrə 198 vakansiya var. Bu qrup əsasən rəhbər vəzifələrdir. Bu sahələrdə imtahan verənlərdən əlavə ehtiyat kadrlar da var. Onlar imtahandan keçib və iki il ərzində vəzifə tutmaq şansına malik olurlar. Ləğv edilmiş dövlət orqanlarının əməkdaşları ehtiyat bazada qalırlar. Məsələn, keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının əməkdaşları bu fonddadır. Onlar istədikləri halda dövlət qulluğu üzrə imtahan vermədən işə qəbul üçün müraciət edə bilərlər. B vəzifə növü üzrə nazirliklərin təqdim etdikləri vakansiyalar da bizim saytımızada var. Namizədlərə müraciət edirəm yaxşı nəticə göstərməyə çalışsınlar ki, gələcəkdə daha yüksək vəzifələrə qəbul ola bilsinlər. Sertifikatı olanların işə qəbul şansı daha yüksəkdir. B vəzifə qrupu üzrə 1461 vakansiya var”. M.Abbaszadə bildirib ki, artıq dövlət qulluğuna qəbul üzrə imtahanın ilkin nəticələri təhlil edilib: “Nəticələrə əsasən deyə bilərik ki, uğur qazananlar arasında fərqlər var. Bu imtahanlara gələnlərin sayı göstərir ki, gənclər öz imkanlarından hələ ki, tam mənada istifadə edə bilmirlər. Bu sayın artımı üçün maarifləndirici tədbirlər həyata keçiririk. Ümidvaram ki, gələn il sertifikatları təqdim edəndə namizədlərin sayının vakansiyalardan daha çox olacaq. Bu fərq iki dəfə çox olmalıdır ki, rəqabət yaransın. Hazırkı durumda isə rəqabət şəraiti mövcud deyil”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?