GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Komitə: "Uşaqlara qarşı cinsi zorakılıq əməlinə görə cəza sərtləşdirilməlidir"

Komitə: "Uşaqlara qarşı cinsi zorakılıq əməlinə görə cəza sərtləşdirilməlidir"

Tarix: 8-01-2018, 10:50 Bölmə :Cəmiyyət Baxış: 527
Komitə: "Uşaqlara qarşı cinsi zorakılıq əməlinə görə cəza sərtləşdirilməlidir"


Azərbaycanda uşaqlara qarşı cinsi zorakılıq törədən şəxslərin məsuliyyəti məsələsinə yenidən baxılmalıdır.

Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquq şöbəsinin müdiri Taliyə İbrahimova deyib.

Onun sözlərinə görə, yetkinlik yaşına çatmayanların cinsi toxunulmazlığı əleyhinə olan cinayətlər zorlama, seksual xarakterli zorakılıq hərəkətləri, seksual xarakterli hərəkətlərə məcbur etmə, 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ona qarşı əxlaqsız hərəkətlər etmə sayılır.

T.İbrahimova ümumilikdə, yetkinlik yaşına çatmayanlara qarşı hər hansı cinayətin, o cümlədən cinsi toxunulmazlıq əleyhinə olan cinayətlərin törədilməsinin qanunvericilikdə ağırlaşdırıcı hal kimi müəyyən edildiyini bildirib.

O qeyd edib ki, 2015-ci ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin bu cinayət əməlləri ilə bağlı hazırladığı təkliflər əsasında qanunvericlik bir qədər sərtləşdirilib. Bu tip cinayətlərin 14 yaşına çatmayana qarşı törədilməsinə və habelə əməlin yetkinlik yaşına çatmayanı tərbiyə etmək və ya ona nəzarət etmək vəzifəsi daşıyan şəxslər tərəfindən törədilməsinə görə, Cinayət Məcəlləsinin 152-ci (on altı yaşına catmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) və 153-cü (əxlaqsız hərəkətlər) maddələrində daha ağır cəza müəyyən edilib.

Komitə rəsmisi deyib ki, qanunvericiliyə əsasən, 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olmaya görə (zor tətbiq etmədən) 3 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. Qanunvericiliyə edilən dəyişikliyə əsasən isə uşaq 14 yaşadək olduqda bu müddət 3 ildən 6 ilədək müəyyən edilib.



Buna baxmayaraq, T.İbrahimova hesab edir ki, yetkinlik yaşına çatmayanların zorlanması əməlinə görə təyin edilən cəzanın sərtləşdirilməsinə ehtiyac var:

“Biz bir çox ölkələrin qanunvericiliyini araşdırmışıq. Məsələn, Rusiyada 14 yaşına çatmayanların cinsi toxunulmazlığına qarşı təkrar cinayət törədilməsinə görə, ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub. Hesab edirik ki, CM-nin zorlama ilə bağlı olan 149-cu maddəsində bir qədər təkmilləşdirmə işləri aparılmalı, yetkinlik yaşına çatmayanın, xüsusilə də 14 yaşına çatmayanın cinsi toxunulmazlığına qarşı zorlama cinayətinin təkrar törədilməsinə görə, cəza sərtləşdirilməlidir".

T.İbrahimova əlavə edib ki, kimyəvi axtalanma proseduru bir çox ölkələrdə cəza tədbiri kimi tətbiq edilir:

“ABŞ, Kanada, İngiltərə, Almaniya, Fransa, Qərbi Avropa ölkələri, İsrail kimi ölkələrin qanunvericiliyində bu əsas və yaxud əlavə cəza tədbiri kimi müəyyən edilib. Bəzi ölkələrdə şəxs özü azadlıqdan məhrum etmə müddətinin azaldılması üçün könüllü şəkildə onun üzərində kimyəvi axtalanma prosedurlarının aparılmasına razılıq verir. Yəni, həmin ölkələrin qanunvericiliyi buna imkan verir. Bəzi ölkələrdə isə cəza daha sərt olur və bu proseduru əsas cəza tədbiri kimi tətbiq edirlər. Əsasən, bu prosedurdan cinsi zorakılıqla bağlı cinayətlərin residivinin, yəni təkrarlanmasının qarşısının alınması məqsədilə istifadə edilir”.

Komitə səlahiyyətlisi hesab edir ki, bu prosedurun ölkəmizdə tətbiqi ilə bağlı qərarın verilməsi üçün ilk öncə xüsusi bir araşdırma aparılmalı və onun məqsədyönlüyü öyrənilməlidir./trend
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Sumqayıtda 13 yaşlı qızı zorlayan CƏZALANDI

    Sumqayıtda 13 yaşlı qızı zorlayan CƏZALANDI ...

    13-12-2016, 23:39

  • 
  • Şirvanda dəhşət: 3 uşaq atası 9 yaşlı qızı zorladı

    Şirvanda dəhşət: 3 uşaq atası 9 yaşlı qızı zorladı ...

    17-10-2015, 22:41

  • 
  • Azərbaycanda şagirdini hamilə qoyan müəllimlə bağlı QƏRAR VERİLDİ

    Azərbaycanda şagirdini hamilə qoyan müəllimlə ...

    16-05-2016, 19:01

  • 
  • 6 kişi otlaq sahədə 12 yaşlı uşağı dəfələrlə zorladı, videoya çəkdi - Azərbaycanda DƏHŞƏT

    6 kişi otlaq sahədə 12 yaşlı uşağı dəfələrlə ...

    6-07-2017, 14:44

  • 
  • Azyaşlı qonşu qızı aldadıb, əxlaqsız hərəkətlər etdi - 1 il həbs cəzası aldı

    Azyaşlı qonşu qızı aldadıb, əxlaqsız hərəkətlər ...

    20-08-2017, 17:42


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (262)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu