Mərkəzi Seçki Komissiyasına deputatı mandatdan məhrum etmək üçün yeni hüquqlar verilib.
Bu “Seçki Məcəlləsi”nə edilmiş dəyişikliklərdə nəzərdə tutulub.
Yanvarın 11-də prezident İlham Əliyev “Seçki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanunu imzalayıb.
Belə ki, məcəllənin deputatın mandatdan məhrum edilməsi haqqında qərarın qəbul edilməsi maddəsinə və konstitusiyaya əsasən Azərbaycan vətəndaşlığından çıxdıqda və ya başqa dövlətin vətəndaşlığını qəbul etdikdə, dövlət orqanlarında vəzifə tutduqda, din xadimi olduqda, sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqda (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla), özü imtina etdikdə Mərkəzi Seçki Komissiyası deputatın mandatdan məhrum edilməsi haqqında qərar qəbul edir.
Yeni düzəlişə görə, “Seçki Məcəllə”sinə “Milli Məclisinin deputatları səsvermə hüququnu şəxsən həyata keçirirlər” tələbini pozduqda, deputat üçün qanunla müəyyən edilmiş etik davranış qaydalarını kobud surətdə pozduqda bəndləri də əlavə edilib. Deputat bu bəndlərdə nəzərdə tutulan qaydaları pozduqda MSK onu mandatdan məhrum edə bilər.
Yeni normaya görə, Mərkəzi Seçki Komissiyasına Milli Məclisin bu baeədə rəsmi məlumatı daxil olduqdan sonra 15 gündən gec olmayaraq MSK həmin rəsmi məlumatı müzakirə edərək müvafiq qərar qəbul edir. Deputat MSK-nin qərarından məhkəməyə şikayət verə bilər. İş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından həmin qərarın tam formada təqdim olunduğu gündən 10 gün müddətində Ali Məhkəməyə şikayət verilə bilər. Bu şikayətə 15 gün müddətində baxılmalıdır.
Deputatın mandatdan məhrum edilməsi haqqında Mərkəzi Seçki Komissiyasının qərarından məhkəməyə şikayət verdiyi hallarda müvafiq birmandatlı seçki dairəsi üzrə əlavə seçkilər məhkəmədə işə baxılmasının nəticələrindən asılı olaraq təyin edilir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?