GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Əfqan Muxtralı ev dustaqlığına buraxılmayıb

Əfqan Muxtralı ev dustaqlığına buraxılmayıb

Tarix: 5-01-2018, 15:41 Bölmə :Cəmiyyət Baxış: 403
Əfqan Muxtralı ev dustaqlığına buraxılmayıb


Jurnalist yaxınlarının yas mərasimində iştira etmək istəyir

Yanvarın 5-də Balakən rayon Məhkəməsində jurnalist Əfqan Muxtarlının işi üzrə prosesdə müdafiə tərəfi həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə vəsatət qaldırıb, bu barədə Amüerikanın Səsinə müsahibəsində vəkil Nemət Kərimli bildirib.

"Dekabrın 31-də Əfqan Muxtarlının yaxın qohumları faciəvi şəkildə həlak olub və biz onun doğmaları ilə görüşə və yas mərasimində iştirak edə bilməsi üçün qətimkan tədbirinin ev dustaqlığı ilə dəyişdirilməsini xahiş etdik", Kərimli bildirib.

Həbs müddəti uzadıldığı gündən etibarən onun həbsdə saxlanılmasını əsaslandıran hallar dəyişib və o, şahidlərə təzyiq göstərə bilməz, vəkil qeyd edib.

Müdafiə tərəfi Muxtarlının dəfn mərasiminə buraxılması üçün ombudsmana və Penitensiar Xidmətə müraciət edib, amma heç bir cavab almayıb.

Cəzaların İcrası Məcəlləsi həbsdə olanların yas mərasiminə buraxılmasını nəzərdə tutur. Hətta mühakimə olunmuş şəxslər üçün belə yaxın qohumlarının ölümü ilə əlaqədar 7 günlük məzuniyyət nəzərdə tutulub.

Qanunvericilikdə məhbusun qısa müddət üçün azad edilməsinə birbaşa qadağa da yoxdur. Bundan başqa, presedent var. Vaxtilə jurnalist Rauf Mirqədirov istintaq altında olarkən atasının dəfninə buraxılmışdı.

Digər tərəfdən, həbsdə olan şəxs hələ cinayətkar kimi tanınmayıb və onun yaxın qohumlarının dəfnində iştirak etmək hüququnu məhdudlaşdırmaq olmaz, vəkil qeyd edib.

Muxtarlı kədərdən sarsılıb və bu, şəkərli diabetin kəskin formasından və hipertoniyadan əziyyət çəkən jurnalistin səhhətinə mənfi təsir edir. Bununla belə, məhkəmə müdafiə tərəfin vəsatətini təmin etməyib.

Proses yanvarın 12-də davam etdiriləcək.

Xatırladaq ki, dekabrın 31-də Zaqatala şəhərində kirayə qaldıqları evdə Muxtarlının bacısı, bacısı qızı və qardaşı qızının meyiti aşkar edilib. İstintaq ölümün dəm qazından və ya qidadan zəhərlənmə nəticəsində baş verməsi versiyası üzərində işləyir.

Jurnalist Əfqan Muxtarlı mayın 29-da Tbilisinin mərkəzindən müəmalı şəkildə Azərbaycana gətirlib. Jurnalistin sözlərinə görə, bunu Gürcüstan kriminal polisinin işçiləri Azərbaycan hüquq-mühafizə orqanları ilə birlikdə edib.

Növbəti gün Muxtarlı Bakıya gətirilib, burada məhkəmə onu üç maddə (315 - hakimiyyət nümayəndəsinə müqavimət göstərmə, 318.1 - sərhədi qanunsuz keçmə və 206.1 - qaçaqmalçılıq) ilə ittiham edərək həbs edib.

Muxtarlı yerli və beynəlxalq hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınıb. Həmkarları onun Azərbaycanda korrupsiya haqqında tənqidi nəşrlərinə görə təqib edildiyini düşünür.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Əfqan Muxtarlının həbs müddəti uzadılıb

    Əfqan Muxtarlının həbs müddəti uzadılıb ...

    13-10-2017, 16:46

  • 
  • Əfqan Muxtarlının cinayət işinə Balakən rayon Məhkəməsi baxacaq

    Əfqan Muxtarlının cinayət işinə Balakən rayon ...

    19-11-2017, 12:40

  • 
  • ​Əfqan Muxtarlı ev dustaqılığına buraxılmadı

    ​Əfqan Muxtarlı ev dustaqılığına buraxılmadı ...

    30-11-2017, 15:18

  • 
  • Əfqan Muxtarlının qohumlarının ölüm faktı üzrə cinayət işinin istintaqında yenilik yoxdur

    Əfqan Muxtarlının qohumlarının ölüm faktı üzrə ...

    5-01-2018, 15:43

  • 
  • Əfqan Muxtarlıya işgəncə verilib – Yenilənib

    Əfqan Muxtarlıya işgəncə verilib – Yenilənib ...

    31-05-2017, 22:44


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (74)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu