GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » “Tələyə düşmüş təkər” və ya gömrük rüsumu üç dəfə artırılıb

“Tələyə düşmüş təkər” və ya gömrük rüsumu üç dəfə artırılıb

Tarix: 13-01-2018, 11:33 Bölmə :Cəmiyyət Baxış: 414
“Tələyə düşmüş təkər” və ya gömrük rüsumu üç dəfə artırılıb


Yanvarın 12-də bir qrup şəxs Dövlət Gömürük Komitəsinin (DGK) qarşısında aksiya keçirib. Onlar işlənmiş təkərlərin ölkəyə gətirilməsinə yeni gömrük rüsumlarından narazılıq edib. Aksiya iştirakçıları vurğulayıblar ki, köhnə təkərlərin gömrük rüsumu 3 dəfə artırılıb. Onların sözlərinə görə, bir konteyner təkərin rüsumu 15 min manatdan 45 min manata qaldırılıb.

İşlənmiş şinlərə tələbat çoxdur


Xatırladaq ki, sahikarlar işlənmiş şinləri əsasən Almaniyadan ixrac edir. Ölkədə Almaniyadan gətirilmiş işlənmiş şinlər bazarda geniş alıcıya malikdir. Belə ki, avtomobil sahibləri bu şinlərin Almaniya standartlarına uyğun hazırlandığına əmin olduğu üçün digər ölkələrdən gətirilən təzə şinlərin keyfiyyət standartlarına uyğun hazırlandığına şübhə ilə yanaşırlar. Həm də Almaniyadan gətirilmiş işlənmiş şinlər təzə şinlərdən azı iki dəfə ucuz satılır.

Dövlət Gömrük Komitəsi: Gömrük rüsumunu Nazirlər Kabineti qaldırıb

Dövlət Gömrük Komitəsi sahibkarla bildirib ki, Nazirlər Kabinetinin 17 noyabr 2017-ci il tarixliqərarına əsasən 2018-ci ilin yanvar ayının 1-dən etibarən ölkəyə gətirilən bərpa edilmiş şinlərə (işlənmiş təkər) yeni gömrük rüsumları tətbiq edilib. Gömrük rüsumlarının dəyişdirilməsi barədə qərarın verilmə tarixi ilə qüvvəyə minəcəyi tarix arasındakı müddət kifayət qədər olub və üstəlik bu barədə ictimaiyyətə ətraflı məlumat verilib. Lakin bu sahədə fəaliyyət göstərən, bərpa edilmiş şinləri xaricdən gətirərək ölkə daxilində onların satışını həyata keçirən bir qrup şəxs bir sıra dövlət qurumlarının, o cümlədən Dövlət Gömrük Komitəsinin inzibati binasının qarşısına toplanaraq qanunvericilikdə edilən dəyişikliklə razılaşmadıqlarını, təkidlə idxal gömrük rüsumlarının əvvəlki qaydada hesablanmasını tələb ediblər.

Komitə bildirir ki, dəfələrlə Dövlət Gömrük Komitəsinin səlahiyyətli nümayəndələri, şəxsən DGK sədri Aydın Əliyev, DGK sədrinin birinci müavini SəfərMehdiyev və digər məsul vəzifəli şəxslər yeni qərarla razılaşmayan sahibkarlarla dəfələrlə görüşüb, onlara qanunvericiliyin tələbləri barədə müvafiq izahatlar verilib.

Dövlət Gömrük Komitəsi bir daha bildirir ki, idxal edilən bərpa edilmiş şinlərə tətbiq olunan gömrük rüsumu mövcud normativ-hüquqi aktlara əsasən yeni qaydalarla hesablanır.

Nazirlər Kabinetinin qərarı

Nazirlər Kabineti 2017-ci il noyabrın 17-də "Azərbaycanın xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"nin təsdiq edilməsi haqqında qərar verib. Qərarı baş nazirinin birinci müavini Yaqub Eyyubov imzalayıb.

Qərarla "Azərbaycan ərazisinə gətirilən mallar üzrə gömrük idxal rüsumlarının dərəcələri", "Azərbaycandan ixrac zamanı ixrac gömrük rüsumuna cəlb olunan malların siyahısı və ixrac rüsumlarının dərəcələri" və "Gömrük rəsmiləşdirilməsinə görə alınan gömrük yığımlarının miqdarı" bu il yanvarın 1-dən ləğv edilib.

Eyni zamanda, xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, habelə idxal və ixrac gömrük rüsumlarının dərəcələri təsdiqlənib.

Qərara görə, minik avtomobilləri, avtobus və yük maşınları üçün bərpa edilmiş bir ədəd şinə görə 10 dollar, hava gəmilərində istifadə edilən şinlər üçün isə 5 dollar rüsum müəyyən edilib.

İqtisad elmləri doktoru Qubad İbadoğlu gömrük rüsunun qaldırlmasına münasibət bildirib. Onun facebook səhifəsində dərc etdiyi araşdırmasını təqdim edirik.

“Təkər gətirənlər tələyə düşüb”

Bu gün məlumat yayıldı ki, işlənmiş təkər idxalı ilə məşğul olan bir qrup şəxs Dövlət Gömürük Komitəsinin qarşısında aksiya keçirərək, gömrük rüsumlarının qaldırılmasından narazılıq ediblər. Belə ki, yanvarın 1-dən etibarən minik avtomobilləri, avtobus və yük maşınları üçün bərpa edilmiş bir ədəd şinə görə 10 dollar, hava gəmilərində istifadə edilən şinlər üçün isə 5 dollar rüsum müəyyən edilib, nəticədə köhnə təkərlərin gömrük rüsumu 3 dəfə artırılıb. Beləliklə də bir konteyner təkərin rüsumu 15 000 manatdan 45 000 manatadək bahalaşıb.

Sahibkar 1 təkəri 6 avroya alıb, 10 dollar gömrük ödəməlidir

Hesablamalara görə, 1 konteynerə maksimum 2000-dək təkər yerləşdirmək olur. Gəlin hesab edək ki, sahibkar Almaniyadan aldığı 1900 ədəd təkərin hər birinə orta hesabla 6 avro ödəyib, bu o deməkdir ki, 1 konteyner təkərin invoys qiyməti 23 000 manat təşkil edir. Həmin təkərləri Azərbaycana gətirəndə sahibkardan hər bir təkərə görə 10 dollar ödəmək tələb olunur. Bu halda da sahibkar 19000 dollar və ya 32 300 manat da rüsum ödəməlidir. Amma sahibkarın ödənişləri bununla bitmir. Çünki, gömrük rüsumundan sonra əsas xərc əlavə dəyər vergisi yaradır. Belə ki, konteynerin invoys dəyərini - 23 000 manatı, gömrük dəyəri kimi əsas götürüb onun üzərinə 32 300 manat əlavə ediləndən sonra cəmi 55 300 (23 000 + 32 300) manatdan sahibkar 9954 manat (55300 x 18 faiz ) ƏDV ödəməlidir. Hələ bu da son deyil, bundan əlavə sahibkar 250 manata qədər sair ödənişlər edir. Beləliklə də ölkəyə 1 konteyner (1900 ədəd) təkər gətirən sahibkar 32 300 manat gömrük rüsumu, 9 954 manat ƏDV və 250 manat digər ödənişlər etməlidir. Bütün bunların cəmi də 42 500 manat edir. Deməli, Almaniyada 1900 təkərə 23 000 manat ödəyən sahibkar, Azərbaycan gömrüyünə də 42 500 manat ödəməli və yol xərclərini, daşınma məsrəflərini də qarşılamalıdır. Hesab etsək ki, 1 konteynerin daşınma və sahibkarın əlavə məsrəfləri 2000 avro və ya 4000 manat edərsə, onda 1 konteyner təkərin Azərbaycana gətirilmə qiyməti 79 500 manata (23000 + 42500 + 4000) çatacaq. Amma bununla da xərclər bitmir. Çünki, təkər satan sahibkar onu satmaq üçün yer kirayələməli, işçı saxlamalı, işıq pulu, vergi və sair ödənişlər etməli və üstəlik də mənfəət qazanmalıdır. Bu isə o deməkdir ki, sahibkar işlənmiş hər təkəri ən azı 75 manata satmalıdır ki, yalnız xərclərini ödəsin. Bu da o halda mümkündür ki, gətirilmiş təkərlərin hamısı ən aşağı 75 manata satılsın.

"Görəsən, belə "müdrik" qərar kimin ağlının nəticəsidir?"

Nəzərə alsaq ki, sahibkarlar mənfəət üçün çalışır, onda işlənmiş təkərin satış qiyməti 100 manata qədər bahalaşa bilər. Belə olan halda təkər bazarında təzə təkərlərin də qiyməti adekvat olaraq artacaq. Onda da yaranmış vəziyyətdən çıxış yolu axtaran istehlakçıların böyük əksəriyyəti köhnə təkərli avtomobilləri ilə Gürcüstana səfər edib, orda təkərləri dəyişdirib Bakıya qayıdacaq. Nəticədə də avtomobil sahiblərinin işlənmiş təkərə tələbatını əsasən gürcülər ödəyəcək və qazanan da onlar olacaq.
Görəsən, belə "müdrik" qərar kimin ağlının nəticəsidir?
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Sahibkarlar Gömrük Komitəsinin qarşısında aksiya keçirdi - FOTO/VIDEO

    Sahibkarlar Gömrük Komitəsinin qarşısında aksiya ...

    12-01-2018, 11:46

  • 
  • Azərbaycana idxal edilən bəzi məhsullara gömrük rüsumları artırılıb - SİYAHI

    Azərbaycana idxal edilən bəzi məhsullara gömrük ...

    2-10-2016, 14:44

  • 
  • Sahibkarlar ayağa qalxdı: Gömrük Komitəsi önündə aksiya

    Sahibkarlar ayağa qalxdı: Gömrük Komitəsi önündə ...

    24-07-2014, 17:41

  • 
  • Gələn il Azərbaycanda minik avtomobilləri bahalaşacaq — RÜSUMLAR ARTIR

    Gələn il Azərbaycanda minik avtomobilləri ...

    24-11-2017, 12:12

  • 
  • Maşın bazarında “canlanma”: satış yüksəlməsə də, qiymətlər yüksəlir

    Maşın bazarında “canlanma”: satış yüksəlməsə də, ...

    27-11-2017, 12:28


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (270)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu