Azərbaycanın aparıcı müxalifət partiyalarından olan Müsavat Partiyası yanvarın 12-də 6 il müddətinə azadlıqdan məhrum edilmiş jurnalist Əfqan Muxtarlının həbsdən dərhal azad edilməsini tələb edir.
Partiyanın bəyanatında deyilir ki, Muxtarlıya qarşı ittihamların rəsmi versiyası - sərhədi qanunsuz keçmə və sərhəddə bəyan edilməmiş 10 min avro - əsassızdır və nə beynəlxalq ictimaiyyət, nə də Azərbaycan ictimaiyyəti tərəfindən qəbul edilmir.
Sənəddə qeyd edilir ki, Muxtarlı mayın 29-da Tbilisidə oğurlanıb və qanunsuz şəkildə Azərbaycan göndərilib. Bu, onun Azərbaycan hakimiyyətinin yüksək eşelonlarında korrupsiya faktlarını iflasına yönəlmiş jurnalist fəaliyyətinin qarşısının alınmasına yönəlib.
Əfqan Muxtarlı məhkəmədə həbsini siyasi sifariş adlandırıb və araşdırma yazılarına görə həbs edildiyini bildirib. ABŞ Dövlət Deparatamenti, Sərhədsiz Reportyorlar və digər beynəlxalq hüquq müdafiə təşkilataları jurnalistin həbsdən azad edilməsini istəyən bəyanatlarla çıxış edib.
Azərbaycan rəsmiləri isə ölkədə fikir və söz azadlığının tam təmin edildiyini, insanların fikirlərinə görə həbs edilmədiyini bildirir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?