Xəbər verdiyimiz kimi, yanvarın 8-də Bakının Nərimanov rayonu ərazisində yerləşən “Ariva” otelində 56 yaşlı küveytli ərəb Məsfər Oma Alshelahi vəfat edib. Araşdırma zamanı məlum olub ki, ölümünə az qalmış Küveyt vətəndaşı mehmanxanadakı otağına birdən-birə üç fahişə gətirib. O, elə qadınların gözü qarşısındaca dünyasını dəyişib. Pul müqabilində seksual xidmətlər göstərən qadınlar isə kişinin öldüyünü bilən kimi otağı tərk ediblər.
Bakıya son vaxtlar ərəb turistlərin axını birmənalı qarşılanmır. Çünki ərəb turistlərin Bakıya fahişələrin xidmətindən istifadə etmək, şəhərin gecə barlarında əylənmək üçün gəldikləri barədə ictimai rəy formalaşıb. Bundan əvvəl də dəfələrlə Bakıda ərəb turistlərin fahişələrin toruna düşməsi və pullarının oğurlanması kimi kriminal hadisələr qeydə alınmışdı. Bu cür xoşagəlməz halları necə qiymətləndirək? Ümumiyyətlə bu, otellərdə nikah kağızının tələb olunmasını gündəmə gətirə bilərmi? “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib ki, baş verən hadisəni insan alveri kimi qiymətləndirmək olmaz: “Həmin şəxs seks xidmətindən istifadə etmək üçün qadınları dəvət edib və bu, könüllü prosesdir. Bəlkə o qadınları dəvət etmək üçün vasitə ola bilər. Amma adətən şəxs özü danışıqlar aparır. Bu hadisə mənəvi-əxlaqi məsələdir. Bir çox hallarda qadınlar müəyyən ölkələrə fahişəliklə məşğul olmaq üçün gedirdi. Lakin indi onlar özləri bura gəlir və bu xidmətdən istifadə edir. Adətən bu proses ərəb ölkələri üçün xarakterikdir”.
M.Zeynalova bu cür proseslərlə mübarizə aparmaq yollarından da söz açıb:
“Əslində dünyanın heç bir yerində otellərdə nikah kağızı tələb olunmur. Bu, bir müddət bizdə aktivləşdi. Otellər biznes sahəsidir, onlar müştəridən qazanc götürməlidirlər. Ölüm hadisəsi olub deyə bu məsələyə diqqət yetirilir. Hansısa ölkəyə gedəndə qohumluğu və ya nikahı sübut edən kağızın alınması absurddur. Bəlkə elə oteldə qalan qadınlar arasında da cinsi münasibətlərdə olanlar var. Yəni qadınlar da eyni otaqda qala bilər, amma onların orientasiyasının nə olduğunu bilmirsən axı. Əgər əxlaqi-mənəvi dəyərdirsə, o zaman kişi kişi ilə qalanda da hansısa hadisənin baş vermə ehtimalı var. Dünya qlobal biznesində nikah kağızı gülməli məsələdir. Biz tam İslam dövləti deyilik. İslam ölkələrinə xas olan məsələlərin şərt kimi qoyulması biznesin inkişafına maneə törədir. Bilirsiniz, belə vəziyyətlərdə bəzən fahişəliyin leqallaşması məsələsini ortaya atırlar. Bu xəbərdən sonra leqallaşma gündəmə gələcək. Amma düşünürəm ki, başqa yolu seçməliyik. Fahişəliyin leqallaşması hər hansı formada bu biznesin daha da çiçəklənməsinə gətirib çıxara bilər. Yaxud ümumiyyətlə biznesə çevrilə bilər. Bu baxımdan qadınların iqtisadi imkanlarını gücləndirməyə çalışmalıyıq. Təbii ki, fahişəlik həmişə olacaq. Lakin qadının iqtisadi gücü artdıqca, bu problemlər aradan qalxacaq”. Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov bildirib ki, hər bir sahədə hüquq müstəvisindən çıxış etmək lazımdır: “İstəyir ərəb, ya da başqa millətdən olsun, əgər onun mehmanxanaya “qonağı” gəlirsə, buna mehmanxana işçiləri cavabdehdir. Bu baxımdan nəsə fikir bildirmək, qiymət vermək çətindir. Amma hüquq-mühafizə orqanları mütəmadi olaraq otelləri yoxlayırlar. İnsan alverinə qarşı mübarizə idarəsi bir çox otellərə bu baxımdan nəzarət edir. Onlar hansı otellərin fahişəlik və ya bu işlərlə məşğul olduğunu bilirlər. Açığı, bu məsələ turizm sahəsini əhatə etmir. Nikah kağızına qaldıqda isə əgər bu, qanunverilicilikdə varsa, tələb olunsun, yoxdursa, olunmasın. Otellərin müdirləri, menecerləri öz hüquq və səlahiyyətlərini bilmirlərsə, biz buna nə edə bilərik ki?! Bu məsələdə otel işçilərinin səhvi nədir? Bəzən onlar anketi doldurmurlar, sənədsiz insan qəbul edirlər. Bu, qanuna ziddir. Kim olur-olsun, sənədsiz heç kimi mehmanxanaya qəbul etmək olmaz. Belə olan halda problemlər yaranır. Bəlkə otelə gələn insan terrorçudur, düşməndir. Hər bir otelə insan qəbul edəndə, mütləq onun şəxsiyyət vəsiqəsi, ya da başqa sənədi olmalıdır. Fahişələri də otelə buraxırlarsa, onlar da qeydiyyatdan keçməlidirlər. Əgər keçməyiblərsə, bu, inzibatçının səhvidir” gundemxeber.az “Sputnik”ə istinadən xəbər verir ki, yanvarın 8-də bu rayon ərazisində yerləşən “Ariva” otelində 56 yaşlı Məsfər Oma Alshelahi vəfat edib. İlkin məlumatlara görə, turist ürək-damar çatışmazlığı üzündən keçinib. Araşdırma zamanı məlum olub ki, ölümünə az qalmış Küveyt vətəndaşı mehmanxanadakı otağına birdən-birə üç fahişə gətirib. O, elə qadınların gözü qarşısında dünyasını dəyişib. Pul müqabilində seksual xidmətlər göstərən qadınlar isə kişinin öldüyünü bilən kimi otağı tərk ediblər. Məlum olduğuna görə, kriminalistlər turistin üzərində və otaqda pul aşkarlamayıblar. Ehtimal olunur ki, otağa dəvət olunan fahişələr pulları özləri ilə aparıblar. Fakt üzrə araşdırma davam etdirilir. Virtualaz.org ərəb turistin öldüyü otellə əlaqə saxlayıb. Adının açıqlanmasını istəməyən əməkdaş oteldə ötən gün ərəb turistin öldüyünü təsdiq edib, bildirib ki, ölüm hadisəsi ilə bağlı hazırda hüquq-mühafizə orqanları araşdırma aparır və onun bundan artıq bildiyi nəsə yoxdur. “Qadınlar haqda eşitməmişəm, bilmirəm”-əməkdaş deyib. Oteldən Küveyt vətəndaşının orada neçə gün əvvəl yerləşdiyini də deməyiblər.
AirivaHotel Bakıda Əhməd Rəcəbli küçəsi 1, 12 ünvanında yerləşir.
Məsələni araşdırmaq üçün hüquq-mühafizə orqanları ilə də əlaqə saxladıq. Baş prokurorluğun mətbuat xidmətindən virtualaz.org saytına bildirilib ki, Küveyt vətəndaşı Mesfer Oma Alshelahi-nin Nərimanov rayonu ərazisində yerləşən "Ariva" otelində ürək çatışmamazlığından vəfat etməsi ilə bağlı məlumat daxil olub. Həmin məlumat əsasında rayon prokurorluğunun və polis idarəsinin əməkdaşları dərhal hadisə yerinə gəlib, məhkəmə-tibbi ekspertizasının iştirakı ilə meyitə baxış keçirilib, meyitin üzərində hər hansı zorakılıq əlamətləri aşkar olunmayıb. Ölümün səbəblərinin müəyyənləşdirməsi məqsədilə məhkəmə tibbi ekspertizası təyin edilib.
Rayon prokurorluğunda müvafiq araşdırmalar davam etdirilir.
Qeyd edək ki, Bakıya son vaxtlar ərəb turistlərin axını birmənalı qarşılanmır. Çünki ərəb turistlərin Bakıya fahişələrin xidmətindən istifadə etmək, şəhərin gecə barlarında əylənmək üçün gəldikləri barədə ictimai rəy formalaşıb. Bundan əvvəl də dəfələrlə Bakıda ərəb turistlərin fahişələrin toruna düşməsi və pullarının oğurlanması kimi kriminal hadisələr qeydə alınmışdı.
Sorğu
Yeni dizaynımız necədir?