Redaksiyamıza daxil olan məlumata görə, Bakı şəhəri, Nəsimi rayon Məhkəməsində 19 oktyabr 2017-ci il tarixdə hakim Həsənova Şəlalə Akif qızının sədrliyi ilə keçirilən məhkəmə prosesində Şahməmmədov Mətləb Şahməmməd oğlu barəsində, polisə müqavimət maddəsi adı altında CM-nin 315.1 və 315.2-ci maddələri ilə, adı çəkilən şəxsin 30 sutka müddətinə həbs olunması barədə qərar çıxarılır.
Baş verən hadisə ilə bağlı Bakı şəhəri, Binəqədi rayonu Sulu-Təpə qəsəbəsi R.Allahverdiyev küçəsi ev-14 ünvanda qeydiyyatda olan 10 oktyabr 1981-ci il təvəllüdlü Şahməmmədov Mətləb Şahməmməd oğlu, BŞBPİ-nin İstintaq şöbəsinin müstəntiqi polis polkovnik-leytenantı Şahbazov Asif Sabir oğlu tərəfindən axtarışa verilir. Redaksiyamıza daxil olan başqa bir məlumata görə, axtarşa verilən Mətləb Şahməmmədov üzürsüz səbəb olmadan çağırışa gəlmədiyinə görə, ona AR CM-nin müvafiq maddəsinin tələbinə uyğun məcburi gətirilmə ilə bağlı xəbərdarlıq da olunur. Hal-hazırda hər hansı məlumatı əldə edəcəyimiz təqdirdə, çoxsaylı oxucularımızı baş verən olayla bağlı məlumatlandırmağa da çalışacağıq.
Sorğu
Yeni dizaynımız necədir?