Dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən (Bakıdan 190 kilometr şimal) Tufandağı istiqamətində yürüşə çıxmış "Gilavar" - Hava və Ekstrim İdman Klubunun üzvləri Cəbrayılzadə Fəridə, Hüseynov Babur və Bünyatzadə Namin axtarışları davam etdirilir.
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, nazirliyin aviasiya dəstəsinin "Mi-17" markalı helikopteri, Şimal Regional Mərkəzinin axtarış-xilasetmə qrupu, Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasetmə dəstəsi və peşəkar alpinistlərdən ibarət könüllü dəstə axtarışlara cəlb olunub.
Nazirlik onu da qeyd edir ki, Quba rayonu ərazisində dağlıq ərazidə itkin düşmüş alpinistlərin axtarışlarının aparılması üçün könüllü dəstələrin yaradılması ilə bağlı sosial şəbəkələrdə müxtəlif çağırışlar səslənir.
Fövqəladə Hallar Nazirliyi axtarışların mürəkkəb relyefi olan yüksək dağ massivində aparıldığını, eləcə də meteoroloji şəraiti nəzərə alaraq xəbərdarlıq edir ki, müvafiq geyim, rabitə vasitələri və digər xilasetmə ləvazimatları ilə təchiz olunmamış, həmçinin xüsusi hazırlıq keçməmiş şəxslərin həmin ərazilərə getməsi onların həyatı üçün təhlükəlidir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?